21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci il oktyabr ayının 1-dən 30-dək ölkəmizin hər yerində gənclərin həqiqi hərbi xidmətə çağırışı davam etdirilir.

Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı İbrahim Hüseynov, Naxçıvan şəhər İcra hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov və digərləri çıxış edərək çağırışçılara tövsiyə və arzularını çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini tövsiyə edib.

Naxçıvan Muxtar Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

 

 

İllər öncə yaşadığım, Füzuli rayonunun Alxanlı kəndində qonşuluqda  bir neçə ailə var idi. Onlara bəziləri məcburi köçkün bəziləri də qaçqın deyirdi. Özləri də bu kəlməni eşidəndə baxışları dəyişirdi. Bu kəlmələr onları çox incidirdi, amma ən çox həsrət incidirdi onları. Yurd həsrəti, evlərinin, obalarının düşmən nəfəsində qalmaq həsrəti. Sona xala Qubadlıda dünyaya göz açmışdı. Həmin gün – işğal günü yurdundan bir ovuc torpağı ovuclayıb kəlağayısının bir küncünə qoyub, düyünləyib özü ilə götürmüşdü. Gündə yüz dəfə o torpağı iyləyib ətrini duymasa, yaşaya bilməzdi. Vəsiyyət də edirdi ki, əgər mən dünyadan Qubadlını yenidən görməmiş köçsəm, bu torpağı sinəmə töküb dəfn edin məni. Düzdür, Azərbaycanın o başı da, bu başı da Vətəndir, ay qızım, amma insanın doğulub böyüdüyü yurdun yeri tam başqadır, – deyirdi həmişə.  

Ardını oxu...

İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid oktyabrın 21-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
İndoneziyanın səfiri səfər çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramını bildirib, Heydər Əliyev Muzeyini ziyarət edib.
İndoneziyalı diplomat “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib, Duzdağ Fizioterapiya Mərkəzində olub. Səfir Naxçıvan Muxtar Respublikasında yaşayan İndoneziya vətəndaşları ilə də görüşüb.

Ardını oxu...

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar respublikamıza media-tur təşkil edib. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşları və media nümayəndələrinin iştirakı ilə dünən başlayan turda iştirakçılar ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bundan sonra Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar. Dünya memarlığının nadir nümunəsi və Naxçıvan dövlətçilik tarixinin nişanəsi olan, hələ XII əsrdə türk qadınına verilən dəyərin rəmzi sayılan Möminə Xatın məqbərəsi media-tur iştirakçılarının böyük marağına səbəb olub, qarşısında xatirə şəkli çəkdirilib. Sonra Əlincəqala, Xanəgah Memarlıq Kompleksi və Haçadağın kənardan görüntüsü ilə tanış olmaq üçün yola düşüblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən oktyabr ayının 21-də Naxçıvan Dövlət Universitetində mətbu orqanın yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitet əməkdaşlarının və tələbə müəlliflərin yazılarının dərc olunduğu “Şərq qapısı” qəzeti nömrələrindən və Naxçıvanda mətbuatın, o cümlədən “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolunu əks etdirən kitablardan ibarət sərgiyə baxıblar.

Ardını oxu...

İcmal

Heydər Əliyev siyasi xəttinin təntənəsi

Azərbaycan tarixinə adı qızıl hərflərlə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi yazılan cənab İlham Əliyevin seçicilər tərəfindən ilk dəfə Prezident seçilməsinin 18-ci ildönümündə və müstəqilliyimizin 30 illiyində bir daha ölkəmizin keçdiyi inkişaf yoluna nəzər yetirdikdə görürük ki, Odlar Yurdu əsrə bərabər inkişaf yolu keçib. Bir sıra inkişaf etmiş dövlətlərin 100 ildə əldə etdiyi nailiyyətləri, böyük uğurları Azərbaycan cəmi 30 il ərzində qazanıb.

Ardını oxu...

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastruktur obyektlərinin açılışında da iştirak edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 

 

 

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv mövqe nümayiş etdirir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Grliç Radman ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan regionda kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir:

“Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır”.

 

 

 

 Oktyabr bu yurda qara qış da gətirdi, al-əlvan çiçəkli yaz da


Lal Arazın sahilində qulaqbatıran hayqırtılar,
yanan ürəklər, sönən çıraqlar

Xatırlamıram... Mən deyim on, siz deyin on beş il öncə... Araz çayı boyunca dolambac yollarla irəliləyirdi avtobus. Çayın o tayından dağıdılmış, viran edilmiş evlər dəyirdi gözə. Bu evlər o evlər idi ki, bir zamanlar zəngilanlılara doğma ocaq, isti qucaqdı. Baxdıqca ürəkdağlayan mənzərədən boylanan o evlər kədər, iztirab, tənhalıq, çarəsizlik, tükənmişlik hayqırışlarıyla “bizi qurtarın bu zülmdən” deyirdilər, sanki. Dili olsa, yalvarar, gözü olsa, qan ağlayardı, bəlkə də, o daşlar, o divarlar... Arazın həzin laylasını dinləyərək onun qoynuna sığınan bu evlər elə Araz qədər dərdli idi. Bu, hicran dərdi idi. Vətənindən qoparılan yurdun Vətən həsrəti dərdi...

Ardını oxu...

 

Ötən ilin sonlarında başlayan və tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. 

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının ötən dövrü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 1 oktyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu xidməti “Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılmışdır.

Nazirlər Kabinetinin 2021-ci il 4 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə, məhsul istehsalına, toxum və ting satışına görə verilən subsidiya əmsallarının təsdiq edilməsi haqqında” 2019-cu il 26 dekabr tarixli Qərarında edilmiş dəyişikliyə görə 2022-ci il üçün kənd təsərrüfatı bitkilərinin əkin əmsalları və əkin subsidiyalarının yeni məbləği təsdiq edilmiş, tütün növləri üçün məhsul subsidiyasının məbləği müəyyən edilmişdir. Qeyd edək ki, növbəti ildən başlayaraq 10 hektar və daha çox torpaq sahəsində sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcəkdir.

Ardını oxu...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Qardaş Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu ili Qarabağın işğaldan azad olunması ilə daha da gözəldir.

Üç rəngli bayrağınla çox yaşa Can Azərbaycan! "

Qeyd edək ki, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.

 

 

 

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Dost və qardaş ölkə Azərbaycanı müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümü münasibətilə təbrik edirik, azərbaycanlı qardaşlarımıza birlikdə və bərabər olacağımız güclü gələcək arzulayırıq".

 

 

 

ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində 18 Oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib.

Bəyannamələri Apeks şəhərinin meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar.

Bəyannamələrdə bildirilib ki, Amerika Birləşmiş Ştatları müasir Azərbaycan Respublikasının (Naxçıvan və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir. Amerika-Azərbaycan Dostluq Təşkilatının Şimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifaha töhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın və Azərbaycan əsilli amerikalıların 18 oktyabr tarixini Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd etdikləri, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları nəzərə çatdırılıb.

 

 

 

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, XX əsrin sonlarında isə Azərbaycan ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.

Ardını oxu...

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VII Avrasiya Forumu” keçirilib. Ümumilikdə 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziriRəfael Əliyev açaraq bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Dövlət təşkilatları, hüquqi, fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili, aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilir.

Ardını oxu...

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Naxçıvanda Mühasiblərin və auditorların VII Avrasiya forumu keçirilib. Forum iştirakçıları tədbirdən öncə ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra forum iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda böyük maraq yaradıb.

Ardını oxu...

Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvandır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetişdirib. Belə görkəmli şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən artığını Naxçıvan diyarına həsr edib, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına xidmət edib.

Ardını oxu...

Hər zərrəsindən əcdadımın yaşayış tərzi, həyat ritmi, yaratmaq amalı, tariximin nəfəsi duyulan, ululuq rəmzi, kimliyimin açarı sayılan Azıx mağarasının yerləşdiyi, görkəmli şairimizin adını qürurla, şərəflə daşıyan Füzulim. İllərin nisgilindən, kədərindən təngə gələn sinənin murdar ayaqlardan, yad əllərdən, xain xislətli ürəklərdən, bədnəzərlərdən təmizləndiyi gündən artıq bir il ötür, bir daha gözün aydın. Məğrur oğullarının al-qanları ilə ədalət məşəlini yandırdığı, haqqın batili usandırdığı, xeyrin 30 ildir, dörd nala atını çapan şər qüvvəni büdrədib üzüqoylu uzandırdığı, Qələbə dastanına növbəti fəslin, Ali Baş Komandanın mübarək, əbədiyaşar “Füzuli bizimdir!” kəlməsinin tarixə yazıldığı oktyabrın 17-ci günü. Bəli, hər saat, hər an qürurla xatırladığımız 44 gündən birinin ildönümünü qeyd edirik, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramla...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.

Ardını oxu...

Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Naxçıvan ədəbi mühiti isə Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. Muxtar respublikamızda da ədəbi mühitin inkişafı dövlət qayğısı ilə əhatə olunub.

Ardını oxu...

Görkəmli elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli haqqında yazmaq çətin olsa da, böyük fəxrlə bir gənc olaraq, mən bunu özümə borc bildim. Əməkdar elm xadimi, professor Yusif Seyidov İsa müəllim barəsində deyirdi: “Bu görkəmli alimin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir”.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlılığın qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Ardını oxu...

Müstəqillik ideyaları, müstəqil dövlət quruculuğu prosesi kimi, müstəqil mətbuatın
da əsası Naxçıvanda qoyulmuşdur


1988-ci ildən etibarən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı milli şüur və təfəkkürdə bir sıçrayış yaratdığı kimi, xalqın əsas xitabət kürsüsü olan mətbuata da yeni ab-hava gətirir. Lakin uzun illər sovet senzurasının məngənəsində “boğulan” mətbuatın demokratikləşməsi, söz, mətbuat azadlığının formalaşması zaman və qətiyyət tələb edirdi. İftixarla demək olar ki, milli müstəqillik ideyaları, müstəqil dövlət quruculuğu prosesi kimi, müstəqil mətbuatın da təməli böyük dövlətçilik tarixinə malik Naxçıvan Muxtar Respublikasında ­qoyulmuşdur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində birəsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illiyi münasibətilə tədbir keçilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin, dövlət müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ardını oxu...

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində oktyabrın 13-də bir əsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları yeni, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, qurucu babalarımıza və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Ardını oxu...

 

 

 

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində oktyabrın 13-də bir əsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları yeni, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, qurucu babalarımıza və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Ardını oxu...

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsinin imzalanmasından 100 il ötür. 1921-ci il oktyabrın 13-də imzalanan və Moskva müqaviləsindəki müəyyənləşdirilmiş müddəalarla üst-üstə düşən Qars müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olunmuşdur. Müqaviləyə görə, Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getməyərək şimal-şərq sərhədlərini qoruyub saxlamış, Naxçıvanla bağlı məsələ öz ədalətli həllini tapmışdır.

Ardını oxu...

“Sarsılmaz qardaşlıq – 2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq – 2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.
Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər.

Nəriman Nəcəfov

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər sentyabr ayında da davam etdirilmişdir. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

 

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”navə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasənNaxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.

Ardını oxu...

Naxçıvanda nələr gördük?

Könül mülkündən REPORTAJ


Bu bizim Naxçıvana ilk səfərimiz idi.Amma Bakıda yaşayan naxçıvanlı dostlarımızın Nuh Peyğəmbərdən, onun gəmisindən az maraqlı olmayan söhbətləri Naxçıvan və ümumən, muxtarrespublikanın bu günü, hazırkı halı barədə aydın təsəvvürlərimizi yaratmışdı. Hətta olub ki, eşitdiyimiz söhbətlərin reallıqdan qaynaqlandığına inanmamışıq. Naxçıvanı elə vəsf edirdilər ki, eşitdiklərimizə “şişirdirsiniz”, “bu qədər ola bilməz” kimi cavablarla qarşılıq verdiyimiz anlar da olub. Qısası, gözümüzün önündə Naxçıvanın elə bir şəkli çəkilmişdi ki, bu diyara səfər etmək həvəsimiz, məsələn, Havay adalarına getmək istəyimizi belə, üstələmişdi. Naxçıvanı görməyə, eşitdiklərimizin həqiqətlə qohumluq əlaqələrini müəyyənləşdirməyə o qədər tələsirdik ki, inanın, qalxmağı ilə enməyi arasında cəmi 50 dəqiqəlik zaman kəsiyi olan təyyarədə uçuş vaxtımız bizə 50 saat təsiri bağışladı. Nəinkisəbrimiz, həmin anlarda heç havamız da çatmırdı. Köməyimizə təyyarə bələdçisi gəldi. Daha doğrusu, onun salonda eşidilən səsi: “Hava limanına eniş edirik!”

Ardını oxu...

Ölkəmizin ictimai fikir tarixində belə bir deyim formalaşmışdır ki, Azərbaycanın mütərəqqi ideyaları Naxçıvandan gəlir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Fərmanı ilə görkəmli səhiyyə təşkilatçısı Əqil Mehdiyevin anadan olmasının 100 illiyinin təntənəli tədbirlər silsiləsi ilə keçirilməsindən sonra professor Tamerlan Əliyevin 100 illiyinin qeyd edilməsi bu qənaətin əsassız olmadığını göstərir. 

Gənc yaşlarından elmi fəaliyyətlə məşğul olan və çox böyük nailiyyətlər əldə edən Tamerlan Əliyevin bir həkim və elm adamı kimi fəaliyyəti, keçdiyi mənalı ömür yolu bu gün tibb təhsili alan tələbələr və gənc alimlər üçün bir nümunədir.

Ardını oxu...

Oktyabrın 8-də Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ardını oxu...

Bir zəhmətkeş ana tanıyıram. O ana ki övladını necə əzab-əziyyətlərlə böyüdüb, boya-başa çatdırıb. Atasız övlad yükünü təkbaşına çəkib... II Qarabağ müharibəsi başlayanda Tünzalə ana təlaş içərisində idi… Axı min bir əziyyətlə böyütdüyü, gözünün ağı-qarası olan oğlu düşmənlə üz-üzə dayanmışdı... Torpaqlarımızın düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərən oğullarımız sırasında Tünzalə ananın oğlu İlkin də var idi.

Ardını oxu...

Dövlət dəstəyindən bəhrələnən, onlara yaradılan şəraitdən səmərəli istifadə edərək meyvə bağları salan muxtar respublikanın Culfa rayonunun ailə təsərrüfatçıları bağlarından topladıqları 1 ton 200 kiloqramdan çox almanı sovqat kimi hərbi hissəyə veriblər.
Bununla əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə dövlət-xalqordu birliyindən bəhs olunub. Bildirilib ki, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir.
Qeyd edək ki, muxtar respublikada sakinlərin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə gələrək hərbçilərimizlə görüşməsi, onlara sovqat göndərməsi bir ənənə halını alıb.

Xəbərlər şöbəsi

Dövlət dəstəyindən bəhrələnən, onlara yaradılan şəraitdən səmərəli istifadə edərək meyvə bağları salan muxtar respublikanın Culfa rayonunun ailə təsərrüfatçıları bağlarından topladıqları 1 ton 200 kiloqramdan çox almanı sovqat kimi hərbi hissəyə veriblər.
Bununla əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə dövlət-xalqordu birliyindən bəhs olunub. Bildirilib ki, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir.
Qeyd edək ki, muxtar respublikada sakinlərin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə gələrək hərbçilərimizlə görüşməsi, onlara sovqat göndərməsi bir ənənə halını alıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş təşkil olunub. 

Ardını oxu...

  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyində  muxtar respublikanın aparıcı mətbuat orqanının yubiley tədbiri keçirilib.

Ardını oxu...

Hər dəfə yolum Sədərək – Naxçıvan magistralının Kəngərli rayonunun Xok kəndi hissəsindən keçəndə yol kənarındakı məzarlıqda ayaq saxlayıram. Burada uyuyan, vüsalına çatmayan yeddi oğulun son mənzilində – məzarı  başında dayanıram. Onlara demək istədiyim sözləri misra-misra vərəqə köçürürəm. Məhz köçürürəm, nöqtəsinə, vergülünə toxunmadan, bir sözünü dəyişmədən  əzbər bildiyim bir şeir kimi...

Ardını oxu...

Azərbaycanda 28 May - "Müstəqillik Günü" və 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" adlandırılaraq hər il bayram kimi qeyd ediləcək.

Bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Ardını oxu...

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də eyni qaydada, yəni İran ərazisindən keçməklə hərəkətini davam etdirir:

Ardını oxu...

27 sentyabr 2020-ci il… Bu tarixə aparan yol çox keşməkeşli oldu xalqımız üçün. Ötən 30 ildə neçə-neçə günahsız oğul-uşaq, qoca-cavan mənfur düşmənin hiyləgər oyunlarının qurbanı oldu. Bu 30 ildə kədərləndik, qüssələndik, qəmləndik, köks ötürdük, gözümüz həsrət dolu baxışlarla boylandıqca yollara. Dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalışan məkrli, acgöz düşmən illərboyu ayrı saldı Vətəni müqəddəs torpaqlarından. İllər ötdükcə Vətən həsrətilə yanan bağrımız alovlandı, zaman keçdikcə haqqımız nazilərkən… Ancaq nazilsə də üzülmədi haqqımız, tükənmədi səbrimiz, qırılmadı ümidimiz. Nə vaxtsa bir gün vüsala çatacağımıza şübhə etmədik, çünki dövlətimizin qüdrətinə, ordumuzun gücünə hər zaman inandıq. Yanılmadıq, məyus olmadıq, əksinə, qürurlandıq verilən hər qərarla, fəxr etdik düşünülərək atılan hər addımla, fərəhləndik yenilməz ordumuzla, tək yumruq olduq mübariz xalqımızla, öyündük mərd, cəsur, qorxmaz, igid oğullarımızla… 

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə aid dövlət təşkilatlarının əməkdaşları üçün “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova açaraq təlimin əhəmiyyətindən bəhs edib, xidmət tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciətetmə qaydaları, müraciətlər zamanı gerçəkləşdirilən proseslər və himayə olunması barədə ətraflı məlumat verib.

Ardını oxu...

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər təhsilin bərpasının mərkəzində” mövzusuna həsr olunub. Məqsəd COVID-19 böhranının başlamasından bir il yarım sonra bərpa prosesinə tam töhfə verə bilmək üçün müəllimləri dəstəkləməkdir.

Ardını oxu...

Müəllimlik insanlıq tarixinin ən mənalı və ən müqəddəs peşəsidir. Mövzusu insan olan və bizləri yüksəklərə qaldıraraq zirvələri fəth etməyimizə vəsilə olan bir peşədir müəllimlik. “Bir insanı pisliklərdən uzaqlaşdırıb yaxşılıqlara təşviq edə bilmək günəşin işıqlandırdığı hər gündən daha xeyirlidir”, fikri müəllimliyin nə qədər müqəddəs və şərəfli bir peşə olduğundan xəbər verir .Keçmişdən bu günə bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  yüksək peşəsi hesab etmişlər.  İslam  dininin banisi Məhəmməd peyğəmbər öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli isə mənə bir hərf öyrədənin qulu olmağa hazıram, demişdi.

Ardını oxu...

Sizə kimdən danışım, kimdən deyim, bir əsr yaşayan, bir əsrdir, xalqı ilə nəfəs alan, dil açıb oxucuları ilə danışan, çətinliklərə baxmayaraq, durmadan, dayanmadan nəşr edilən, yurdunun gözəlliklərini, keşməkeşli günlərini, bugünkü qürurverici inkişafını öz səhifələrinə köçürən “Şərq qapısı” qəzetindən. Bu yurdda yaşayan elə bir ziyalı tapılmaz ki, heç olmasa bir neçə dəfə bu yüzyaşlı “qoca” ilə rastlaşmasın.

Ardını oxu...

Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ardını oxu...

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR