30 Dekabr 2024, Bazar ertəsi

“Kütləvi futbol həftəsi” başa çatdıqdan sonra Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüş olub.


Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, AFFA-nın kütləvi futbol departamentinin müdiri Fərrux İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti və NFF-nin sədr müavini Sakit Rzayevin iştirakı ilə keçirilən görüşdə qonaqlara yenidənqurma işlərindən sonra istifadəyə verilən Ordubad şəhər stadionu və ümumilikdə, muxtar respublikamızda futbolun inkişafı üçün atılan addımlar və yaradılan əlverişli maddi-texniki baza haqqında ətraflı məlumat verilib. Mövcud imkanların Naxçıvan və ümumilikdə, Azərbaycan futbolu üçün əhəmiyyəti, uşaq futbolunun inkişaf istiqamətləri, bölgədə futbolun kütləviliyi, bu sahədə həyata keçirilən təhsil və maarifləndirmə işləri, futzal və çimərlik futbolunun perspektivləri kimi mövzular müzakirə olunub, gələcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin uğurla davam və inkişaf etdirilməsi amili bölgənin futbol həyatı və gələcək potensialları baxımından yüksək qiymətləndirilib.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR