07 Oktyabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitablarının təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Ovni Muradov çıxış edərək bildirib ki, muxtar respublikada şahmat hərəkatı son günlərdə geniş vüsət alıb. Ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün xüsusi siniflər ayrılıb və şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı həyata keçirilib. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan kitablar nəşr olunaraq, ümumtəhsil məktəblərinə verilib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev vurğulayıb ki, son dövrlərdə federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən 3 kitab hazırlanıb. “Naxçıvan şahmat diyarıdır”, Mixal Krasenkovun “Şahmat incilərini tapmaq” kitabı tərcümə olunub və “Həvəskardan ustaya qədər” kitabları nəşr olunaraq oxuculara təqdim edilib. “Naxçıvan şahmat diyarıdır” kitabı 2 dildə, Azərbaycan və İngilis dillərində hazırlanıb, Naxçıvanda şahmata olan diqqət və qayğını özündə əks etdirib. Bu kitab daha çox xarici şahmatçılar və qonaqlar üçün nəzərdə tutulub, dünyanın heç bir yerində olmayan Naxçıvan şahmat hərəkatını tanımaq məqsədi daşıyır. “Şahmat incilərini tapmaq” kitabında çox yaxşı məsələlər var və fərqli üslubda verilib. “Həvəskardan ustaya qədər” kitabı isə bizlər üçün daha üstündür. Çünki federasiyanın öz müəllimi tərəfində hazırlanıb və çox dəyərlidir.
Daha sonra kitabın müəllifi olan Talıb Babayev və Kəngərli rayon Şahmat Məktəbinin direktoru Əli Hüseynzadə tərəfindən kitabın əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR