15 Sentyabr 2024, Bazar

Argentina Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris metodları, Azərbaycan İngilis dilli ixtisasın da uğurla tədris olunmasından danışıb. Qeyd edilib ki, əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüllüyünü qoruyan ali təhsil ocağında 1500-ə yaxın əcnəbi tələbə təhsil alır. Bildirilib ki, ali təhsil ocağında 7000-ə yaxın tələbə müxtəlif ixtisaslara yiyələnir ki, onlar universitetin ictimai-mədəni həyatdakı fəallıqları ilə də seçilir. Elbrus İsayev universitetin ikili diplom layihələri, dünyanın nüfuzlu elmi nəşrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı “Times Higher Education” versiyası üzrə aparılan reytinq üzrə artıq dünyanın nüfuzlu universitetləri sırasındadır. Rektor ali təhsil ocağının 2 hektar ərazisində inşa olunmağa başlanan və ölkə universitetləri arasında ilk model kimi mühüm əhəmiyyət daşıyan texnoparkdan danışıb.


Səmimi görüşə və ali təhsil ocağı ilə bağlı verilən dolğun informasiyaya görə təşəkkürünü bildirən səfir burada olmaqdan məmnunluq ifadə edib. Diplomat ölkələrarası münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsində universitetlərarası əlaqələrin rolunun böyük olacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında keçirilən görüşün məqsədi gələcəkdə Naxçıvan Dövlət Universiteti ilə Argentina universitetləri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığa nail olmaqdır.
Görüşdə texnopark sahəsində birgə əməkdaşlıq, akademik mobillik, birgə elmi nəşrlər, mühəndislik proqramları çərçivəsində texniki sahədə əməkdaşlıq layihələri, robotexnika, nanotexnologiya, elektrotexnika sahələrində birgə layihələr müzakirə mövzusu olub.
Səfir universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR