30 Dekabr 2024, Bazar ertəsi

Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcuddur, bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərlə əlaqədardır.

Bunu  Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:

“Təbii ki, mutasya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.

 

 

 

Sabah Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçirəcək.

Bu barədə Türkiyənin Milli Mübdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük “Aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı təlim təşkil olunub.

Ardını oxu...

Naxçıvan gömrükçüləri tərəfindən iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.

Ardını oxu...

Sentyabrın 27-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə şəhərimizin mərkəzində ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsi qarşısına gül dəstələri qoyublar, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Ardını oxu...


Yaxın günlərdə Naxçıvan mətbuatının tanınmış nümayəndələrindən “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovanın “Müasir Naxçıvan”, Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin “Əsrə bərabər illər” adlı kitabı işıq üzü görüb.

Ardını oxu...

               Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən dünən Sədərək rayonunda mətbu orqanın yubiley tədbiri keçirilib.

                Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki rolundan, strtaeji əhəmiyyətli royun kimi  Sədərək rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısının mətbuatdakı  inikasından danışıb.

Ardını oxu...

Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq istəyirdilər.

Bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Qarabağ bürosuna açıqlamasında deyib.

İ.Həbibbəyli bildirib ki, AMEA Tarix İnstitutunun mütəxəssislərindən ibarət heyət Üzərliktəpədə qədim Ağdam şəhərini meydana çıxartmaqla məşğuldur:

"Hələlik Ağdamda abidələrin dəqiq siyahısı aparılmayıb. Qarabağda bir-iki dini abidədən başqa, bütün abidələr dağıdılıb. Dağıdılmamış dini abidələrimiz təhqir olununb. Dünyada müharibə aparan ölkələrin heç biri belə barbarlığa yol vermir. Bu məhz ermənilərə məxsus simadır.

Bu yaxınlarda AMEA-nın bir qrup işçisi Xocavənd rayonunda yerləşən Azıx mağarasında olublar. Ermənilər orada xarici alimlərlə birgə tədqiqatlar aparıblar. Amma onlar mağaradan topladıqları maddi sübutları apara bilməmişdilər. Bizim nümayəndə heyətimiz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı günlərdə mağaraya getdi və ermənilərin Azıx mağarasından qazıb aparmaq istədikləri 90 qutu maddi sübutu akademiyaya gətirdilər. Bundan başqa məlum oldu ki, hərbçilərimiz Azıx mağarasına yaxın kəndlərdə bu cür yeşikləri yenə görüblər. Bu barədə bizə məlumat verdilər. Biz o qutuları da akademiyaya gətirdik. Bizim alimlərimiz Qarabağda arxeoloji qazıntılara başlayıb.

Biz Üzərliktəpədə apardığımız arxeoloji qazıntılarla bütün dünyaya göstəririk ki, bura eramızdan əvvəl də bizim olub".

 

 

 

Ötən ilin statistikasına əsasən 89 ölkədən 6600 əcnəbi tələbə ölkəmizdə təhsil alır.

Bunu Təhsil nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Məmmədli bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olan 120 ölkə üçün və İƏT üzvü olan 53 ölkə üçün təqaüd yerləri ayrılıb:

"Hazırda Azərbaycan sərhədi 42 ölkəyə açıqdır. Oktyabr ayından bu tədris ili üçün müraciət etmiş əcnəbi vətəndaşların siyahısını yekunlaşdıracağıq. Bəzi təhsil sahələri var ki, praktik məşğələlərə gərək duyulur. Bunlardan biri tibb sahəsidir. Hansı ki, bu sahədə təhsil alan əcnəbi tələbələr çoxluq təşkil edilir. Həmin vətəndaşların sözügedən 42 ölkə arasında olmaması halını nəzərə alaraq bu barədə müvafiq dövlət qurumlarına müraciət edilib."

 

 

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirak etdiyi "TURAZ Şahini-2021" birgə hərbi təlimi başa çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Təlimdə iştirak edən bütün şəxsi heyəti təbrik edirik", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, "TURAZ Şahini-2021" hərbi təlimləri Türkiyənin Konya şəhərində keçirilib.

 

 

 

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər avqust ayında da davam etdirilmişdir. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiəqəsini itirən 58 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsində keçirilən tədbirdə publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edib. Bildirib ki, Ali Məclis Sədrinin 2021-ci il 2 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxs yaradılıb. Bu yenilik bu sahənin əməkdaşlarını daha səylə işləməyə, intizamı möhkəmləndirməyə, xidmətin səviyyəsini yüksəltməyə sövq edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sentyabr ayının birinci 15 günü ərzində bir sıra qərarlar qəbul etmişdir. Belə ki, “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilərək tibb işçilərinə ödənilən əlavənin müddəti avqust ayının 1-dən sentyabrın 1-dək uzadılmışdır.

Ardını oxu...

Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin növbəti təlim toplantısı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən toplantının gedişində hərbi rəhbərlər yeni hərbi geyim dəstləri ilə təmin ediliblər.

 Toplantının planına əsasən əvvəlcə hərbi rəhbərlərə geyim dəstləri təqdim edilib və sıra baxışı keçirilib.

Ardını oxu...

 

 

 

Həyat vəfasızdır deyirlər. Haçansa payız ruzigarı əsir və qarşısına çıxan hər şeyi süpürüb aparır.

Əcəl gözlənilməzdir deyirlər.Qaşla-gözün arasındadır, görə bilmirik.Haradansa qaranlıq düşür və ömrün nurunu zülmətlərə qərq edir. Əcəl xəbəri də gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir.O ki qala Yaqub Zürufçu.

Sentyabrın 14-də gələn acı xəbər qəfil küləklər pəncərəyə çırpıldığı kimi ayrılığın, itkinliyin tül pərdələrini üzümüzə çırpdı. Dünyaya gələn bir gün getməlidir, Süleymana qalmayan dünyadıbu-doğru. Amma kam almadı, nisgili,dəsrəti ilə köçdü bu dünyadan Yaqub Zürufçu. Xalqdan gəldi, xalqdan getdi.İzini, sözünü, özünü xalqın yaddaş kitabında qoydu getdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerlə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə BQXK-nın ölkəmizdəki nümayəndəliyi ilə Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları arasında humanitar əməkdaşlığın imkanları, səfərlərin təşkili və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

İcmal

Ötən ayın ümumi mənzərəsi bu qənaətə gəlməyə əsas verir


Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf, elm, təhsil, innovasiya sahəsində yenilikçi ideyaların gerçəkləşdirilməsi, əhalinin rifah səviyyəsinin davamlı artırılması müasir tariximizə yeni-yeni uğurların yazılması ilə öz bəhrəsini verir. Bu gün muxtar respublikanın paytaxt Naxçıvan şəhərindən ən ucqar bölgələrə doğru şaxələnən quruculuq tədbirləri bu qədim diyarın sabahla döyünən həyat ritmi, daha firavan gələcəyin yaxınlaşan addım səsləridir. Bunu ötən ayın ictimai-siyasi mənzərəsi də aydın əks etdirir.  


İçməli su şəbəkəsi rahat
həyat tərzinin başlıca təminatıdır

Muxtar respublikada sosial-iqtisadi islahatların reallaşdırılması zamanı əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələ kimi götürülür, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Bu istiqamətdə aparılan çoxsaylı tədbirlərdən Culfa rayonunun Yaycı kəndinə də pay düşüb. Bir neçə il bundan əvvəl həmin kənddə ərazilərin suvarılması üçün 3 nasos stansiyası qurulub, bütün inzibati binalar yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib, kənd sakinlərinin istifadəsinə verilib. İçməli su probleminin birdəfəlik öz həllini tapması bütün kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanır.
Avqustun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaycı kəndində qurulacaq içməli su şəbəkəsinin layihəsinə baxıb. Məlumat verilib ki, layihəyə əsasən 1950 evə su verilərək sayğac quraşdırılacaq. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su veriləcək. Bununla da kənd sakinləri fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqlar. Ali Məclisin Sədri çıxış edərək Gilançayda tikiləcək kaptajdan 14 kilometrə yaxın aparıcı xətt və kənddaxili 140 kilometrə yaxın daxili su xətti çəkilməsini böyük layihə kimi dəyərləndirib, texniki-mühəndis qaydalarına əməl olunmaqla işlərə başlanılması və keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Tərəfdaş dövlətlərlə əməkdaşlıq
inkişafa meyillilik məramından irəli gəlir

Müstəqil dövlətçiliyi, iqtisadi inkişaf tempi, regionda hərbi-siyasi, iqtisadi cəhətdən söz sahibi olan Azərbaycanın beynəlxalq əlaqələr sistemində onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri var. Naxçıvanın hərtərəfli inkişafı ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrin şaxələnməsinə geniş üfüqlər açır. Muxtar respublikada sabit iqtisadi sistemin yaradılması, iqtisadi potensialın hər il sürətlə artması isə elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə dünya dövlətlərinin təmsilçilərində maraq yaradır. Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə, avqustun 16-da isə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Muxtar respublika rəhbəri israilli diplomatla ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib. Görüş zamanı qarşılıqlı maraqdoğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, kommunikasiyaların bərpasından sonra əlaqələr müxtəlif sahələrdə genişlənəcək.

Strateji yüksəkliklərdəki güclü
vətənpərvərlik ruhu, müdafiə qüdrəti
dövlət-ordu birliyinin möhtəşəm
təcəssümüdür və ya Vətən sevgisinin
hərarəti ilə isinən döyüş mövqelərimizdə

İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının şücaəti bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər nəticəsində burada yaradılan peşəkar hərbi potensial nəinki qədim diyarımızı etibarlı şəkildə müdafiə etmək qüdrətinə malikdir, həm də bütövlükdə, ərazi bütövlüyümüzün təmin olunmasında öz sözünü deməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Muxtar respublikada aparılan məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində yüksək dağlıq ərazilərdə yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrindəki hərbi birləşmələrin məişət şəraiti xeyli yüksəldilib.
Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə, 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müasir xidmət şəraiti yaradılıb.
Mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.
Sərhəd bölgəsində yerləşən hərbi hissələrə, yüksəkliklərə dəfələrlə gələrək buradakı xidmət şəraiti ilə şəxsən maraqlanmaqla hərbçilərimizə böyük mənəvi stimul olan Ali Məclisin Sədri avqustun 18-də Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: “Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir”.
Əsgər və zabitlər göstərdiyi diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirdilər. Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.
Ərazinin etibarlı müdafiəsi həm də asayişin bərqərar olduğu yerdə firavan həyat deməkdir, Ordubad rayonunun ərazisində yerləşən Təkəqaya yaylaqlarında heyvandarlar üçün geniş imkanlar yaradılıb, ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil edilir. Avqustun 18-də Ali Məclisin Sədri Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb. Yaradılan şəraitə görə oba sakinləri dövlətimizə minnətdarlıq ediblər.
Sonra Ali Məclisin Sədri Zəngəzur silsiləsinə baxıb, Ordubad çayını qidalandırmaq üçün Zəvvar arxında aparılan təmizlik-bərpa işləri ilə də maraqlanıb. 2016-cı ildə bərpa olunan Zəvvar arxında hazırda təmizləmə, genişlətmə və bərkitmə işləri görülür. Arxın əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib ki, bu arx vasitəsilə nə qədər insan əkin işləri ilə məşğul olur. Həmçinin Əylis kəndindəki kəhrizlərdə sular artmaqla bərabər, taxıl əkilməyən yerlər də artıq əkilir. Ona görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verildi ki, arxda təmizləmə işləri həyata keçirilsin. Ali Məclisin Sədri görülən işlərə görə işçi heyətə təşəkkür edib.
Dövlətimizin qayğısı ilə Soyuq bölgəsində təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə mütəmadi olaraq görüşü əsgər və zabitlərdə böyük ruh yüksəkliyi yaradır. Avqustun 18-də muxtar respublika rəhbəri Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub. Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: “1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib”.
Şəxsi heyətə təşəkkür edən Ali Məclisin Sədri deyib ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəklikləridir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkə­mizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına nümunəvi hərbi xidmət təşkil olunub. Muxtar respublika rəhbəri əminliyini bildirib ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir. Ali Məclisin Sədri deyib: “Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir”.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb. Muxtar respublika rəhbəri digər bölmələrdə olub, tabor mərkəzində və dayaq məntəqələrində hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.
Ön xətdə xidmət edən şəxsi heyətlə görüşən Ali Məclisin Sədri bu ərazilərin qorunmasının insanların rahat yaşayışına xidmət etməsi baxımından zəruriliyini vurğulayıb, Soyuq bölgəsində qüsursuz və hadisəsiz xidmətin təşkilinə görə əsgər, gizir və zabitlərə təşəkkür edərək deyib: “Yaradılan şərait işin bir tərəfidirsə, əsas məsələ isə xidməti düzgün aparmaqdır. Bunu isə sizlər həyata keçirirsiniz. Sizin timsalınızda əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu sərhədlərimizi layiqincə qoruyur. Eşq olsun Azərbaycan Ordusuna!”. Muxtar respublika rəhbəri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə, şəxsi heyətin qidalanması ilə maraqlanıb.
Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar yüksək səviyyəli maddi-texniki təchizatı ilə də fərqlənir.
Ali Məclisin Sədri mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib. Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

Vətən sərhəddən başlanır, sərhəd zastavasında işin
nümunəvi təşkili isə dövlət qayğısına əsaslanır

Düz otuz il əvvəl, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri kimi fəaliyyətə başlaması ilə Azərbaycanın gələcək müstəqilliyinin əbədilik təminatı üçün çoxşaxəli siyasi qərarlar qəbul edildi ki, onlardan biri də məhz ilk dəfə Naxçıvandan başlanan milli sərhəd qoşunlarının yaradılması prosesi idi. Məhz ulu öndərin təşəbbüs və rəhbərliyi ilə həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikanın Ordubad və Sədərəkdəki sərhəd zastavaları Ermənistandakı sərhəd dəstəsinin tabeliyindən çıxarılaraq 41-ci sərhəd dəstəsinə birləşdirilib. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verilib. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırılıb və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyulub.
Avqustun 21-də – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, yeni mənzillərində rahat yaşayış, xidmətdə olanlara isə vəzifə borclarının yerinə yetirilməsində uğurlar arzulayıb, sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, mənzillərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, yeni xidmət və yaşayış kompleksinin inşasına 2020-ci ilin sentyabr ayında başlanılıb. Kompleks qərargah, 8 mənzilli yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, 2 avtomobil saxlancı və yardımçı binadan ibarətdir. 1-ci sərhəd komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilib. Xidməti ərazidə 14 kilometr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib, isinmə məntəqəsi və körpü əsaslı təmir olunub.
Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün 8 yerlik istirahət otağı müasir şəraitlə təmin olunub. Şəxsi heyətlə görüş zamanı Ali Məclisin Sədri sərhədçiləri salamlayıb, “Sərhəd ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədçi olmaq isə böyük məsuliyyət və şərəf işidir”, – deyərək bildirib ki, hər bir sərhədçi döyüş hazırlığını daim artırmalı, silah və texnikalardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, sərhədlərin mühafizəsi ilə yanaşı, həm də təxribatçı qüvvələrə qarşı mübarizə aparmalı, fədakarlıq göstərməlidir. Sərhədi qorunan ölkədə inkişaf və sabitliyin davamlı olduğunu vurğulayan muxtar respublika rəhbəri şəxsi heyətə bu vəzifələrin icrasında uğurlar arzulayıb, zastava kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı dörd xidməti avtomobil təqdim olunub. Ali Məclisin Sədri avtomobillərə baxıb, yaradılan şəraitə uyğun xidmətin təşkili barədə müvafiq tapşırıqlar verib. Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Tariximizə, mədəniyyətimizə verilən dəyər millilik amilidir

Muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri qədim diyarımızın mədəniyyət sahəsini də əhatə edib. Bu gün Naxçıvanda muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, fondlar zənginləşdirilir, muzeylərin internet saytları istifadəyə verilir.
Avqustun 27-də bu sahədə görülən işlərin davamı olaraq Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək deyib: “Tarix-diyarşünaslıq muzeyləri ölkəmizin hər bir bölgəsinin tarixini özündə yaşadan yerlərdir. Şahbuz rayonu da ölkəmizin qədim guşələrindəndir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Qərarından sonra Şahbuz rayonunda da 500 eksponat fondu olan muzey yaradılmışdır. Ötən dövrdə muzeyin fondu zənginləşdirilmiş, 5 minə yaxın eksponat toplanmışdır. Muzey ötən dövrdə uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Lakin bu gün muzey üçün müasir bina istifadəyə verilir və bu da fəaliyyətə müsbət təsir göstərəcəkdir”.
Ali Məclisin Sədri ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında həyata keçirdiyi aksiyanın bundan sonra da davam etdirilməsi, AMEA Naxçıvan Bölməsinin tarix-diyarşünaslıq muzeylərindəki eksponatlar və arxiv sənədləri əsasında muxtar respublikanın hər bir rayonunun tarixini yazması, muzeydə “Açıq qapı” günlərinin keçirilməsi, ümumtəhsil məktəbləri və digər yaradıcı təşkilatlarla əlaqə saxlanılması, muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verib.
Sonra muzeyə baxış olub. Muzeydə arxeologiya, məişət-etnoqrafiya, dekorativ-tətbiqi sənət, rəssamlıq, numizmatika, foto və sənədlər bölmələri fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında 536 eksponat nümayiş etdirilir. Hazırda fondda 4 min 679 eksponat vardır.
Həmin gün Ali Məclisin Sədri Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün tikiləcək yeni binanın layihəsinə baxıb, işlərə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Muxtar respublikada görülən tədbirlər nəticəsində
bütün mövsümi problemlər artıq keçmişdə qalıb

Müstəqilliyin ilk illərində bir tərəfdən erməni işğalçıları ilə mübarizə aparmaq məcburiyyəti, mənfur düşmən tərəfindən diyarımızın blokadaya salınması, digər bir tərəfdən ağır iqtisadi böhranla üz-üzə qalmaq, ozamankı ölkə hakimiyyətinin biganə və laqeyd münasibəti nəticəsində tamamilə təklənmək, taleyin ümidinə buraxılmaq kəskin kontinental iqlimə malik Naxçıvan Muxtar Respublikasında payız-qış fəsillərinin gəlməsini insanların arzuolunmaz röyasına çevirmişdi. İstilik və yanacağın olmaması, hava şəraitinin azacıq dəyişməsi ilə köhnə, uçuq-sökük yollarda gediş-gəlişin tamamilə dayanması, bəzən nəinki hansısa ucqar dağ kəndinə, hətta rayon mərkəzlərinə belə, gediş-gəlişin az qala həftə ilə müşkülə dönməsi insanların həyat ritmini pozurdu. Ümummilli lider Heydər Əliyev ideyalarının çoxillik və prinsipial şəkildə yaşadılması, inkişaf etdirilməsi nəticəsində artıq bu gün həmin məşəqqət və iztirablı günlər arxada qalmış, hərtərəfli qayğı ilə əhatə olunmuş, firavan həyatın ağuşuna aldığı insanlar payızın çiskinli-yağmurlu, qışın şaxtalı-boranlı günlərində də hər fəslin özünəməxsus gözəlliklərindən zövq almaqla yaşayıb-yaradırlar. Dövlət başçısı cənab İlham Əliyev Naxçıvanın bu tarixi inkişaf yolunu belə dəyərləndirmişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. Yaradılan bu şərait isə muxtar respublikada payız-qış mövsümünə hazırlığın dövlətimizin daim diqqət mərkəzində saxlaması, bütün sahələrdə qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması, inkişaf proseslərinin davamlı xarakter alması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsi ilə əlaqədardır. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların hazırlıq işlərini vaxtında aparması payız-qış mövsümünü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Görülən hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər həyata keçirilir, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır.
Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Görülən çoxsaylı tədbirlər nəticəsində payız-qış mövsümündə müşahidə olunan problemlərin aradan qaldırıldığını vurğulayan Ali Məclisin Sədri müşavirədəki çıxışında onu da qeyd etmişdir ki, bütün bunlarla yanaşı, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq tədbirləri görülür, müşavirə keçirilərək aid qurumlara tapşırıqlar verilir. 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq da bu gün qarşıda duran əsas vəzifələrdəndir. Ali Məclisin Sədri elektroenergetika və qaz təsərrüfatı sahələrində enerji itkilərinə yol verilməməsinin, təhsil müəssisələrində, eləcə də digər dövlət qurumlarında və ictimai yaşayış binalarında istilik sistemlərinin hava şəraitinə uyğun tənzimlənməsinin və qənaətlə istifadə olunmasının vacibliyini qeyd edib, bu sahələrdəki nöqsanları diqqətə çatdıraraq aidiyyəti üzrə tapşırıqlar verib. Muxtar respublika rəhbəri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına, inkişaf strategiyasına əsaslanaraq, milli-mənəvi dəyərlərə söykənərək müasir dövrün çağırışları ilə səsləşmək, yeniləşmə, tərəqqipərvər düşüncə ilə yurda, insan amilinə xidmət qədim Naxçıvanımızın bugünkü uğurlarını şərtləndirən başlıca amillərdir. Qazanılan uğurlar isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri zamanı muxtar respublikada görülən ardıcıl və çoxcəhətli işlərə verilən bu yüksək dəyərdə öz ifadəsini tapıb: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

 

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin elektron bazasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Nicat Babayev bildirib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi” yaradılmışdır. Fərmanın icrası ilə bağlı ötən müddət ərzində, ümumilikdə, 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 284 ailə üzvünə Prezident təqaüdü, 43 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun xətti ilə Naxçıvan Muxtar Respublikası üzrə Vətən müharibəsində yaralananlar müalicəyə göndərilmiş, psixoloji dəstək xərcləri qarşılanmışdır. Müharibə iştirakçılarının reabilitasiyası məqsədilə Bakı şəhərində ən yüksək texnologiya əsasında 3 nəfərin aşağı ətraf protezi hazırlanmışdır. Həmçinin ötən müddət ərzində Vətən müharibəsi iştirakçılarından 7 nəfər Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə almış, 8 nəfərə isə 14 reabilitasiya vasitəsi təqdim olunmuşdur.

Ardını oxu...

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradıldı.

Ardını oxu...

İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradılıb.

Bunu Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılıb, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib: "Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi".

 

 

 

Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma sayları bir müddət artan xətt üzrə getdi, sonra eniş başladı.

Hazırda yoluxma hallarında stabillik müşahidə olunur. Bundan əlavə, xəstəlikdən sağalanların sayı yoluxanların sayını ötür. Bu da müsbət haldır. Çünki rəqəmlər yüksəldiyi və uzun müddət proses belə davam etdiyi zaman aktiv xəstə sayı da çox olur. Bu zaman onlar arasında ağırlaşanlar və hospitalizasiyaya ehtiyacı yarananların da faizi artır. Nəticədə xəstəxanalar və həkimlər yüklənirlər. Hazırkı stabilləşmə və azalma müsbət halın göstəricisidir.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyin profilaktikası daha asandır, nəinki ona yoluxduqdan sonra müalicəsi. Həkim qeyd edib ki, xəstələnməməyə çalışmalıyıq:

“Peyvəndlər hər xəstəliyin profilaktikasında tətbiq olunmur. Əsasən infeksion xəstəliklərin profilaktikasında vaksinlərdən istifadə oluna bilir. Əsrlərdir həmin təcrübə davam edir və kifayət qədər müsbət nəticələr əldə olunub. Hətta bəzi xəstəliklərin kökü kəsilib”.

Ardını oxu...

– Arxadakı çadır nə üçündür?
– Gecələri orada yatıram.
– Axı burada ev var. Niyə evdə deyil, çadırda yaşayırsınız? Axı məcbur deyilsiniz orada qalmağa. Bəs gecələr qorxmursunuz?
– Gecənin səssizliyindən zövq alıram və heç bir qorxu hissi zövqlə yaşamağıma mane ola bilməz. Mən belə xoşbəxt oluram. Nəyə görə qorxu mənim xoşbəxtliyimə mane olmalıdır?..
Xoşbəxtliyini seçdiyi peşədə tapan, Naxçıvanda uzun zamandır, arxeoloji tədqiqat aparan beynəlxalq ekspedisiyanın üzvü, fransız tədqiqatçı Katherine Anne Marro ilə müsahibəmizə belə bir maraqlı dialoqla başladıq. Müsahibə üçün zaman və yer müəyyənləşdirdikdə heç gözləmədiyim bu məkanı – arxeoloji qazıntılar aparılan Kültəpə kəndini seçməyi məni heyrətləndirmişdi. 15 ildən çoxdur ki, araşdırmalarını Naxçıvan Muxtar Respublikasına həsr edən Katherine xanım bu yerlərin təbiətinə və coğrafiyasına vurğunluğunu məhz belə ifadə edir: təbiətə, tarixə daha yaxın olmaq. Axı o zamanını bu qədim diyarın daşı-torpağı ilə təmasda olmaqla keçirir. Qədim torpaqlarımızın toxunduğu hər qarışından, necə deyərlər, tarix çıxaran arxeoloq xanımın Naxçıvanla bağlı təəssüratlarından və apardığı tədqiqatlardan gəldiyi qənaətlərdən bəhs edən müsahibəmizi təqdim edirik.

Ardını oxu...

yaxud Qars müqaviləsinə məhəl qoymayan etnosun acı sonluğu

Yüzillik dövr yubileylər üçün ən yaxşı zaman bölümü olmaqla bərabər, həm də keçmişin, indiki dövrün və gələcək nəsillərin tarixi gerçəklikləri bir arada yaşaya bilməsi üçün də ən rasional bir müddətdir. Bu mənada, son yüz il ərzində xalqımızın yaddaşında dərin izlər qoymuş hadisələrin təhlili onu deməyə əsas verir ki, tarixi dərindən öyrənib və öyrətmədən bir zamanlar baş vermiş yaxşı-yaman hadisələrin qısa zamanda unudulması da qaçınılmazdır ki, bu da zamanla ermənilər kimi bədnam qonşularımızın faşizm xislətinin və onları alət edən beynəlxalq qüvvələrin məkrli siyasətinin bizə vurduğu dəhşətli zərbələrlə nəticələnmişdir. Bu mənada, Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə zəmanət verən Qars müqaviləsinin 100 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı böyük tarixi əhəmiyyət daşıyır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dövlət tədris müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması sahəsində tədbirlər mütəmadi olaraq davam etdirilir. Belə tədbirlərin davamı kimi, dövlət musiqi təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün test imtahanlarının keçirilməsinə start verilib.

Ardını oxu...

Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanıb.

 

 

 

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.

K.Vəliyevi Baş Qərargah rəisi təyin olunması ilə bağlı təbrik edən H.Akar Türkiyənin "Bir millət, iki dövlət" anlaylışı ilə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olacağını bildirib.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 157 yeni yoluxma faktı qeydə alınıb, 3 065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 461 249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

Ölkədə son sutka ərzində 8 123, hazırkı dövrədək isə 4 661 119 test aparılıb.

 

 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 266 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.

 

 

 

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Qoçan şəhərindən 43 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

 Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

 

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə heç nəyi əsirgəmirdi. “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ulu öndər Azərbaycanın qloballaşan dünyada layiqli yer tutması, xalqın xoş və firavan gələcəyi üçün yeniyetmə və gənclərin təhsilinə böyük önəm verir, onların hərtərəfli biliyə, dünyagörüşə malik vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradırdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq bildirib ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə suvarılan sahələrin genişləndirilməsini təmin etmək, suvarılan torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün 2021-ci ilin birinci yarısında meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, istismar, təmir və tikinti işləri həyata keçirilib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib. Şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə ordu aviasiyası da cəlb edilib.

Ardını oxu...

Ölkə gənclərində vətənpərvərlik ruhunun gücləndirilməsi, fiziki dözümlülüyün artırılması məqsədilə sentyabr ayının 5-də start verilən “Marş İrəli” hərbi simulyasiyalı layihənin dördüncü mövsümünün sonuncu günündə iştirakçıların diyarımız və layihə haqqındakı fikirləri maraq doğurur.

Ardını oxu...

Layihənin sonuncu günü iştirakçıların hərbi paradı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın təqdimatında “İnformasiya müharibəsi” adlı təlim, maneəli qaçış və avtomatla virtual atıcılıq yarışları reallaşıb.

Ardını oxu...

“Şərq qapısı” – 100

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı və sərəncamla təsdiq olunan Tədbirlər Planınına əsasən qəzetin yubiley tədbirləri dövlət səviyyəsində qeyd edilir. Peşə fəaliyyətimin 12 ilinin “Şərq qapısı” qəzeti ilə bağlı olduğundan qürur duyur və qocaman mətbu orqanının “məzunu” kimi düşüncələrimi, xatirələrimi dəyərli qəzet oxucuları ilə də paylaşmaq istəyirəm.

Ardını oxu...

Taleyini zabit peşəsinə bağlayanların qayğısına qalır, təhsili və inkişafı üçün çalışır, vətənpərvər, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə sədaqətli, yüksək hərbi bilikli zabit-müəllim heyəti gələcəyin Naxçıvanskilərini yetişdirir Heydər Əliyev adına Hərbi Lisey... Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biri kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı. Ötən dövrdə hərbi məktəb Prezident cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmiş, 2004-cü il 27 fevral tarixli Sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Cəmi 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olmuş, onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümü Naxçıvan Muxtar Respublikasında start götürüb. Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. Artıq gənclər muxtar respublikamızın bir sıra gəzməl-görməli, tarixi, dini, mədəni əhəmiyyətli yerləri ilə tanış olub, vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən bir sıra tədbirlər reallaşdırılıb. Layihə təşkilatçıları və iştraçılarının keçirilən tədbirlərlə bağlı fikirlərini öyrəndik:

Ardını oxu...

Naxçıvanın ev sahibliyi ilə keçirilən hərbi simulyasiyalı layihə uğurla davam edir. “Marş İrəli”nin 4-cü günü çərçivəsində iştirakçılar Naxçıvan Təlim Mərkəzində olublar. Hərbi qulluqçularımız tərəfindən icra olunan atıcı silahlardan, qumbaraatanlardan praktiki atış çalışmaları, şəxsi heyətin kəşfiyyat cığırında fəaliyyəti və psixoloji cığırın dəf edilməsi, snayperçilərin döyüş fəaliyyəti izlənilib.

Ardını oxu...

Avqust ayında Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Ardını oxu...

Ölkə gənclərində vətənpərvərlik ruhunun gücləndirilməsi, fiziki dözümlülüyün artırılması məqsədilə sentyabr ayının 6-da start verilən “Marş İrəli” hərbi simulyasiya layihəsinin dördüncü mövsümündə iştirakçıların diyarımız və layihə haqqındakı fikirləri maraq doğurur.

Ardını oxu...

Hərbi simulyasiyalı layihənin düşərgəsində məskunlaşan gənclər Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin rəhbərliyi ilə saat 0700-da səhər idmanına başlayıb, sıra hazırlığı məşğələsi və parada hazırlıqla bağlı məşq prosesində iştirak ediblər.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən icra olunan “Əlbəyaxa döyüş” təlimi də iştirakçıların böyük marağına səbəb olub. Mütəxəssis özünümüdafiə xarakterli bu döyüş üslubunun əhəmiyyəti barədə danışıb, düşmən və ya hər hansı cinayətkar şəxslə təktbətək epizodlarda tətbiq oluna biləcək fəndləri nümayiş etdirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Ardını oxu...

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.

Ardını oxu...

Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.
Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində“Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib.     

Ardını oxu...

Dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universiteti də yer alıb.Azərbaycanın 5 ali təhsil müəssisəsinin daxil olduğu siyahıda  Bakı Dövlət Universiteti 2112 universitet içərisində  1247-ci yeri tutub. Siyahıda həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti də var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar yaradılıb. Bunlardan tutumu 16.120 ton olanı anbarlar meyvə-tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşıb, tutumu 5.030 ton olanlar ümumi təyinatlı anbarlardır. Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 1620 ton olan 5 soyuducu anbarın yaradılması başa çatdırılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR