21 Dekabr 2024, Şənbə

Biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması, qazax xalqının və bütün regionun rifahı naminə geniştərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxışı zamanı bildirib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və müvafiq institutları çərçivəsində yüksəksəviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Birgə maraqlar və qarşılıqlı mənfəət əsasında qurulan bu münasibətlər hər iki ölkənin qətiyyəti və bölüşülən baxışları sayəsində bir sıra mühüm regional və transregional layihələrin həyata keçirilməsi üçün leytmotiv olub.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR