22 Dekabr 2024, Bazar

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında 191 litrə yaxın psixotrop maddə – metamfetamin aşkarlanıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

 

 

 

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer muxtar respublikaya səfərinin son günündə Azərbaycan xalqının yenilməzlik simvolu Əlincəqala ilə tanış olub.

Ardını oxu...

Havasına, suyuna, torpağına , daşına  vurğun olanlar bilər bu yurdun necə cənnət məkan olduğunu. Torpağında bitən bitkilər, köksündən qaynayıb çıxan mineral sular  necə min dərdin dərmanıdırsa elə havası da elədir gözəl yudumuzun. Dünyanın çox yerini gəzib dərdinə dərman tapa bilməyənlər çarəni burada Naxçıvanda tapırlar. Dərin,ürəkdən  bir nəfəs almaq üçün ildə bir neçə Naxçıvana üz tuturlar.

      Övladını şəfa tapması ümidi ilə uzaq Sibirdən buraya gətirən Vəfa Məmmədova da onlardan biridir. O, bir ana kimi çox sevinclidir və deyir ki, yurdunzun havası övladına yeni həyat bəxş etdi.

  – Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn üçün dünyanın  ən əziz neməti də  onun övladıdır. Yaradan mənə də bu şirin paydan bəxş edib. Uzun illərdi 15 ildir ki, Azərbaycana gəlməmişdim. Bəzən insanın başı  işə –  gücə elə qarışır  ki, vaxt tapıb Vətənə gələ bilmirsən. Bir zaman başını qaldıranda illərin keçdiyini görürsən. Və bəzən də ailə üzvlərinin birinin Vətənin havasına ehtiyyac duyduğunu görəndə. Qızımın 13 yaşı var o, Naxçıvanı ilk dəfədir görürdü. Elə təyyarədən enən kimi onun əhvalının dəyişdiyini nəfəs almasının asanlaşdığını gördüm. Həmin gün qədim yurdda yerləşən Duzdağ Fizioterapiya Mərkəzində oduq. Həkimlər qızımı müayinə edib bir neçə gün burada qalmalı olacağımızı dedilər. İndiyə kimi çox yerlərə üz tutsaq da, müalicənin müsbət effektini görə bilməmişdik. Naxçıvana gəldikdə isə  ilahi möcüzənin şahidi olduq. Artıq az bir zaman keçməsinə baxmayaraq, müsbət nəticələr əldə etmişik. Burada Naxçıvandan olmayan bir çox insanla tanış oldum hər kəs yurdumun insanlarının, təbiətinin gözəlliyindən,möcüzələrindən danışır. Və bu məni çox sevindirir. Qurub yaradan əllərə alqış deyirəm. 

Ardını oxu...

Muхtаr rеspublikаdа Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, təhsil, səhiyyə, sənаyе, tikinti və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı, əhаlinin mааrifləndirilməsi, təbliğаt və təşviqаt sаhələrində məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Bеlə tədbirlərdən biri sahibkarlıq subyektlərinin mülki müdafiə mütəxəssisləri ilə kеçirilən mülki müdаfiə məşğələsi оlmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella ilə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və Naxçıvan Muxtar Respublikası ilə mədəniyyət, kənd təsərrüfatı, turizm sahələrində əlaqələrin yaradılması və inkişafı, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.

Avqustun 16-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikamıza rəsmi səfərə gəlib. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Ardını oxu...

Müasir hərbi infrastrukturun yaradılması muxtar respublikada ordu quruculuğunun əsasını təşkil edir


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eləcə də onun Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazır­lığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır”.

Ardını oxu...

Avqustun 17-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşü keçirilib.

Ardını oxu...

Əfsanəyə dönən ömürlər

Dünyada bir çox müharibələr və münaqişələr olur. Onların hər biri baş verdiyi ölkələrin tarixində müəyyən yer tutur. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri hələlik heç bir ölkənin ordusu əldə etməmişdir. Bu müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Azərbaycan Ordusu 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə güclü səbir, təmkin, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirdi, bütün döyüş əməliyyatlarını legitim hədəflər üzərində apardı, düşmənə dağıdıcı zərbələr vurdu, tarixi ədaləti bərpa etdi. Düşmən üzərində Böyük Qələbə qazandıq, xalqımız arzu və istəklərinə qovuşdu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, Qarabağ Azərbaycandır!

Ardını oxu...

İnsan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınmasına həmişə ehtiyac olmuşdur. Belə ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi tənzimlənmə cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın qəbulu cəmiyyət həyatında əsaslı dəyişikliklərə yol açdı və qanunvericilik sisteminin inkişafına da olduqca mühüm təsir göstərdi.

Ardını oxu...

Avqustun 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Ardını oxu...

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bundan əlavə saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Uzaqgörən siyasət nəticəsində Naxçıvan gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Qədim və müasir Naxçıvanın Şərqlə Qərb arasında körpü rolunu oynaması, geostrateji mövqeyi, Böyük İpək Yolu üzərində yerləşməsi mühüm beynəlxalq dayanacaq, nəqliyyat mərkəzi kimi tanınmasına yol açır. Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti, beynəlxalq nüfuzu sayəsində gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması fonunda biz bu reallıqları daha aydın şəkildə görəcəyik. Bu günə kimi dünyanın vacib keçid bölgəsi rolunda çıxış edən Naxçıvan uzaqgörən siyasət nəticəsində gələcəkdə də tarixi missiyasını yerinə yetirəcək, region ölkələri, Türk dünyası, nəhayət, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin intensiv şəkildə artmasına, ticarət əlaqələrinin genişlənməsinə əsaslı töhfəsini verəcək.

Muxtar respublikanın səhiyyəsi böyük uğurlar əldə edir

Qürurla deyə bilərik ki, Naxçıvan bu gün bir sıra məsələlərdə özünün liderliyini qoruyub saxlayır. Blokada vəziyyətində tərəqqiyə nail olunmasını, mövcud imkanlardan səmərəli istifadə edilməklə başdan-başa kompleks şəkildə abadlaşdırılaraq gülüstana çevrilməsini, bütün sahələr üzrə təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsini, vətənpərvər, intellektual gəncliyin yetişdirilməsi üçün zəruri olan bütün işlərin görülməsini buna misal göstərmək olar. Ötən müddətdə isə Naxçıvan daha bir nümunə yaradıb. Belə ki, dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində burada xəstəlik epidemiyadan pandemiyaya çevrilməyib. Təsadüfi deyil ki, ölkə üzrə ən az yoluxma halı Naxçıvanda qeydə alınır. Jurnalist kimi apardığım müşahidələr əsasında əminliklə deyə bilərəm ki, xəstəliyin yayılmasına qarşı muxtar respublikada reallaşdırılan profilaktik tədbirlər dünya miqyasında nümunədir. Təbii ki, bu məsələdə Naxçıvan səhiyyəsinin qüdrətini də qeyd etmək lazımdır. Bu gün muxtar respublikanın səhiyyə infrastrukturu və mövcud kadr potensialı hətta ən ağır xəstəlikdən belə, əziyyət çəkən insanların şəfa tapmasına şərait yaradır. Bu səbəbdən müalicə üçün muxtar respublikadan kənara üz tutanların sayı son illər kəskin şəkildə azalıb. Əksinə, bəzi hallarda Naxçıvan həkimlərinin şöhrətini eşidənlər qədim diyara üz tutur, burada səhiyyə sahəsində yaradılan şəraitdən istifadə edir, şəfa bəxş edən təbiət möcüzəsi müalicə mərkəzlərimizə gəlirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

Ardını oxu...

Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında deyib.

Artıq məhkəmə prosedurlarının başladığını qeyd edən dövlətimizin başçısı bildirib: “Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.

 

 

 

 

Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

 

 

 

 

Biz torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad olunsun. Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı”.

 

 

 

Dövlət İmtahan Mərkəzi avqustun 19-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcəkdir.

DİM-dən verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ardını oxu...

Avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən iyul ayı ərzində muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı təmin еdilmişdir.

Ardını oxu...

Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına əcnəbilərin marağının və müxtəlif məqsədlərlə səfər etmə niyyətinin hər ötən il daha da artması onu deməyə əsas verir ki, qədim və zəngin tarixi özündə yaşadan muxtar respublikanın dayanıqlı və tarazlı inkişafı ölkəmizin hüdudlarından kənarda da müsbət dəyərləndirilir.

Ardını oxu...

 

 

 

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyadır.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.

 

 

 

Avqustun 15-də saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Ardını oxu...


Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Ardını oxu...

Əfsanəyə dönən ömürlər


Vətən sevgisindən nə qədər danışsaq, nə qədər yazsaq da bu hissin izah edilməsində sözlər aciz qalar. Təkcə onu deyə bilərəm ki, Vətən sevgisini ən böyük sevgi sayan, bu sevgini gənclərə aşılayan, gözünü qırpmadan düşmənin üzərinə yeriyən oğullarımız, gözünün ağı-qarası tək oğul övladını bu Vətənə qurban edərək, oğlunun cənazəsini qarşılayarkən “Vətən sağ olsun!” deyib əyilmədən, sınmadan, məğrurcasına dayanaraq başını dik tutan Şərur rayonunun Oğuz kənd sakini şəhid Əli Yusifovun anası Bəturə xanım kimi qəhrəman analarımıza həmişə yüksək ehtiram göstərilir. Bəturə ana bu gün oğlunun 24 yaşını, cənnətdəki ilk doğum gününü elə oğlunun məzarı üstündə onunla söhbət edərək qeyd edir.

Ardını oxu...

Bunu ötən ayın ümumi mənzərəsi aydın əks etdirir

Bu, bir tarixi reallıqdır ki, ölkəmizin bugünkü müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası məhz 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilmiş, geniş quruculuq işləri aparılmışdır. Ulu öndər ölkəyə rəhbərliyinin hər iki dövründə qədim tarixə, özünəməxsus dövlətçilik ənənələrinə malik olan, geostrateji əhəmiyyətliliyi ilə seçilən Naxçıvanın hərtərəfli inkişaf etdirilməsini dövlət siyasətinin prioriteti hesab etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına sadiqliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu ideyaların muxtar respublikada əzmkarlıq və qətiyyətlə reallaşdırmasının nəticəsidir ki, Naxçıvan çoxəsrlik tarixində əsl inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. 


Strateji sahə olan taxılçılığın
inkişafı üçün yaradılan imkanlar məhsuldarlıqla nəticələnir

Muxtar respublikada sosial-iqtisadi tərəqqi baxımından qazanılan çoxsaylı uğurlar sırasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, bunun nəticəsində isə ixrac imkanlarının da artırılması, xüsusilə qeyd olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə görülən mühüm tədbirlər kənd təsərrüfatının, xüsusilə strateji sahə olan taxılçılığın inkişafına geniş imkanlar açmışdır. Belə ki, taxılçılıq muxtar respublikada ötən ilin payız əkinlərində əsas yer tutmuş, həmin ilin payızında və cari ilin yazında muxtar respublikada 32721 hektar sahədə taxıl əkilmişdir. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini vermiş, sahələrdən hektarın orta məhsuldarlığı 31,6 sentner təşkil etməklə 103372 ton yüksəkkeyfiyyətli taxıl götürülmüşdür.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olmuş, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanmışdır. Ali Məclisin Sədri yaradılan şəraitin nəticəsində muxtar respublikada taxılçılıq sahəsində ciddi irəliləyişə nail olunduğunu vurğulamış, eyni zamanda bildirmişdir ki, müxtəlif ərazilərdəki məhsuldarlıq fərqinin aradan qaldırılmasına diqqət yetirilməli, məhsuldarlıq artırılmalı, əkin zamanı aqrotexniki qaydalara əməl olunmalı, məhsuldar toxumlardan istifadə edilməli, taxılçılıq rayonlarının texnika təminatını bundan sonra da diqqətdə saxlamalı, müvafiq tədbirlər həyata keçirilməli, əhali maarifləndirilməli, taxıl sahələrinin hektarının yox, məhsuldarlığın artırılmasına nail olunmalıdır. Baxış zamanı məlumat verilmişdir ki, “Araz” Elm-İstehsalat Birliyi üçün 87 hektar əkin sahəsi ayrılmışdır. Bu ilin məhsulu üçün 55 hektar sahədə taxıl əkini keçirilmişdir ki, bunun da 45 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Muxtar respublika rəhbəri biçin zamanı yanğın təhlükəsizliyinə ciddi nəzarət olunması, əkin kvotasının hazırlanması, muxtar respublikanın iqlim şəraitinə uyğun toxumların alınması və toxum bankının yaradılması ilə bağlı tapşırıqlar vermişdir.

İnsan amilinə dəyər verilərsə...

Səhiyyənin inkişafı istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, muxtar diyarımızda müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. İyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilmişdir.
Ali Məclisin Sədri yeni səhiyyə ocağında yaradılan şəraitlə tanış olmuş, məlumat verilmişdir ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarət olmaqla, ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Muxtar respublika rəhbəri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Şərqin qapısı Naxçıvan
Azərbaycan-Türkiyə arasında sarsılmaz birlik və qardaşlıqda etibarlı körpüdür

Yeni mərhələyə qədəm qoymuş, strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdirilən Azərbaycan-Türkiyə əlaqələrində Azərbaycanın qədim diyarı, Şərqə, Türk dünyasına açılan etibarlı qapısı – Naxçıvan Muxtar Respublikası müstəsna yerə və rola malikdir. İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini vurğulamış, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini diqqətə çatdırmışdır. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirmiş, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırmış, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etmişdir. Cahit Bağçı səmimi qəbula görə minnətdarlıq etmişdir.
26-31 iyul tarixlərində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikamızda “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin reallaşdırılması bir daha sübut etdi ki, ortaq tarixə və mədəniyyətə, eyni soy-kökə malik iki qardaş xalq arasındakı sarsılmaz birlik və həmrəylik xalqlarımızın gələcəyi olan gənclik tərəfindən də varislik prinsiplərinə əsaslanaraq yaşadılır, inkişaf etdirilir. İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın Türk dünyası üçün əhəmiyyətinə diqqət çəkmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər. Türkdilli Ölkələrin Dövlət Başçılarının Doqquzuncu Zirvə Görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıq etmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” barədə məlumat vermişdir.

Şəhidlərimizə sonsuz ehtiram nümunəsi

Torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Naxçıvandan olan könüllülər də iştirak etmiş, böyük şücaət göstərmiş, şəhidlərimiz və qazilərimiz olmuşdur. Dövlətimiz tərəfindən bütün şəhidlərin yüksək ad və medalla təltif olunması onlara dərin ehtiramın bariz nümunəsidir. İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun və şəhid kapitan Babayev Nihad Akif oğlunun ölümündən sonra təltif olunduqlarını qeyd etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmişdir. Ali Məclisin Sədri şəhidlərimizin hər ikisinin hərbi təhsil aldığını, onların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda 2014-cü ildən zabit kimi xidmət etdiklərini, fəaliyyətləri dövründə zabit şərəfini ləyaqətlə qoruduqlarını bildirmiş, şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə təşəkkür etmiş, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətimizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulamışdır.
Ali Məclisin Sədri İkinci Qarabağ müharibəsinin ən yüksək təltifi olan “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqələrini, eləcə də “Vətən uğrunda” medallarını şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevə və şəhid kapitan Nihad Babayevin atası Akif Babayevə təqdim etmişdir. Şəhid ataları göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Azərbaycanın incisinin köksündə yeni incilər bərq vuracaq

Ümummilli liderimiz Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zaman əsasını qoyduğu quruculuq və inkişaf strategiyası bu gün muxtar respublikanı tamamilə əhatə etmişdir. Azərbaycanın incisi sayılan Ordubad rayonuna da quruculuq ərməğanlarından pay düşmüşdür. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində rayonun Vələver, Dırnıs və Kələki kəndləri muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşulur. İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vələver, Dırnıs və Kələki kəndlərində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxmışdır. Vələver kəndində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik, Dırnıs kəndinə 216 şagird yerlik olacaq məktəb binalarında, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər dövlət qurumlarının yerləşəcəyi kənd mərkəzlərində, əhaliyə nümunəvi xidmətin təşkil olunması üçün müasir şərait yaradılacaq xidmət mərkəzlərində aparılan tikinti işləri barədə muxtar respublika rəhbərinə məlumat verilmişdir.
Kələki kəndində isə Ali Məclisin Sədrinə bu yaşayış məntəqəsində də kənd və xidmət mərkəzlərinin tikintisi ilə bağlı məlumat verilmişdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, digər dövlət qurumları, feldşer-mama məntəqəsi fəaliyyət göstərəcək, xidmət mərkəzində yaradılacaq şərait isə kənd sakinlərinin rahatlığının təmin edilməsinə hesablanıb.
Muxtar respublikanın kəndlərində yolların abadlaşdırılması ilə bağlı görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu da yenidən qurulur ki, iyulun 13-də Ali Məclisin Sədri burada görülən işlərlə tanış olmuşdur. Bildirilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su keçidləri və 8800 metr suaparıcı kanalın qurulmasına başlanılıb. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.
Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur. İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmış, bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində də tikinti işləri keyfiyyətlə aparılır. Xidmət mərkəzində isə xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.
Unus kəndində həyata keçirilən quruculuq işləri ilə tanışlıq zamanı Ali Məclisin Sədri demişdir: “Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir”. Muxtar respublika rəhbəri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermiş, turizm əhəmiyyətliliyi ilə seçilən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə və Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində də olmuş, görülən işlərlə maraqlanmış, Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması, istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.

Enerji təhlükəsizliyi muxtar respublikanın strateji qələbəsidir

Dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin ideyalarının inamla gerçəkləşdirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikada digər sahələrdə qazanılan uğurlarla yanaşı, enerji təhlükəsizliyinə də nail olunmuş, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilmişdir. Bu gün sənaye obyektlərinə və əhaliyə verilən təbii qazın fasiləsiz çatdırılması üçün infrastruktur daim təkmilləşdirilir, mövcud imkanlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyasının qurulması da bu tədbirlərin davamıdır. İyulun 14-də – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümündə yeni stansiya istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Muxtar respublika rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü və Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi münasibətilə qaz təsərrüfatı işçilərini təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür etmişdir. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsinin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində həyata keçirilmə mərhələlərini təhlil etmiş, vurğulamışdır ki, 2005-ci ildən etibarən qısa müddətdə – 3 il ərzində Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri tamamilə təbii qazla təmin olunmuşdur.
Muxtar respublikanın qaz təsərrüfatında aparılan təkmilləşdirmə və yenidənqurma işlərindən danışmışdır. Qeyd olunmuşdur ki, bir neçə il bundan əvvəl Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Nəzərdə tutulub ki, bu xətt gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşdirilsin və axın Naxçıvan şəhəri istiqamətində olmaqla, istismar edilsin. 80 kilometrə yaxın uzunluğu olan qaz kəmərinin boru xəttindən anbar kimi istifadə etmək üçün Qaz Kompressor Stansiyasının qurulmasına ehtiyac var idi. Stansiyanın qurulmasında məqsəd Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərində təzyiqin artırılmasıdır. Bu da boruda 1 milyon 500 min kubmetrə yaxın qaz yığılmasına və qəza zamanı muxtar respublikada əhali abonentinin 8-10 gün qazla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildikdən sonra Naxçıvan-Şahbuz və Naxçıvan-Culfa istiqamətlərində boru xətlərinin təbii qazla doldurulması təmin ediləcəkdir. Stansiyanın istifadəyə verilməsi muxtar respublikada qaz təsərrüfatının idarə olunmasını da yaxşılaşdıracaq, təzyiq boru xəttində yaranacaq ehtiyat hesabına nizamlanacaqdır.
Sonra stansiyaya baxış olmuş, məlumat verilmişdir ki, 25 min kubmetr/saat gücə malik yeni stansiya hesabına muxtar respublikanın qaz təsərrüfatı sisteminə gün ərzində əlavə olaraq 600 min kubmetr təbii qazın verilməsi mümkün olacaqdır. Stansiyanın istifadəyə verilməsi ilə əlaqədar 10 yeni iş yeri açılmışdır. Ali Məclisin Sədri Qaz Kompressoru Stansiyasında texniki istismar qaydalarına əməl olunması, kadr hazırlığına diqqət yetirilməsi və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

Sənətə və sənətkara dəyər millilik etalonudur

Ümummilli liderimiz Heydər Əliyevin hələ Sovetlər Birliyi dövründə milli mədəniyyətin, incəsənətin inkişafındakı misilsiz xidmətlərindən biri də 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasıdır. Ötən dövrdə Naxçıvan rəssamlıq sənəti böyük inkişaf yolu keçmiş, qədim və zəngin tarixə malik olan Naxçıvan rəssamlıq sənəti Ali Məclis Sədrinin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müstəqillik illərində Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, görkəmli rəssamlarımızın yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda həmin ixtisaslar üzrə, ümumilikdə, 226 tələbə təhsil alır. Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm dərnəklərində də 600-ə yaxın uşaq və gənc rəssamlıq sənətinin sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Rəsm Qalereyasında dəyərli rəsm əsərləri mühafizə, təbliğ və nümayiş olunur. Bir sözlə, 59 üzvü olan Rəssamlar Birliyi hərtərəfli qayğı ilə əhatə olunub, rəssamların yaradıcılıq imkanları xeyli genişləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il martın 2-də Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalaması, iyulun 16-da Rəssamlar Birliyinin 50 illik yubileyinin qeyd olunması muxtar respublikada rəssamlıq sənətinin inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Yubiley tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik etmişdir. Ali Məclisin Sədri çıxışında Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixinə nəzər salaraq Naxçıvan rəssamlıq sənətinin varislik ənənələri əsasında inkişaf etdirildiyini vurğulamış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin keçdiyi yolu böyük mədəniyyət salnaməsi kimi dəyərləndirmişdir.
Muxtar respublika rəhbəri tariximizin və milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılmasının rəssamların yaradıcılığında xüsusi yer tutmalı olduğunu vurğulamış, bu yolda birlik üzvlərinə uğurlar arzulamış, yubiley münasibətilə onları bir daha təbrik etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 15 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adı ilə təltif olunan rəssamlara fəxri adların döş nişanları və vəsiqələrini təqdim etmişdir.
Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinə baxış zamanı Ali Məclisin Sədri rəsm dərnəklərinin fəaliyyətinin gücləndirilməsi və varisliyin təmin olunması, hədiyyəlik rəsm və əl işlərinin hazırlanması barədə tapşırıqlar vermişdir.

Yüksək poliqrafiya mədəniyyəti ziyalılığa çağırışdır

Bu il muxtar respublika tarixində əlamətdar bir hadisə – Naxçıvanda mətbuatın yaranmasının yüz illiyi qeyd olunur. Ali Məclis Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyi bir dövrdə muxtar respublikada mətbuatın inkişaf etdirilməsi ilə paralel olaraq nəşriyyat işinin yüksək səviyyədə təşkil olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Bütün bunların nəticəsi olaraq yüksək poliqrafiya mədəniyyəti formalaşmış, mətbəə işinin müasir tələblər səviyyəsində qurulması bu gün muxtar respublikada nəşr olunan bütün qəzetlərin yüksək keyfiyyətlə çapına, həmçinin kitabların müasir tələblərdə nəşrinə şərait yaratmışdır. Milli Mətbuat Gününün qeyd olunduğu bir ayda birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır. İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunmuş elmi ədəbiyyatlar, oxunması zəruri olan kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş 15 minə yaxın məhsul satışa çıxarılmışdır. Həmçinin burada “Nəşriyyat xidmətləri” bölməsi yaradılmış, mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları qoyulmuşdur. Mərkəzdə 3 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri vurğulamışdır ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzinin fəaliyyəti həm çap olunmuş məhsulların sərgi-satışını təşkil etmək, həm də dövlət büdcəsi ilə maliyyələşən təşkilatları dəftərxana ləvazimatları ilə – standartlara uyğun və keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. Mərkəzin fəaliyyət göstərməsi həm də muxtar respublikanın tanıdılmasında böyük əhəmiyyətə malik olacaqdır. Çünki burada ölkəmizin və Naxçıvanın tarixini, mədəniyyətimizi, milli dəyərlərimizi əks etdirən kitablar satışa çıxarılıb.
Muxtar respublika rəhbəri dövlət idarə və müəssisələrinə aid dəftərxana ləvazimatlarının qanunvericiliyə uyğun hazırlanması və mərkəzin fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir. Sonra Ali Məclisin Sədri Kitab Evindəki digər dəftərxana ləvazimatları, eləcə də idman mallarının satış mərkəzlərində də olmuş, göstərilən xidmətlərlə maraqlanmışdır.

Uğurlu yekun həm də uğurlu başlanğıc deməkdir

Muxtar respublikada iqtisadiyyatın, eləcə də elm, təhsil, səhiyyə, turizm və digər sahələrin inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi ilbəil deyil, hər ötən yarım ildə dinamik templə müşahidə olunmaqdadır. 2021-ci ilin birinci yarısında da muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər sosial-iqtisadi tərəqqiyə öz töhfəsini vermiş, dayanıqlı və tarazlı inkişaf təmin olunmuşdur. Cari ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 1 milyard 328 milyon manat olmuşdur ki, bunun da 86 faizi özəl bölmənin payına düşmüşdür. Ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 18 milyon manata yaxın kredit verilmiş, 55 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda muxtar respublikada 384 növdə məhsulun istehsal olunması dayanıqlı inkişafın nəticəsi kimi mühüm əhəmiyyətə malikdir. Cari ilin ilk 6 ayında muxtar respublikada 116 obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 168 obyektin tikintisi və yenidən qurulması isə davam etdirilmişdir. Xüsusilə Duzdağda yeni şaxtanın istifadəyə verilməsi mühüm iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də təbii sərvətimiz olan duzun müasir metodlarla çıxarılması, emalı və ixracına geniş imkanlar açmışdır. 2021-ci ilin birinci yarısında muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində də sistemli tədbirlər görülmüş, bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 meqavat gücündə Günəş-Külək Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikanın enerji tələbatının ödənilməsində alternativ və bərpa olunan enerji mənbələrinin payını artırmışdır.
Muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafının cari ilin ötən dövründə də davam etdirilməsi ilə bağlı bu məlumatlar, iqtisadi-siyasi təhlillər, statistik müqayisələr iyulun 8-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzəsində öz əksini tapmışdır. Məruzədə vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilmiş, quruculuq işləri aparılmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır. Bu dövrün ən mühüm hadisəsi mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuş, muxtar respublikanın inkişafını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”. Ali Məclisin Sədri ilin birinci yarısında əldə edilmiş sosial-iqtisadi inkişafın bundan sonra da davam etdirilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublika sakinlərinə uğurlar arzulamışdır.

İyul ayının ümumi mənzərəsinin təhlili onu təsdiq edir ki, istər ötən ayın, istərsə də ötən yarım ilin də yekunları ilə bağlı faktlar ümummilli lider Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi dövründə ölkənin gələcək sosial-iqtisadi tərəqqisinə, yüksəlişinə hesablanmış müdrik ideyalarının real bəhrələridir. Ali Məclisin Sədri demişdir: “Müstəqil Azərbaycanda əsası 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev siyasi xətti və yolu uğurla davam etdirilir. Bu yol Azərbaycanı Sovet hakimiyyəti illərində güclü dövlətə çevirdi. Eyni zamanda 1993-cü ildən bu siyasətin davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən güclənir, inkişaf edir, dünya dövlətləri sırasında öz layiqli yerini tutur”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə
Ölüm aşağıdır Vətən eşqindən.


Vətən! Bu söz bizim hamımız üçün müqəddəsdir, doğmadır, əzizdir. Elə bu səbəbdəndir ki, bir qarış torpağına yağı əli uzananda sipər olur sinələr onun uğrunda. Hələ lap qədimdən Azərbaycan xalqı öz torpağını, yurdunu, doğma Vətənini göz bəbəyi kimi qoruyub, düşmən əlləri torpağımıza uzananda canlarını Vətən uğrunda qurban verməyə hazır olublar. Odlar Yurdunun övladları döyüşə atılarkən, sadəcə, bir cümlə dillərdə səslənir: “Vətən sağ olsun!” Vətən həmişə dilimizin əzbəri, qəlbimizdə ümmanlara sığmayacaq məhəbbət bəslədiyimiz səcdəgahımızdır. Bu gün Vətənimiz 44 gün ərzində təpədən dırnağadək Vətən sevgisi ilə silahlanan igid oğullarımızın torpaqlarımızı qarış-qarış düşmən tapdağından xilas edib ay-ulduzlu, üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda qaldıraraq əldə etdikləri böyük zəfərə şahidlik edir.

Ardını oxu...

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik muxtar respublikamıza səfərinin ikinci günündə “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində olub. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.

Ardını oxu...

Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb:

"Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir.

Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.

Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.

Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır.
Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır".

 

 

 

Azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan mülki şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə 23 mülki şəxs minaya düşərək həlak olub, 36 mülki şəxs isə müxtəlif bədən xəsarətləri alıb.

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

 

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.

Ardını oxu...

Sual: Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə hansı qaydada verilir?

Cavab: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Ardını oxu...

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yoluxma sayının artımına səbəb olan bir neçə əsas faktorları sadalamaq istərdim. Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir:

"Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştamının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq".

 

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bu il muxtar respublika ərazilərində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sayəsində taxıl zəmilərində yanğın hadisələri baş verməmişdir. Lakin biçindən sonra da taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına yol verilməsi müşahidə edilir.

Ardını oxu...

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən görüşdə baş leytenant Tural Tağıyev, Əli Aslanzadə, baş gizir Rüfət Tağızadə, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları Elxan Babayev, Səttar Hüseynov və Cahandar Məhərrəmov iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Ardını oxu...

 

Əfsanəyə dönən ömürlər

II Qarabağ müharibəsi tariximizin şanlı səhifələrinə qəhrəmanlıq salnaməsi, şərəf dastanı kimi yazıldı. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz erməni qəsbkarlarının heç bir ağla və məntiqə söykənməyən saxta torpaq iddialarını puç edib, əzəli-əbədi torpağımız olan Qarabağımızı öz sahiblərinə qovuşdurdu. Bu müharibədə şücaətli ordumuz, cəsur əsgər və zabitlərimiz öz canı, qanı bahasına əbədi zəfər bayramını xalqımıza bəxş etdi. Torpaqlarımızın düşməndən azad olunması uğrunda böyük qəhrəmanlıq göstərən şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın ailələri isə bu gün dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şəhidlərimizin ailələri ilə görüşüb, 13 şəhid ailəsinə yeni mənzillərin açarlarını təqdim edib. Həmin şəhid ailələrindən biri də Bağır Ələkbərovun ailəsidir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiəqəsini itirən 32 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

 

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.

DİM-dən Trend-ə verilən məlumata görə, həmin tarixdə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulur:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Ardını oxu...

Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

 

Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Ardını oxu...

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Ardını oxu...

“Şərq qapısı” – 100

Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi hadisələrin, quruculuq işlərinin təhrif olunmadan və obyektiv şəkildə xalqımıza və dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzedilməzdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kütləvi informasiya vasitələrinin inkişafına həmişə qayğı ilə yanaşmasının ifadəsidir ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalayıb.

Ardını oxu...

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.
Bildirir ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR