21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci il oktyabr ayının 1-dən 30-dək ölkəmizin hər yerində gənclərin həqiqi hərbi xidmətə çağırışı davam etdirilir.

Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı İbrahim Hüseynov, Naxçıvan şəhər İcra hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov və digərləri çıxış edərək çağırışçılara tövsiyə və arzularını çatdırıblar.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini tövsiyə edib.

Naxçıvan Muxtar Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR