22 Dekabr 2024, Bazar

Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.
Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün qalib ölkənin gəncləri kimi bura toplaşmağımız da məhz, həmin siyasi kursun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində qazanılan şanlı qələbəmizin sayəsində mümkün olub. Muxtar respublikada gənclərlə iş sahəsində icra olunan işlər barədə danışan nazir Ali Məclis Sədrinin rəhbərliyi ilə bu istiqamətdə daim əməli addımlar atıldığını, dövlət gənclər siyasətinin uğurla icra olunmasına diqqət göstərildiyini deyib. Sonda iştirakçılara uğurlar arzulayan Ramil Hacı “Marş İrəli” layihəsinin qədim diyarımızda gerçəkləşən uğurlu tədbirlərdən biri olacağına inamını ifadə edib.
“Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir və bu mühiti ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırıb”, – deyən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında Prezident İlham Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə apardığı fəaliyyətində gənclərə böyük inam bəsləndiyini, gəncliyin inkişafı üçün lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb. İştirakçılara uğurlar arzulayan Cəbi Quliyev deyib ki, Azərbaycan gəncliyi dövlət başçısının onlara xitabən vurğuladığı “Gənclər, mən sizə inanıram, güvənirəm!” çağrışından güc alacaq və tariximizin yeni şanlı səhifələrini yaradacaq.
Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov “Marş İrəli” layihəsinin bundan öncəki 3 mövsümdə olduğu kimi, Naxçıvan mərhələsinin də uğurla tamamlanacağına inandığını deyib.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, növbəti mövsümün Naxçıvan gənclərini əhatə etməsini paytaxtla yanaşı, bölgələrimizdə də bu sahənin inkişafına təkan verəcək amil kimi qiymətləndirmək olar.
Qeyd edək ki, layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. 5-9 sentyabr tarixlərini əhatə edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. “Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak haqqı qazanıb. Onlardan 70-i Naxçıvan gəncləridir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR