Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunella ilə görüşüb.
Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və Naxçıvan Muxtar Respublikası ilə mədəniyyət, kənd təsərrüfatı, turizm sahələrində əlaqələrin yaradılması və inkişafı, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.