21 Dekabr 2024, Şənbə

Bu gün Ermənistanın humanitar hüquq prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşmiş Gəncə şəhərinə hücumundan bir il ötür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) "Twitter" səhifəsində yazılıb.

Nazirlik günahsız qurbanları kədər və hüznlə xatırladıqlarını bildirib.

Qeyd edək ki, 4 Oktyabr 2020-ci ildə Ermənistanın Gəncəyə birinci raket atəşi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.

 

 

 

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.

 

 

 

Ötən il 44 gün ərzində əldə etdiyimiz böyük Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Bir-birinin ardınca doğma torpaqlarımız işğaldan azad edildi. Onların içərisində Cəbrayılın da özünəməxsus yeri vardır.

Qarabağın əlverişli guşəsi

Azərbaycan Respublikasının cənubunda, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir Cəbrayıl rayonu... 1930-cu ildə əsası qoyulan bu rayon qədim yurd yeri hesab edilir. Tarixi mənbələrdə bildirilir ki, rayonun adı onun mərkəzi olan Cəbrayıl kəndinin adı ilə bağlıdır. Bu müqəddəs torpağın adının Allahın xeyir mələyi Cəbrayılın adından götürüldüyü də deyilənlər sırasındadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixdə Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Türkiyənin Qars şəhərində “Qars müqaviləsinin tarixi əhəmiyyəti” adlı beynəlxalq konfrans keçirilib. İki gün davam edən konfransın iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin büstünü və Kazım Qarabəkir Paşanın heykəlini ziyarət ediblər. “Aynalı köşk”də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən hazırlanmış nəşrlərin də yer aldığı sərgiyə baxış olub.

Ardını oxu...

Yaxın həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən görüşəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.

R.T.Ərdoğan təxminən 30 il davam edən işğaldan sonra Azərbaycan torpaqlarının azadlığa qovuşduğunu xatırladıb: "Biz də azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə bir daha azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Biz işğal altındakı torpaqlarını azad etməyə çalışan bir ölkəyə və Türkiyəyə qarşı sərgilənən kinli yanaşmaları heç vaxt unutmayacağıq".

 

 

 

Cəbrayıl rayonunda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında qrup üzvlərinə məlumat verilmişdir. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılmışdır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Azərbaycan prokurorluq orqanlarının əsasının formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, – deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Ardını oxu...

Qədim tarixə malik, Nuh nəfəsli Naxçıvanımız, sözün həqiqi mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu da səbəbsiz deyil. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində muxtar respublikamızda da sürətli inkişafın, geniş quruculuq və abadlıq işlərinin bəhrələrini görürük. Daha dəqiq desək, Naxçıvan diyarımız yeniliklər dövrünü yaşayır. Şəhər və kəndlərimizdə aparılan məqsədyönlü abadlıq və quruculuq işləri insanların yaşayış səviyyəsini yüksəldib, onları doğma elinə, obasına sıx tellərlə bağlayıb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sentyabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının muxtar respublika daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli Qərarında dəyişiklik edilərək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə verilməsi nəzərdə tutulmuş subsidiyanın müddəti 2021-ci il sentyabrın1-dək uzadılmışdır.

Ardını oxu...

Hər şey sənin şəhadətinlə başlamışdı cənab general… 2020-ci il 14 iyul tarixində almışdıq şəhidlik xəbərini. Ürəyi Vətən eşqi ilə döyünən qeyrətli Azərbaycan oğulları mənfur düşmənin budəfəki əhvi olmayan addımına dur deyərək “Dəmir yumruq” kimi birləşdi. Sənin şəhid xəbərin qəlbimizi göynətsə də iradəmizi, qüdrətimizi sındıra bilmədi, qələbəyə gedən yolda bizlərə güc verdi. Otuz ildir ki, qəlbi əzəli-əbədi torpağımız olan Qarabağın məhəbbəti ilə döyünən xalqımız qisas andı ilə namərd düşmənin üzərinə od-alov kimi yeridi. Zərrə-zərrə qələbənin ətrini yurduna gətirən, mərmi-mərmi düşmənin məğlubiyyətini dünyaya bəyan edən haqq savaşımızda rəşadətli, dəyanətli ordumuzun qəhrəmanları torpaqlarımızın nicatı naminə canını fəda edərək üçrəngli bayrağımızı ən ali zirvəyə yüksəltdilər. Onlar da sənin kimi şücaətləri ilə ata-analarına, bacı-qardaşlarına, ən başda da bütün xalqına sonsuz qürur hissi yaşadan, al-qanı ilə zəfər, qələbə nəğməsi yazan igidlər idi. Sənsə bir qəhrəman kimi Azərbaycanın hər bir igidinin ürəyində, biləyində düşməni lərzəyə salan heybətə, gücə, sarsılmaz qüdrətə çevrildin. Sənin haqqında danışılanları eşitdikcə, dinlədikcə daha da şölələnir qəlbimizdəki məhəbbətimiz, Vətən sevgimiz. İlahi, bu necə Vətən, xalq sevgisidir deyir, fəxarət dolu sözlərdə, qürur dolu gözlərdə mənalı həyat yolundan özümüzə yol açırıq. Artıq əbədi zəfərimizdən bir il ötdü, cənab general. Vətən müharibəsindən ötən bu bir ildə sənin timsalında olan qəhrəman generalımızı, şəhidlərimizi bütün Azərbaycan tanıdı. Elə qəhrəmanımızı yetişdirib xalqımıza bəxş edən ailə üzvlərini də...

Ardını oxu...

  

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin “Əsrə bərabər illər” kitabının təqdimatı keçirilib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində terrorla mübarizə mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib. Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.

Taktiki-xüsusi təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, əsas diqqət şəxsi heyətin binalarda antiterror əməliyyatlarının aparılması, əsir və girovların azad edilməsi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.  Təlimin ssenarisinə əsasən əhali arasında çaxnaşma yaratmaq məqsədilə şərti düşmənin təxribat-diversiya qrupunun üzvləri bir neçə nəfər mülki vətəndaşı əsir götürərək tərk edilmiş çoxmərtəbəli binada gizlənirlər. Terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşlarımızın azad edilməsi tapşırığını almış  xüsus təyinatlı qruplar  helikopter və zirehli avtomobillərlə eyni anda binaya həmlə edirlər. 

Ardını oxu...

Tarixin izi ilə

   Azərbaycanın ayrılmaz bir parçası olan doğma Naxçıvanımızın tarix və mədəniyyət abidələrinin araşdırılması həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşündə bölmədə xeyli işlərin görüldüyünü, lakin qarşıda da xeyli vəzifələrin durduğunu demişdir. Belə mühüm məsələlərdən biri də Naxçıvanın rayonlarının tarixinin yazılmasıdır. 

Ardını oxu...

Vətən müharibəsinin başlanmasının bir ili tamam oldu. O müharibə ki Azərbaycan 30 il ərzində bunun baş verməməsi üçün çox çalışdı, çox səbir etdi. Lakin reallıqlar çox zaman fərqli həqiqətləri ortaya qoyur və hər kəsə seçim etmək imkanı verir. Belə olan tərzdə ölkəmiz də öz seçimini etdi. Azərbaycanın haqq uğrunda savaşı illərdir, zəhərli ideologiyalarla özlərinə “dünya” quran, xəstə təxəyyüllə “bu dünyaya” can atmağa çalışan ermənilər və onların havadarları üçün gözlənilməz oldu. Söhbət ondan getmir ki, ermənilər savaşa hazır deyildilər, əksinə, onlar ötən üç onillik ərzində xeyli silah-sursat əldə etmiş, işğal etdikləri Azərbaycan ərazilərində elə güclü istehkam səddləri qurmuşdular ki, onları yarmaq hər kəs, elə ermənilərin özləri üçün də mümkünsüz görünürdü. Bundan əlavə, uzun illər ərzində bütün təmas xətti boyunca basdırılan minalar da həm intensiv döyüşlərin aparılmasının, həm də bu ərazilərə keçilməzliyin mümkünsüzlüyü qənaətini yaratmışdı. Lakin Azərbaycan Ordusu bütün bu səddləri darmadağın edərək istəyinə çatdı – Ali Baş Komandanın qarşıya qoyduğu vəzifəni layiqincə yerinə yetirdi. Beləliklə, qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də bir çox ölkə­lərdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Azərbaycanın Zəfəri illərdir, “yenilməz, qalib erməni ordusu” mifini yerləyeksan etdi, Azərbaycan əsgərinin qüdrətini bütün dünyaya göstərdi.

Ardını oxu...

Qədimdən-qədim doğma rayonum, doğma şəhərimiz, hər zaman tarixlərdə öz yerini tutan, fərqlənən Culfa! Azərbaycana Zəfər tarixi yazanlar sırasında igidlərin ilə seçilirsən. 15 qəhrəmanın sənin adını daha da ucalara qaldırıb. Culfadan Qarabağ torpaqlarına, oradan da bütöv Azərbaycana sədanı yayıb. Onların mərdlikləri, qəhrəmanlıqları ilə bir başqa dəyərə qalxmısan, sanki bir ildə bir başqa olmusan, başqa bir qürura qovuşmusan, Culfa!

Ardını oxu...

“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov qəhrəmancasına ön xətdə şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub”. 2020-ci ilin 14 iyulunda bu xəbərlə açdıq sabahımızı. Səsinin hər zərrəsində kədər hiss olunan general-leytenant Kərim Vəliyevin Tovuzdakı erməni təxribatı ilə bağlı televiziyadakı çıxışını dinləyərkən xalq olaraq sarsılsaq da, qisas hissi ilə daha da gücləndi əzmimiz. Xalqın illərdir tarıma çəkilən səbrinin son damlası idi, əslində, bu xəbər...

Ardını oxu...

Dünən “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə “Gənc nəslin tərbiyəsində, maariflənməsində və mətbuat sahəsində inkişafında “Şərq qapısı” qəzetinin rolu” mövzusunda tədbir təşkil edilib.

Ardını oxu...

Sentyabrın 27-si Azərbaycanda Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Ardını oxu...

Sentyabr ayı hər birimiz üçün payızın ilk ayı və bilik ayı kimi tanınır. Hər kəs, xüsusilə məktəbli və tələbələr bu ayın gəlişini səbirsizliklə gözləyir. Çünki qızıl payızın ilk aylarından olan sentyabrda ağacların, otların, çiçəklərin ömründə xəzan çağı olsa da, təhsil illərinə ilk qədəm qoyanlar üçün sentyabr həm də yeni biliklərin başlanğıcı kimi xatırlanır. Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi isə sentyabrı bizim üçün həm də böyük Zəfərə gedən yolun başlanğıcı kimi xatırlamağımıza vəsilə etdi. Məhz 27 sentyabr tarixi, illərdir torpaqlarımızı işğalda saxlayan düşmənlərimizə onların anladıqları dildə cavab vermək anının reallığa çevrildiyi gün kimi yazıldı tarixə. Həm də dünya tarixinə. Həmin gün Odlar yurdunun aslanları səhərin sübh çağında Vətənin müdafiəsinə qalxaraq tariximizə yeni bir tarix yazmağa başlamışdılar. Bundan sonra hər gün, hər saat cəbhədən müjdəli xəbərlər almağa başladıq. Bir an belə durmadan irəliyə doğru hərəkət edirdi Vətənimin məğrur igidləri. Qəhrəman ogullarımız cəbhədə düşmənə əsl savaş dərsi keçirdi. İgidlər öz müqəddəs qanlarıyla tariximizə yeni bir tarix yazarkən həm də dünyaya haqq, ədalət, vicdan dərsi verirdi. Dövlət -xalq -ordu birliyindən doğan Dəmir Yumruqla düşmən hər gün darmadağın edilirdi. Hər bir qarış torpağımız işğaldan azad olduqca, xarı bülbülün ətri daha yaxından duyulurdu Ana Yurdumuzda. Gecənin zülmətini azadlığın günəşi  addım -addım qovalayaraq cənnətin gözəl qoxusunu doldururdu dünyamıza. Analar bir gözü ilə şəhid balalarını ağlayır, bir gözü ilə vətənin azadlığına təbəssüm  edirdi.  Vətən oğullarının çəkdiyi nərə nəinki düşmənin bağrını  yarırdı,  həm də yeri -göyü lərzəyə gətirirdi. Sanki Yaradan öz ordusunu  yerə endirmişdi. Dünyanın gözü Qarabağda gedən savaş dərsində idi. Bu dərs sinif otaqlarında keçilən qırx beş dəqiqəlik tarix fənninə 44 günlük Vətən müharibəsi olaraq düşdü.

Ardını oxu...

Şəhidlik məqamına qovuşan eloğullarımız bu gün bizə Qələbə sevinci ilə bərabər həm də sonsuz qürur hissi yaşadır. Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar.

II Qarabağ müharibəsi başlanmasının birinci ildönümü muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizə böyük ehtiramla qeyd olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının, həmçinin ictimaiyyətin nümayəndələri şəhid məzarlarını  ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.

Sentyabrın 27-də saat 1200-da muxtar respublikanın bütün ərazilərində avtomobillərin hərəkəti 1 dəqiqəlik sükutla dayandırılıb, səs siqnalları verilib.

 

 

 

27 Sentyabr - Anım Günü ilə əlaqədar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində mərasim keçirilib. Şəhidlərin xatirəsi sükutla yad edilib, dualar oxunub.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsindəki paylaşımında bildirib.

Paylaşımda qeyd edilib ki, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə dinlənilib.

 

 

 

Naxçıvan şəhər qəbiristanlığının yerləşdiyi küçədən keçirəm. Buradan elə-belə ötüb getmək mümkün deyil. Qırmızı qərənfil və əklillərin dövrəyə aldığı məzarlar hər kəsi şəhidlərimizin ruhuna hörmət və ehtirama çağırır. Elə məni də. Dəmir qapıdan içəriyə daxil oluram. Bir azca irəli gedən kimi onlar qarşılayır təbəssümlə, cəsur, qürurlu, başı dik duruşla...

Ardını oxu...

 

 

 

Azərbaycan Respubikası Xarici İşlər Nazirliyi 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb.

XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:

"Bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı.

Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi. Bu, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoydu.

Ardını oxu...

2020-ci il 27 sentyabrın səhəri... İstirahət günü idi. Həmişəki kimi erkəndən oyanmışdım. Adətim üzrə televizorda xəbərləri izləməyə başladım.Efirdə ölkə başçısı cənab İlham Əliyevin müraciəti gedirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitablarının təqdimatı keçirilib.

Ardını oxu...

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Ardını oxu...

O, Şərur rayonunun Çomaxtur kəndinin ilk Vətən müharibəsi şəhididir. Həyatının 24-cü baharını yaşayırdı. Ömrünün ən gözəl ilində yüzlərlə qəhrəman kimi həyatı bahasına xalqımızın bir payız gününü yaza çevirdi. Onun üçün Vətənə xidmət həyat amalı idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində mətbu orqanın yubiley tədbiri keçirilib.

Ardını oxu...

27 sentyabr 2020-ci il. Vətən müharibəsinin başladığı, xalqımızın öz əzəmətini, qüdrətini, birliyini nümayiş etdirərək mənfur ermənilərə - yağı düşmənə göz dağı vermək, birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımıızın qisasını almaq üçün yaranmış tarixi gün. "Müharibə" sözü öz leksik mənasında nə qədər dəhşətli səslənsə də, onun əvvəlindəki "Vətən" sözü həmin anlama bir müqəddəslik gətirir. Bəli, biz Vətən müharibəsi – ikinci Qarabağı savaşı ilə 30 il tapdaq altında inildəyən, bizdən imdad diləyən torpaqlarımızı ikiüzlü, hiyləgər, tariixi şəxsiyyətlərin belə ikrahla xarakterizə etdiiyi ermənilərdən azad etmək üçün “Dəmir yumruğa” döndük. Ölkəmizdə hər kəs – uşaqdan böyüyə, cavandan qocaya hamı, eləcə də əqidəsindən, partiya mənsubluğundan asılı olmayaraq Müzəffər Ali Baş Komandanın – cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşdi. Cəmiyyətimizin bütün sferalarında yalnız qələbə əzmi nümayiş etdirilərək rəşadətli  ordumuza dəstək olduq. Bu qələbə əzmi, həmrəylik, birlik-bərabərlik cəmi 44 günə bizi Qələbəyə çatdırdı. Vətən müharibəmiz dünya hərb tarixində öz yeni taktikaları, canlı qüvvəsinin igidliyi, qorxmazlıı və şücayəti ilə ilklərə imza ataraq Zəfərlə başa çatdı. Zəfərimizlə beynəlxalq aləmdə Azərbaycanı sevənlərə də, qısqananlara da  hərb dərsi verdik.

Ardını oxu...

Tariximizin ən şərəfli səhifəsi...

Ötən ilin payızının 27 sentyabrında, səhər saatlarında televizor qarşısına keçdiyimdə artıq nələr baş verdiyini anlamışdım. Ermənistan Silahlı Qüvvələri təxribat törədərək cəbhəboyu zonadayerləşən Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlarvə müxtəlif çaplı artilleriyaqurğularından atəşə tutmağa başlamışdılar. Təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan ordusu komandanlığıtərəfindən əks-hücum əməliyyatının başlanması haqqında qərar verilmişdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.” - ifadələrini dilə gətirmişdir. Elə ilk günlərdən düşmənin ön müdafiə xəttinin yarılması,bir neçə kənd və strateji yüksəkliklərinişğaldan azad edilməsi xalqımızı bayram ovqatı ilə kökləyirdi. Döyüşlərdə xeyli az itki ilə böyük irəliləyişlərə imza atırdıq. Bütün xalq yumruq olub Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Müharibəyə könüllü olaraq yollanmaq istəyənlərin sayı saysız-hesabsız idi. Vətənimizin azadlığının bərpa olunacağı günü səbirsizlikləgözləyirdik.İlk əvvəldə Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini azad etdi. 23 oktyabrda isə Laçın dəhlizinə doğru irəliləməyə başladı. Hər yeni gündə azadlığına qovuşduğumuz ərazilərin adlarını eşitdikcə sevinc gözyaşlarımızı tökürdük. Hücumların qarşısını almaq üçün artilleriya, minaatan raketlərlə düşmənə zərbələr endirilirdi. Davam edən müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavəndin böyük hissəsində, azad edilən hər bir torpaqlarımızdaüçrəngli bayrağımız dalğalandırıldı.

Ardını oxu...

    27 sentyabr, 2020-ci il… Bu tarixə aparan yol çox keşməkeşli oldu xalqımız üçün. Ötən 30 ildə neçə-neçə günahsız oğul-uşaq, qoca-cavan mənfur düşmənin hiyləgər oyunlarının qurbanı oldu. Bu 30 ildə kədərləndik, qüssələndik, qəmləndik, köks ötürdük, gözümüz həsrət dolu baxışlarla boylandıqca yollara. Dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalışan mərkli, acgöz düşmən illərboyu ayrı saldı vətəni müqəddəs torpaqlarından. İllər ötdükcə vətən həsrətilə yanan bağrımız alovlandı, zaman keçdikcə haqqımız nazilərkən… Ancaq nazilsə də üzülmədi haqqımız, tükənmədi səbrimiz, qırılmadı ümidimiz. Nə vaxtsa bir gün vüsala çatacağımıza şübhə etmədik, çünki, dövlətimizin qüdrətinə, ordumuzun gücünə hər zaman inandıq. Yanılmadıq, məyus olmadıq, əksinə qürurlandıq verilən hər qərarla, fəxr etdik düşünülərək atılan hər addımla, fərəhləndik yenilməz ordumuzla, tək yumruq olduq mübariz xalqımızla, öyündük mərd, cəsur, qorxmaz, igid oğullarımızla…

Ardını oxu...

Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında çıxışı zamanı deyib.

İclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər. İclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın nəticəsi olaraq Nazirlər Bəyannaməsi qəbul edilib.

C.Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib.

Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.

LLDC qrupu əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.

 

 

 

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərlinin) “Əsrə bərabər illər” adlı kitabı Naxçıvanda işıq üzü görüb. Kitab Naxçıvan Muxtar Respublikasının son 6 ildə keçdiyi misilsiz inkişaf yolundan bəhs edir.

Ardını oxu...

27 sentyabr 2020-ci il – 30 ilin nisgilinin, ölmüş ümidlərin, gözü ata-baba torpağında qalan bir milyona yaxın qaçqın və məcburi köçkünün yurd həsrətinə son qoyulmağa başlanıldığı gün... Bəli, gözümüzü açıb “20 faiz torpağımız düşmən işğalı altındadır, ancaq necə olursa-olsun, biz o torpaqları işğaldan azad edəcəyik” kəlməsini evimizdə böyüklərimizdən, məktəbdə müəllimlərimizdən eşidir və eşitdiyimiz bu cümlələr bizi hər zaman düşündürürdü. İndi ürəkdolusu deyirik, yazıldı o tarix, gəldi də, keçdi də o zaman, hələ üzərindən 1 ili belə yola salmaqdayıq. QƏLƏBƏ qazanan xalq, dövlət, ordu olaraq...

Ardını oxu...

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella sentyabrın 22-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.

Ardını oxu...

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq.

Bunu jurnalislərə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda xidmət aparan YPX əməkdaşları tərəfindən bu qayda və tələblərə əməl edilməsi diqqətdə saxlanılacaq.

"İnzibati Xətalar Məcəlləsinin 211 –ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsinə uyğun olaraq, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir".

Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Həmin tarixdən etibarən COVID-19 pasportu olmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.

 

 

 

Əfsanəyə dönən ömürlər

Söz vaxtına çəkər, deyib atalarımız. 7 il öncə sentyabr ayında oldu onunla tanışlığımız. O zamanlar Culfa şəhərində müəllim kimi fəaliyyət göstərirdim. Naxçıvan şəhərində yaşadığım üçün gündəlik Culfaya gedib-gəlməli olurdum. Naxçıvan-Culfa avtobusu hər gün səhər saat 10:00-da Culfaya doğru yol alırdı. Bir gün gecikmişdim. Elə mən avtovağzala çatmaqda, avtobus da çıxmaqda idi. Avtobusun qarşısında Naxçıvan-Culfa yazısını oxuduqda qeyri-ixtiyari onu dayandırdım, çünki saat 10:45-də başlayacaq dərsimə çatmalı idim. Avtobusu siması təbəssüm dolu bir gənc sürürdü. Sürücü olan tərəfə yaxınlaşıb, “ayaq üstə getməli də olsam, məni də aparın, mütləq getməliyəm”, – dedim. Belə oldu Kənan Quliyevlə ilk tanışlığımız. Zamanla dərk elədim nə üçün o qədər arxayınlıqla sərnişinlərdən xahiş etdi oturacaqların birində mənə yer eləsinlər, – deyə. Çünki, xoş rəftarı, mehriban davranışı ilə rayonda hər kəsin sevgisini, hörmətini qazanmışdı. Kimsə onun sözünü yerə salmazdı. O qədər səmimi, mehriban idi ki... Sərnişinlərə “anam”, “bacım”, “qardaşım” deyə müraciət edərdi. Heç unutmaram, qış fəsli idi, Culfanın sazağını-boranını qışda bu şəhərə yolu düşənlər yaxşı bilər. Həmin soyuq günlərin birində yenə Culfaya gedirdim. Avtovağzala çatdıq, sərnişinlər yavaş-yavaş enirdilər. Yaşlı bir xanım: – Kənan, xalan qurban, yüküm ağırdır, məni evimizə apararsan? Kənanın bu suala cavabı belə oldu: – Gülnaz xala, niyə aparmıram? Sən əyləş, camaat ensin, mən səni aparacam. Kənan sonra mənə tərəf boylanaraq: “Müəllimə, yolum siz gedən tərəfədir, hava soyuqdur, istəyirsiniz siz də əyləşin, yolüstü siz də enərsiniz”, – dedi. Çox sevindim, çünki avtovağzaldan dərs dediyim məktəbə 15 dəqiqədən artıq piyada yol getməli idim. Culfadakı 2 illik müəllimlik fəaliyyətimdə Kənanın mehribanlığı, xoş rəftarı, insanlara qarşı səmimiyyəti ona olan hörmətimi birə-beş artırmışdı.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış qəhrəmanlarımıza medal və vəsiqələrinin təqdim edilməsi məqsədilə tədbir keçirilib.

Ardını oxu...

Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris metodları, Azərbaycan İngilis dilli ixtisasın da uğurla tədris olunmasından danışıb. Qeyd edilib ki, əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüllüyünü qoruyan ali təhsil ocağında 1500-ə yaxın əcnəbi tələbə təhsil alır. Bildirilib ki, ali təhsil ocağında 7000-ə yaxın tələbə müxtəlif ixtisaslara yiyələnir ki, onlar universitetin ictimai-mədəni həyatdakı fəallıqları ilə də seçilir. Elbrus İsayev universitetin ikili diplom layihələri, dünyanın nüfuzlu elmi nəşrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı “Times Higher Education” versiyası üzrə aparılan reytinq üzrə artıq dünyanın nüfuzlu universitetləri sırasındadır. Rektor ali təhsil ocağının 2 hektar ərazisində inşa olunmağa başlanan və ölkə universitetləri arasında ilk model kimi mühüm əhəmiyyət daşıyan texnoparkdan danışıb.

Ardını oxu...

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "Texnofest-2021” festivalı çərçivəsində Türkiyə və Azərbaycan qırıcılarının uçuşlarının görüntülərini yayımlayıb.

Görüntülər nazirliyin "Twitter" səhifəsində yer alıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 qırıcı təyyarəsi müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb.

Daimi nümayəndəlikdən bildirilib ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Müasir Naxçıvan” kitabını mənə “Ön söz” yazmaq üçün təqdim edəndə artıq onu “səhifələyib oxumuşdum”. Yəni, ilk qələm təcrübələrindən sıravi jurnalistliyə, Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsinin müdirliyindən muxtar respublikanın aparıcı dövlət mətbuat orqanı olan “Şərq qapısı”nın baş redaktoru kimi məsul vəzifədəki fəaliyyətinə qədər yaradıcılığını maraq və həvəslə izlədiyim Mehriban Sultanın kitabda toplanmış publisistik əsərlərinin böyük əksəriyyətini gündəlik mətbuatdan mütaliə etmiş, müsbət fikirlərimi fürsət düşdükcə ziyalı dostlarımla, müəllifin özü ilə də bölüşmüşdüm. Mətnşünas səriştəsi ilə müxtəlif janrlar üzrə, xronoloji ardıcıllıqla qruplaşdırılan məqalə, oçerk, müsahibə və digərlərini yenidən gözdən keçirdim. İlk növbədə, onu qeyd edim ki, Mehriban Sultan neçə illərdir ki, jurnalist-pedaqoq, alim-ziyalı kimi elmi-ictimai mühitə kifayət qədər tanışdır.

Ardını oxu...

Xoş gəlirsən, gəl, payızım. Səni təntənəsiz, təmtəraqsız qarşılamaqmı olar?  Ey fəsillər fəsli, mövsümlərin şahı, zəfər payızım, gəl! Gəl ki, zəfərimizin bir ilini bayram edək. Gəl ki, səni minlərimizə laylay edək. Gəl, payızım-zəfərim. Digər mövsümlərtək çox da sevilməyən, lakin 2020-dən hər kəsin sevimlisi fəslim, gəl. Sən əvvəllər insanların sevmədiyi xəzan çağı, bağ-bağçanın solan anı, yaşıl rəngin qənimiydin. Dünənədək ağacların xanı olan yarpaqları xəzəl edib  küləklərin ətəyində küçələrdə, dalanlarda o divara, bu divara çırpan idin. Yağışınla, çiskininlə, qara-bozlu buludunla ürəklərə ələm idin. Küçələrdə, bağçalarda islatdığın xəzəlinlə insanların rahatlığın pozan, bəddualar fəsli idin. Xəzəlini neçə həftələr toplayıb, ta bezikib agacların solğunlaşmış yarpaqlarını çırpıb səndən biryolluq qurtarmaq istəyənlərin dillərində qarğış idin. Az insandı sənin rənglərində təbiətin hüsnün görən. O min rəngli yarpağında yaşılın hicranın görən. Çox az insandı xəzəlinin nəğməsini dinləməkçün saatlarla səninlə olan, küçə, dalan, xiyabanları dolanan. Səndən ilhan alıb şair, rəssam, bəstəkar, yazar olan. Çox az insandı...

Ardını oxu...

Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq - 2021” birgə döyüş atışlı taktiki təliminə start verilib. Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimdə ənənəyə uyğun olaraq iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır. Naxçıvan Dövlət Universiteti kollektivinin də “Muzey günləri” çərçivəsində diyarımızda fəaliyyət göstərən müxtəlif muzeylərə kütləvi ekskursiyalar yolu ilə Naxçıvanın tarixi, mədəniyyəti, milli dəyərləri ilə yaxından tanış olması ənənə şəklini alıb. Kollektiv növbəti dəfə Bəhruz Kəngərli Muzeyində olub. Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılan muzeyin açılışında ümummilli lider Heydər Əliyev iştirak edib. Diqqətə çatdırılıb ki, 9 ekspozisiya zalı olan muzeyin fondunda, ümumilikdə, 1300-dən çox eksponat nümayiş olunur ki, bunlardan da 61-i orijinal rəsm əsəridir.

Ardını oxu...

21 sentyabr Beynəlxalq Sülh Günüdür

Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarixboyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.

Ardını oxu...

Əfsanəyə dönən ömürlər

2020-ci il noyabr ayının 2-də Naxçıvan Beynəlxalq Hava Limanında bu qədim Oğuz yurdunda qəhrəmanlıq dərsi keçmiş, Qarabağda azadlıq mücadiləsində ən yüksək məqama ucalmış şəhidlərimizin qarşılanması naxçıvanlıların öz igid həmyerlilərinə böyük ehtiramlarının ifadəsi idi.

Ardını oxu...

Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Perm şəhərində baş vermiş silahlı hücumla bağlı başsağlığı verib.

Bu barədə nazirliyin açıqlamasında deyilir.

Başsağlığında bildirilir: "Perm Dövlət Universitetinə hücum nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Rusiya xalqına dərin başsağlığı bildiririk. Yaralılara tezliklə sağalmağı arzu edirik".

 

 

 

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sentyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR