Şəhidlik məqamına qovuşan eloğullarımız bu gün bizə Qələbə sevinci ilə bərabər həm də sonsuz qürur hissi yaşadır. Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar.
II Qarabağ müharibəsi başlanmasının birinci ildönümü muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizə böyük ehtiramla qeyd olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının, həmçinin ictimaiyyətin nümayəndələri şəhid məzarlarını ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.
Sentyabrın 27-də saat 1200-da muxtar respublikanın bütün ərazilərində avtomobillərin hərəkəti 1 dəqiqəlik sükutla dayandırılıb, səs siqnalları verilib.