21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında daimi fəaliyyət göstərən ştatlı Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və Həkim-Uçuş Komissiyasının yaradılması həyata keçirilən genişmiqyaslı sosial islahatların bəhrəsidir. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında yeni yaradılmış komissiyanın təqdimat mərasimi keçirilib.


Təqdimat mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev komissiyanın yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksi ilə yanaşı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının da açılışını edib və burada yaradılan şəraitlə tanış olub. Yeni 5 mərtəbəli binada hərtərəfli şərait mövcuddur və bu da Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının və Həkim-Uçuş Komissiyasının fəaliyyətinə geniş imkanlar açır.
Sülh və müharibə dövrlərində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birlik, birləşmə və hissələrində, hərbi təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında tibbi şəhadətləndirilməni və hərbi-həkim ekspertizasını keçirmək Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə olunub.
General-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasının ərazisində hərbi xidmətə (orqanlara) könüllü daxil olan, Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyasının, hərbi qulluqçuların və vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla) səbəb əlaqəsinin operativ şəkildə təyin edilməsi, eləcə də hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə aid digər məsələlərin mərkəzləşdirilmiş qaydada Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasında və Həkim-Uçuş Komissiyasında öz həllini tapacağını qeyd edib.
Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının rəisi, tibb xidməti polkovniki Tarqulu Tarquluyev komissiyanın tərkibi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Komissiyanın rəisi yeni yaradılan komissiyada qanunvericiliyə uyğun olaraq tibbi şəhadətləndirilməsi aparılacaq sosial kateqoriyalar haqqında ətraflı məlumat verib. Xəsarətlərin və xəstəliklərin, ölümlə nəticələnmiş xəsarətlərin və xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi, vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi, hərbi qulluqçuların və orqanlarda xidmət keçən vətəndaşların nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi komissiyaya həvalə olunub.
Tədbirin sonunda Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikada yerləşən qoşun və orqanların heyətləri adından göstərilən qayğıya və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib və yeni yaradılan komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra tədbir iştirakçıları Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında yaradılan şəraitlə və Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və Həkim-Uçuş Komissiyasının fəaliyyət göstərəcəyi xidməti otaqlarla tanış olublar, komissiyaya və Naxçıvan Dövlət Universitetinin Hərbi həkim ixtisasının tələbələrinə ayrılmış nəqliyyat vasitələrinə baxıblar.

Nəriman Nəcəfov

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR