21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

ANAMA-dan bildiriblər ki, sənədə əsasən, birgə hazırlanan təlim planına uyğun olaraq, MAG tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Yeniliklərə hər zaman açıq olan ANAMA bu dəfə də beynəlxalq təcrübəyə əsaslanaraq milli potensialın təkmilləşdirilməsində maraqlıdır. Bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Ardını oxu...

Bu gün saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan jurnalistlərə verilən məlumata görə, xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, Türkiyə və Azərbaycan 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın ünvanına müsbət ismarıclarla çıxış ediblər.

Ardını oxu...

"Koronavirusun “Omikron” ştamına yoluxanların sayı hər iki-üç gündən bir ikiqat artır".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro deyib.

O, yeni ştam üzündən yaxın zamanlarda ölüm hallarının artacağını söyləyib.

ÜST-dən bildirilib ki, “Omikron” ştamının daha yüksək yoluxma xassəsi yaxın gələcəkdə səhiyyə sistemini böyük çətinliklərə düçar edəcək.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilən sessiyasında muxtar respublikanın rəhbəri seçilən cənab Vasif Talıbov demişdir: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik pro­qramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”.

Ardını oxu...

İcmal

Muxtar respublikada uğurla həyata keçirilən quruculuq işləri bütün bölgələrimizi  abadlaşdırıb, kompleks quruculuq işləri bu qədim diyarı, bütövlükdə, əhatə etmişdir. Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən bu inkişafın təməlində ulu öndər Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Elə ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını bugünkü tərəqqiyə və inkişafa qovuşduran, nümunəvi siyasi təşkilatlanma və siyasi nüfuzu ilə seçilən, ümummilli mənafelərə xidmət kimi ali bir mərama malik Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünün qeyd olunduğu noyabr ayı da muxtar respublika tarixinə inkişaf, tərəqqi ayı kimi yazılmışdır. 

Ardını oxu...

Həyatda elə insanlar var ki, onlar peşəsinə könül verir, ömrünü, gününü çalışdığı sahəyə həsr edir, bütün qəlbi ilə ona bağlanır, özlərini bu yolda şam kimi gilə-gilə əridirlər. İllər ötdükcə belə insanların həyatı, elmi fəaliyyəti, yaradıcılıq amalı, ziyalılıq yolu insanlara əsl örnək, nümunə olur. Çünki, belə insanlar üçün seçdiyi peşə cəmiyyət qarşısında mənəvi borc, təmiz vicdan deməkdir. Zaman keçir, bu amalla yaşayanların əməyi, zəhməti, peşəsinə sevgisi, bağlılığı böyük bir elmi məktəbə çevrilir. O məktəb ki, neçə-neçə gənclərin yaradıcılıq yoluna işıq saçır. Yüksək intellektual potensiala malik olan, novator ideyaları, dəyərli araşdırmaları, bir-birindən maraqlı, oxunaqlı, öyrədici məqalələri ilə mətbuatda dərin izlər qoyan elm adamlarından biri də mətbu sözün keşiyində dayanan, dəstxəti ilə seçilən Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovadır. Onun qələmindən çıxan elə bir yazı yoxdur ki, oxucunu düşündürməsin. Hətta başqalarına ilk baxışda adi məişət məsələsi kimi görünən hadisəni oxucunun gözündə cəmiyyətin ictimai problemi kimi mülahizə edə bilən söz sahibidir. Onun üçün söz adi bir ifadə vasitəsi deyil. Elə buna görədir ki, o, jurnalistlik fəaliyyətinin bütün dövrlərində mətbuat fədaisi olaraq bu prinsiplə yaşayıb. Elə yaxın günlərdə işıq üzü görən“Şərq qapısı” qəzetinin müasir inkişaf yolu və media siyasəti” adlı yeni nəşri də bir ziyalının, səriştəli qələm sahibinin həmin amalla, dərin ziyalılıq düşüncəsilə qələmə aldığı qiymətli mənbədir. Müəllifin qələmindən süzülüb gələn kitabda qədim və ulu diyarın bir əsrlik mətbuat salnaməsi - “Şərq qapısı” qəzetinin müstəqillik illərindəki fəaliyyəti, bu dövrdə Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən uğurlu media siyasəti öz elmi təhlilini tapmışdır.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtını açıqlayıb.

Rəsədxanadan bildirilib ki, gələn il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 19:33-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Moldovanın “Noi.md”, “Dosarmedia.md” və digər portalları Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdikləri mətbuat konfransı, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü barədə ətraflı məlumatlar yayıb.

Məqalələrdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətlə bağlı fikirləri də yer alıb.

 

 

 

Estafet

Əzəldən bəri dilimizdən düşməyən Vətən məfhumu həssaslıqla yanaşdığımız mövzudur. Bəs nədir Vətən? Vətəni üstündə gəzib-dolandığımız quru torpaq parçası və ya müəyyən sərhədləri olan coğrafi məkan adlandıra bilərikmi? Axı uğruna minlərlə igidin canından keçdiyi, əsrlərboyu şairlərin vəsf etdiyi, dədə-babalarımızın qoynunda əbədi yuxuya daldığı torpağı, sadəcə, quru torpaq adlandırmaq olmaz. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs ziyarətgahdır. Onun suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Vətən özündə bunlar kimi minlərlə mənanı əks etdirir. Ən əsası da o, əsrlərboyu bu torpağın şirin-şirin layla çaldığı şəhidlərin ən dəyərli mirasıdır.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı cari ilin noyabr ayında da təmin еdilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarının icrası istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində olub. Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə nazirliyin Kadrlar şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov və universitetin Hüquq fənləri kafedrasının müəllimi Tofiq Hüseynov çıxış ediblər.

Ardını oxu...

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

Ardını oxu...

“Şərq qapısı” qəzetinin redaksiyasında  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na əsasən redaksiya tərəfindən “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə 1 oktyabr-30 noyabr tarixlərində elan edilən  yaradıcılıq müsabiqəsinin mükafatlandırma  mərasimi təşkil olunub. 

Ardını oxu...

 Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 922 yoluxma faktı qeydə alınıb, 1621 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 605 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 min 756 nəfər müalicə olunaraq sağalıb, 8 min 123 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 41 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 85, bu günə qədər isə ümumilikdə 5 milyon 694 min 341 test icra olunub.

 

 

 

 

Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkə arasında 5 sənəd imzalanıb.

Sənədlərə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muşun iştirakı ilə imza atılıb.

Ardını oxu...

“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.

Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 106-ci ildönümü tamam olur.

Ardını oxu...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.

Bu barədə jurnalistlərə qurumdan bildirilib.

Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, sınaq imtahanı üçün qeydiyyat dekabrın 16-sı saat 23:59-dək davam edəcək.

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

Ardını oxu...

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Ardını oxu...

Yeni nəşrlər

Bu gün tam əminliklə, böyük iftixarla və qürur hissi ilə deyə bilərik ki, günü-gündən gülüstana çevrilən, qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı diyarımız savadlı qələm sahiblərinə, jurnalistlərə günümüzün reallıqlarını tarixin səhiflərinə həkk etmək, onları gələcək nəsillərə miras qoymaq üçün yazıb-yaratmaq həvəsi verib. Elə bu mövzumuzun da qələmə alınma məqsədi oxucularımızı mətbuatımızın qocaman güzgüsü, yaradıcılıq salnaməsi olan “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri, həmkarımız Ramiyyə Əkbərovanın yüzillik yubileyimizə itihaf etdiyi “Sətirlərə sığmayan Naxçıvan” kitabı ilə tanış etməkdir. Söz adamının sətir-sətir Vətən sevgisinin təsiri ilə qələmə aldığı bir-birindən maraqlı məqalələrin hər birində muxtar respublikamızın gündən-günə çiçəklənməsindən, tərəqqi və inkişafından, güclü ordu quruculuğundan, tarix-mədəniyyət abidələrinə ikinci həyatın verilməsindən, milli dəyərlərin qorunması və təbliğindən, insanların səmərəli məşğulluğundan, yüksək səviyyəli təhsil siyasətindən, şəhid qəhrəmanlarımızın şücaətindən, ədəbi mühitlə yanaşı, digər bütün sahələrin inkişafından dolğun və müfəssəl şəkildə məlumat verilərək oxuculara təqdim olunub. Kitab, ümumilikdə, jurnalistin ölkə və muxtar respublika mətbuatında dərc olunmuş, bir-birindən zəngin fotolarla müşayiət olunan publisist məqalələri, müsahibələri və yaradıcılıq nümunələri toplusudur. Redaktoru “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov olan kitabın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” dəyərli fikirləri yer alır. Həmçinin kitabın növbəti ikinci və üçüncü səhifələrində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diyarımızla bağlı zəngin və hikmətamiz fikirləri ilə tanış oluruq. Kitabı vərəqlədikcə, elə ilk səhifələrdə müəllifin əməkdaşı olduğu yüzyaşlı “Şərq qapısı” qəzetinə həsr etdiyi “Dünənin və bu günün güzgüsü haqqında qeydlərim” adlı məqaləsi “qarşılayır” bizi.

Kitabın ilk fəslində – “Naxçıvan dünən və bu gün” adlı bölmədə muxtar respublikamızın müstəqillik illərindən öncə qarşılaşdığı ağır problemlər və son illərdə əldə etdiyi yüksək nailiyyətlər, inkişaf və tərəqqi dövrü bir-biri ilə qarşılaşdırılır. Buradakı məqalələrin hər biri Naxçıvanın dünən və bu gün müqayisəsinin öhdəsində layiqincə gələn yaradıcılıq nümunələridir. Bu məqalələrdə ötən əsrin 90-cı illərində blokadanın və erməni təcavüzünün nəticəsində muxtar respublikada bir sıra sahələrdə yaranan problemlər və ötən illər ərzində həmin problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər müqayisəli şəkildə öz əksini tapıb. Oxucu kitabda təqdim olunan konkret faktlarla tanış olarkən ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin sədaqətlə davam etdirilməsi nəticəsində Naxçıvanın dünəni ilə bu günü arasında çox böyük fərqin yarandığını, qədim diyarın müasirləşərək inkişaf etdiyini, zirvələr fəth etdiyini bir daha aydın şəkildə görür.
Kitabın ikinci fəslini təhlil edərkən bir hərbçi xanımı kimi müəllifin keçirdiyi hisslər açıqca oxucuya ayan olur. “Əfsanəyə dönən ömürlər” başlıqlı bu fəsildə Birinci Qarabağ müharibəsi şəhidlərindən olan Kərim Kərimov və Sədərək kəndində şəhadətə yüksələn Abbasəli Nəzərəliyev, o cümlədən 44 günlük şanlı Vətən müharibəsində şəhidlik məqamına çatan Naxçıvan igidlərinin mənalı ömür yolu həssaslıqla, böyük vətənpərvərlik hissi ilə qələmə alınıb. Məqalələrin hər birində müəllif rəşadətli ordumuzun şücaəti, Ali Baş Komandanın dəyanəti ilə mənfur düşmən üzərində cəmi 44 gün ərzində əldə etdiyimiz qələbəni, oxucularımıza, elə şəhidlərimizin sətirlərə sığmayan şücaətləri ilə çatdırmağa çalışıb. Vətənin bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimiz olduğunu vurğulayıb. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda şəhadətə çatan Vətən oğullarının döyüş yolu barədə kitabda yer alan hər məqalədə bu yüksək vətənpərvərlik idealları xüsusilə vurğulanıb.
Milli-mənəvi duyğuların, yurda bağlılıq hissinin və vətənpərvərlik məfkurəsinin təsiri ilə yazılmış “Ən ülvi duyğudur Vətən sevgisi” başlıqlı fəsildə müəllif bir-birindən maraqlı yaradıcılıq nümunələrinin dili ilə məmləkətimizin müstəqillik əldə etdikdən sonra ard-arda qazandığı uğurları, inkişaf və tərəqqini, o cümlədən dövlət-xalq-ordu birliyinin dövlətimizin timsalında yaratdığı ən gözəl nəticələri dolğun şəkildə işıqlandıra bilib. Bununla yanaşı, müəllifin qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər zaman milli dəyərlərinə sadiqliyindən, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasından, Azərbaycan xalqının formalaşmasına təsirindən və milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki xüsusi rolundan bəhs etməsi də oxucularda rəğbət yaradır.
Son illər ərzində muxtar respublikamızın hər bir sahəsində olduğu kimi, yaşayış yerlərimizin də müasirliyə qovuşması, şəhərlərimizlə kəndlərimiz arasındakı fərqlərin aradan qaldırılması, kənd adamına göstərilən qayğı kitabın “İnkişaf edən bölgələrimiz”, “Alın təri ilə sulanan torpaq qurumaz” başlıqlı fəsillərində cəmlənib. Bu bölmələrdə müəllif muxtar diyarımızın bütün yaşayış məntəqələrində gedən və öz simasını dəyişərək, sözün əsl mənasında, müasirlik donu geyinən yurd yerlərimiz haqqında məlumat verir.
“İnsan sağlamlığı cəmiyyətin sərvətidir”, “Təhsil millətin gələcəyidir” adlı fəsillərdə həmkarımız, cəmiyyətin ən aktual mövzularından sayılan iki sahəni – təhsil siyasətini və sağlamlıq amilini diqqətə çatdırmaqla dövlətimizin diqqət və qayğısı ilə sözügedən iki sahədə də əldə edilən inkişaf və nailiyyətlərdən qürurla danışır.
“Naxçıvan mətbəxi və yurdumuzun nemətləri” bölməsində milli mətbəximizin təbliğinin, tədqiqinin, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işinin bu gün muxtar respublikada uğurla aparıldığı qeyd olunub.
Son olaraq “Müsahibələr və reportajlar, sərbəst” fəslində isə jurnalistika sahəsinin zəngin yaradıcılıq nümunələri ilə bir-birindən maraqlı yazılar qələmə alınıb.
Kitabı oxuyub təhlil edərkən bir daha şahidi olduq ki, sahib olduğun peşəyə duyduğun sonsuz sevgi, zəhmətsevərlik və təşəbbüskarlıq ortalığa uğurlu nəticələr çıxarmağa rövnəq verir. Həmkarımız Ramiyyə Əkbərovanı yeni kitabının nəşri münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətində də yaradıcılıq uğurları arzulayırıq.

Məcid RƏŞADƏTOĞLU

Şərur rayonu

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sosial-iqtisadi inkişafı diqqət mərkəzində saxlanılan bölgələrimizdən biri də qədim Şərurdur. Bu dövrdə Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, onlarca məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilmiş, ulu öndərin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan vermişdir. Respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlərdən də Şərur rayonuna xeyli pay düşmüşdür. Qarxun kəndində dəmir-beton konstruksiyaları zavodunun və qum-çınqıl karxanasının, Oğlanqala və Xələc kəndlərində mərmər sexlərinin, Sədərək, Maxta, Düdəngə, Xanlıqlar kəndlərində üzümün ilkin emalı ilə məşğul olan 6 şərab zavodunun, Radioquraşdırma Bakı İstehsalat Birliyi Şərur filialının, müasir çörək zavodunun və digər sənaye müəssisələrinin işə salınması, yeni xidmət şəbəkələrinin yaradılması, aqrar sahədə həyata keçirilən uğurlu islahatlar rayonun iqtisadiyyatının və buna müvafiq olaraq əhalinin maddi rifah halının xeyli yüksəlməsinə stimul olmuşdur. Ötən əsrin yetmişinci-səksəninci illərində rayonda yol infrastrukturu da yenilənmiş, körpülər salınmış, meliorasiya və irriqasiya tədbirləri həyata keçirilmişdir.

Ardını oxu...

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyində olub. Ekskursiya zamanı bələdçi Alsu Mikayılova Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verərək bildirib ki, bu mədəniyyət ocağı 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri var, hazırda ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilir. Ekspozisiyanın I guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Digər guşə görkəmli fırça ustaları tərəfindən mənzərə və kompozisiya janrında çəkilən əsərlərə həsr olunub. Qalereyanın növbəti guşəsi yerli və xarici ölkə rəssamlarının festivallarda çəkərək qalereyaya təqdim etdikləri rəsm əsərlərindən ibarətdir. Nəzərə çatdırılıb ki, sonuncu guşədə naxçıvanlı rəssamların müxtəlif janrlarda çəkilmiş dəyərli rəsm əsərləri nümayiş olunur. Ali təhsil ocağının əməkdaşlarının da əsərlərinin nümayiş edildiyi qalereyaya universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun müəllifi olduğu “Doğma diyar” əsəri hədiyyə olunub.

Ardını oxu...

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 270 milyon nəfəri ötüb.

Hazırda bütün dünyada koronavirusa 270 milyon 509 min yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 324 min nəfərə, sağalanların sayı isə 243 milyon 299 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 50 milyon 800 min nəfəri keçib, 818 minə yaxın insan infeksiya səbəbindən həyatını itirib, 40 milyon 3 mindən çox insan isə sağalıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

 

 

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”naəsasən“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında qrup komandirləri ilə təlim toplantısı keçirili

Təlim toplantısında əsasdiqqətsərhəd zastavalarının atıcı, texniki, təminat qrup komandirlərinin və sərhəd nəzarəti məntəqələrinin nəzarətçi heyətinin bacarıqlarının təkmilləşdirilməsinə və peşəkar hazırlıqlarının yüksəldilməsinəyönəldilib.

Ardını oxu...

Türkiyənin “A Haber” telekanalı Azərbaycanın xilaskarı, xalqımızın böyük oğlu, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə xüsusi reportaj yayımlayıb.

Ardını oxu...


İl 2003 , aylardan dekabr.  Qışın ilk və ən uzun ayı ... Axşamdır,  sükut çöküb şəhərə. Bu sükut başqa sükutdur. Sanki şəhər köçüb, yeri boş qalıb.Səssizliyin hüznü şəhərin izdihamın belə ötüb. Sükutu ağlayan buludların səsi pozur. Pəncərəmdən seyr edirəm yağan yağışı. Bu gün yağışda fərqli yağır. Elə bil buludlar öz kədərini bu yağış damlaları ilə yerə endirib. Yanan işıqlar içərisində şəhər zülmətə bürünüb. Sanki səmada ayın və ulduzların da işığı sönüb,  onlarda şəhəri aydınlada bilmir. Bu nə zülmətdir İlahi!

Ardını oxu...

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, – deyən ümummilli liderimizin həyatının mənası Azərbaycanı müstəqil və qüdrətli dövlətə çevirmək olmuşdur. 

Ardını oxu...


Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi Türkiyənin İqdır şəhərində də ehtiramla yad edilib.

Ardını oxu...

Estafet


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il keçirilən “Hüquqlar hamı üçün!” jurnalist yazıları müsabiqəsində 2021-ci il üçün aktual mövzu kimi elan olunan “Postmüharibə dövründə insan hüquqları” mövzusunda təqdim etdiyi məqaləyə görə Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva fərqləndirmə mükafatına layiq görülüb, diplomla təltif edilib. Həmin məqalə Türkiyə və Özbəkistan mətbuatında da dərc olunub.

“Şərq qapısı” ilə də müntəzəm əməkdaşlıq edən gənc tələbə jurnalistin məqaləsini oxucularımıza təqdim edirik.

Ardını oxu...

Yüzillik mətbuat arxivimizdən bu günə

Mədəni inkişaf cəmiyyətin, eləcə də hər bir fərdin özünüinkişafının əsas məqsədlərindən biridir. Böyük ədib Hüseyn Cavidin sözləri ilə desək, məhz dünyanı xilas edəcək olan mədəniyyətlə ən sonda intibaha qovuşmağı, hər kəsin bir-birini insan olduğuna görə sevib, hörmət etməyi xəyal etmək olar. Bu xəyalların gerçəkləşməsi üçün isə hər bir insanın təhsilli, kamil vətəndaş olması şərti dünya sivilizasiyalarının inkişaf tarixində qalın cizgilərlə aydın yazılıb. Çünki ən böyük mədəniyyət təhsil mədəniyyətidir. 

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

Azərbaycanın ümummilli lideri, xalqımızın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsi Türkiyənin Qars şəhərində ehtiramla yad edilib.

Anım mərasiminin iştirakçıları əvvəlcə Qarsdakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə tər çiçəklər düzüblər.

Qars Mədəniyyət Mərkəzində keçirilən anım mərasimi bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardını oxu...

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Ardını oxu...

Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsindən bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Baş Prokurorluğu Şuşa rayonu ərazisində iki mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, dekabrın 9-u Şuşa rayonu ərazisində iki mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən ilkin araşdırma aparılıb. Müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev həmin ərazidə təmir-tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

 

 

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2021-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planının icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar təşkil edilmişdir. Hər iki dövlət orqanın əməkdaşlarının çıxış ediyi seminarda bu sahəyə göstərilən dövlət qayğısından bəhs edilmiş, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülmüş zəruri tədbirlərdən danışılmışdır. Qeyd edilmişdir ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmiş, dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.
Vurğulanıb ki, qeyri-hökumət təşkilatları hökumətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkəsidir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması mühüm rol oynamışdır. Bu sahənin formalaşması və inkişafı ilə bağlı qəbul edilmiş qanunvericilik aktları bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmışdır.
Seminarda mövzu ilə yanaşı onların ayrı-ayrılıqda maraqlandıqları mövzular ətrafında müzakirələr aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

“Şərq qapısı” – 100

Bu məqaləni qələmə almağa başlamazdan əvvəl nə vaxtsa oxucularımıza təqdim olunmuş bir yazımda müraciət etdiyim ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini bir daha xatırladım: “Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatı ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də biz gərək jurnalistlərə kömək edək”. 

Ardını oxu...

Dekabrın 7-8-də Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın Təhsil Nazirliyində və ali təhsil ocaqlarında bir sıra rəsmi görüşlər keçirib. Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru, həmçinin “Naxçıvan” Universiteti tərəfindən keçirilən “Beynəlxalq həftə” layihəsi çərçivəsində Böyük Britaniya günlərində iştirak edib, muxtar respublikanın tarixi-mədəni abidələri ilə tanış olub. Fransis Qardener-Trexo muxtar respublikaya səfərinin məqsədi, burada keçirdiyi görüşlərin nəticələri barədə fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb:

Ardını oxu...

Dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət, yeni imtahanların keçirilməsi və hamiliklə bağlı tədbirlərin davam etdirilməsi noyabr ayı ərzində də Dövlət İmtahan Mərkəzinin əsas fəaliyyət istiqaməti olub.

Ardını oxu...

Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulub ki, bu istiqamətdə artıq tikinti işlərinə start verilib. Tunellər şərti olaraq T1, T2 və T3 adlandırılıb.

Ardını oxu...

“Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik”.

 “TRT Haber”ə istinadən xəbər veririk ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnaistlərin suallarına cavabında bildirib.

“Ukrayna və ətrafındakı hadisələri yaxından izləyirik. Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”, - Türkiyə lideri deyib.

 

 

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 Türkiyə bürosu xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Ardını oxu...

Sinoptiklər sabah gözlənilən yağıntılar barədə xəbərdarlıq edib.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, dekabrın 9-dan 10-dək Azərbaycanın regionlarında - əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Bəşər sivilizasiyasının mədəniyyət ocağı, beşminillik tarixin ərməğanı, qütblərin və qitələrin qovuşduğu əsrarəngiz məkan olan Azərbaycanın göz bəbəyidir Naxçıvan. Füsunkar təbiəti, münbit torpağı, milli-mənəvi dəyərləri, ləziz mətbəx nemətləri, təbiət gözəllikləri ilə bir cənnətməkandır Naxçıvan. Dədə Qorqud hikməti, Əcəmi Naxçıvani mədəniyyəti, Kalbalı xan uzaqgörənliyi, Cəlil Məmmədquluzadə ucalığı, Hüseyn Cavid bəşəriliyi, Məmməd Səid Ordubadi mütəfəkkirliyi, Bəhruz Kəngərli ideyası, Yusif Məmmədəliyev elmi, Cəmşid Naxçıvanski igidliyi, ümummilli lider Heydər Əliyev dühasının hər daşına, qayasına hopduğu bu məmləkətin keçdiyi mübarizə yolunun şanlı tariximizin səhifələrində özünəməxsus yeri var. Çünki bu torpağın qazandığı inkişaf və tərəqqiyə, o cümlədən aydın sabahlara qovuşması heç də asan olmamışdır. Ancaq qürurla deyə bilərik ki, sözügedən çətinliklərin məngənəsindən üzüağ qurtaran muxtar respublikamız bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük amallara hesablanmış ideyalarına qətiyyətlə sahib çıxaraq onu yaşadıb inkişaf və tərəqqi dövrünü qazanmışdır.

Ardını oxu...

Heydər Əliyev Muzeyində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 26 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 668 müraciət edilib. Onlardan 370-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 298 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 96-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

 

 

 

Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin Diplomatiya kabinəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonağı salamlayaraq universitetin zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan rektor sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb. Akademik fəaliyyətdə də uğurlara imza atıldığı vurğulanaraq bildirilib ki, universitet müəllimlərinin elmi məqalələr ilə yüksək impaktfaktorlu jurnallara çıxışı təmin edilib. Ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsi çərçivəsində Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələr haqqında qonağa ətraflı məlumat verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR