22 Dekabr 2024, Bazar

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən görüşdə baş leytenant Tural Tağıyev, Əli Aslanzadə, baş gizir Rüfət Tağızadə, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları Elxan Babayev, Səttar Hüseynov və Cahandar Məhərrəmov iştirak ediblər.


Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizdən, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadətindən söz açıblar. Çıxışlarda ölkəmizdə aparılan gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclər üçün milli şüura əsaslanan mühitin yaradılması, Vətənə sevgi və bağlılıq hisslərinin aşılanması, onların layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti, kapitan Nurlan Məhərrəmov görüşdə iştirak edən hərbçilərimiz barədə məlumat verib. Hərbçilərdən Tural Tağıyev və Elxan Babayev tədbirin təşkilində əməyi olan insanlara təşəkkür edib, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən, yurd eşqi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.
Qeyd edək ki, görüş Gənclər və İdman Nazirliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı və Gənclər Fondu tərəfindən birgə təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR