21 Dekabr 2024, Şənbə

(Ənənəvi mərmi-zireh qarşıdurmasında qalib gələnlər)

Tank əleyhinə termin tank tipinə aid olsa da əslində bütün hərbi məqsədli texnikaları məhv etmək və ya zərərsizləşdirmək üçün istifadə olunan silah növlərini əhatə edir. İlk tank əleyhinə silahlar döyüş səhnəsində Birinci Dünya Müharibəsi zamanı görünüblər. Həmin dövrdən günümüzədək tank əleyhinə silahlar zirehdələn tüfəngdən idarəolunan raket komplekslərinə qədər inkişaf yolu keçib. Təbii ki, bu silahların rəqibləri olan bütün hərbi təyinatlı avtomobillər və zirehli tank texnikaları da müasirləşib. Məhz buna görə də klassik müharibələr yerini müasir taktika ilə yeni nəsil silahlara buraxır. Bir məqamı da unutmayaq ki, müharibə taktikaları, silahlar və müdafiə vasitələri dəyişsə də mərmi ilə zireh arasındakı qarşıdurma dəyişməz olaraq qalır. 44 günlük Vətən Müharibəsində bunun şahidi olduq.

Müharibədə Azərbaycan Ordusu yüksək peşəkarlıqla müasir silah sistemlərini tətbiq edərək qalib gəldi. Hərtərfli düşünülmüş fəaliyyətlərlə yerinə yetirilən döyüş tapşırıqları nəticəsində düşmən üzərində inamlı Qələbə qazandıq. Təbii ki, Qələbənin qazanılmasında Naxçıvan Muxtar Respublikasından olan hərbi qulluqçuların da xüsusi rolu oldu. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə bərabər tank əleyhinə bölmələrindən döyüşlərə cəlb edilən heyət də düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi tapşırıqlarını peşəkarlıqla yerinə yetirdi.

Ardını oxu...

Azərbaycanda dekabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Ardını oxu...

İlkin məlumatlar göstərir ki, koronavirusun omikron ştamına yoluxanlar COVID-19 xəstəliyini daha yüngül formada keçirirlər, lakin bu barədə qəti fikir söyləmək hələ tezdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bu fikri CBS telekanalına müsahibəsində söyləyib.

Ardını oxu...

İşğaldan azad ərazilərdə 2025-ci ilə qədər 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub, lakin bu il bu istiqamətdə heç bir iş görə bilməmişik.

Bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik stansiyaların qurulması üçün öncə ərazilər minalardan təmizlənməli və məskunlaşma olmalıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun işğaldan azad edilmiş Keçiliqaya kəndindən videogörüntülər paylaşıb.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  “5 dekabr – Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş  “Könüllü təlimçi”layihəsi keçirilib.

Ardını oxu...

Elektron imza -elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Zəfərimiz” kampaniyası çərçivəsində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib. Görüş Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində olub. Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın görkəmli xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Ardını oxu...

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Layihə III oxunuşda təsdiqlənib.

 

 

 

“Ağır yorğunluq Omicron ştamının əsas əlamətlərindən biridir”.

Bunu Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova “Sputnik” radiosuna açıqlamasında bildirib.

Bununla belə, həkim bu simptomun müxtəlif xəstəliklər üçün xarakterik olduğunu deyib: “Tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləmə və ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür”.

Ardını oxu...

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 Ətrafı dağlarla əhatələnmiş bir yurdda yaşamaq bambaşqa bir məna yükləyər talelərə. Burada həyatlar  dağlarla bütünləşib birləşir. Çox vaxt aşılması ən böyük əngəl olaraq görülən dağlar həm də nağıllara mövzu, şerlərə misra olur. Şairlər  Şirinə qovuşmaq üçün  dağları yaran  Fərhatdan ilham alır. Gah dəlik- dəlik dəlmək istər, gah yol istəyər  sevdiyinə qovuşmağa. Sevənin, sevdiyinə qovuşmasına əngəl olan dağlar kədər olur, qavalın, neyin hüzünlü səsiylə inlədir yaralı könülləri.  Nə çox mənanı özündə daşıyır dağlar. Dağların qoynunda olan yurd yerləri də bu mənaları özündə birləşdirir. Vüqarın, qürurun, əzəmətin, yenilməzliyin, inkişafın simvoluna çevrilən doğma Naxçıvanım kimi. Mübarizliyini və mərdliyini dağlardan alan qədim yurd yerim . Sən nələr yaşadın, nələr gördün bu dünyada. Amma heç bir zaman azadlıq mübarizədən, istiqlaliyyət arzundan əl çəkmədin.

Ardını oxu...

Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

 

 

 

Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı müəyyən edilib.

"RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəsmisi onların sayının artacağını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan koronavirusun B.1.1.529 ştamını yunan hərfi "omikron" ilə təyin edib. Bu növ çoxlu sayda mutasiyaya malikdir.

 

 

 

 

 

 

Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı müəyyən edilib.

"RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəsmisi onların sayının artacağını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan koronavirusun B.1.1.529 ştamını yunan hərfi "omikron" ilə təyin edib. Bu növ çoxlu sayda mutasiyaya malikdir.

 

 

 

30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.

 

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların dekabrın 1-də İkinci Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.

Dəfn mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

Ardını oxu...

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.

Vida mərasimində DSX rəisi gVeneral-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Ardını oxu...

Naxçıvan Respublikasının Nazirlər Kabineti noyabr ayı ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 12 noyabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonundan istifadə Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən VİP salonunda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə hüququ olan Naxçıvan Muxtar Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri Siyahısı”nda (bundan sonra - Siyahılar) nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonundan istifadə etmək hüququna malik olan şəxslərin əlyükü və baqajı, həmçinin onları yola salan şəxslər ümumi qaydada baxışdan keçirilirlər.

Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi haqqında Əsasnamə” təsdiq edilmiş və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 avqust tarixli 76 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 30 noyabr tarixli Qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən Azərbaycan Respublikasının hüdudlarından kənardakı mənbələrdən daxil olan gəlirlər nəzərə alınmır.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan MuxtarRespublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

 

 

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daim dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.

Ardını oxu...

Ana yurdum Azərbaycanın Qarabağ guşəsindən, Qızılboğaz dağının fövqündən, şərəfli tarixin minillik əzəmətindən boylanan, Laçınım, Zəfər ətirli bir ilin, azadlığın və hürriyyətin mübarək olsun. Yurdunda “Qaranlıq kaha”, “Bayqara” mağaraları ilə ilk insanın səsindən, nəfəsindən xəbər verən, Ağoğlan qəsri, Dəmrovlu Pir məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar gümbəz abidələri ilə türk xalqının əsrlərə sığmayan mədəniyyətini özündə yaşadan, köksünü Sarı Aşığın şəninə qoşduğu bayatılara məskən edən, Vətənimə Ələsgər Novruzov, Əvəz Verdiyev, Fazil Mehdiyev, Kamil Nəsibov, Oqtay Güləliyev, Qorxmaz Eyvazov kimi Milli qəhrəmanları bəxş edən, İkinci Qarabağ savaşımızda bir mərmi belə, atmadan düşmənin murdar ayağını biabırcasına torpağından dəf edən qəhrəmanlar yurdum, məğrur qalam. Bir il ötdü o qürur duyduğumuz, xeyirin şər üzərində qələbə çaldığı, azadlıq sözlərinin sənin də taleyinə yazıldığı 1 dekabr tarixindən. Bir daha səni bütün xalqım adından salamlayıb, gözün aydın olsun,– deyirəm...

Ardını oxu...

Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Başsağlığında deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.

DSX-nin rəis müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:

Ardını oxu...

Azərbaycan müstəqillik qazandıqdan sonra informasiya sahəsinin də milli təhlükəsizliyin əsas problemlərindən biri kimi qorunması zərurəti yaranıb. 1998-ci il aprelin 3-də ulu öndər Heydər Əliyev ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun imzalayıb. 2012-ci il sentyabrın 26-da Prezident İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra milli informasiya təhlükəsizliyi üzrə strategiyanın yeni mərhələsi başlanıb.

Ondan sonra da bu sahədə mühüm addımlar atılıb.
Azərbaycanda informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli naminə müvafiq, modern informasiya infrastrukturu yaradılır. Həmin infrastruktur qlobal informasiya, o cümlədən, internet şəbəkəsində yer aldıqca kiberhücumların da hədəfinə çevrilir. Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturunun sistem və şəbəkələri sıradan çıxarılır və ya onların funksionallığı pozulur ki, bu da ciddi zərərsiz başa gəlmir. Bu səbəbdən kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi prioritet məsələyə çevrilir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistemli, kompleks yanaşma tələb edir. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar qəbul edilmişdir. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə iş aparılır.

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) yeniləşməsi sürətlə davam edir. Bu yeniləşmənin əhəmiyyətinə böyük önəm verən Azərbaycan bu sahəyə xüsusi diqqət yetirir.

Ardını oxu...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

“Çalışaq ki, fidan “Şərq qapımız” qollu-budaqlı, köklü-köməçli çinara dönsün. Bu çinarın təzə-tər yarpaqları güneyli-qüzeyli Azərbaycanımıza həzin-həzin, kövrək-kövrək nəğmələr oxusun. Azadlıq və birlik nəğmələri”...

«Şərq qapısı» qəzeti,

26 yanvar, 1990-cı il

Gələcəyin düzgün formalaşdırılması üçün bu günə tərəfsiz, qərəzsiz yanaşmaq və keçmişi daha dəqiq, daha düzgün anlamaq vacibdir. Mətbuatın məhz bu vəzifənin icrasında əvəzsiz rolu vardır. Həqiqət axtarışı zamanı mətbuat insanlara yol göstərən əsas vasitələrdən biridir. Düşüncələrin, inancların, milli mənsubluğun yaşadılmasında, qorunub saxlanılmasında mətbuat  daim cəmiyyətə kömək etmişdir.

Mətbuat hər bir cəmiyyət, eləcə də Azərbaycan cəmiyyəti  üçün inkişafın əsaslarından biri olmuşdur. “Əkinçi” qəzeti Azərbaycan xalqını maarifləndirməyə başlamış, digər mətbuat orqanları vasitəsilə baş verənlərə tənqidi yanaşmağı, milli mənsubiyyəti qorumağı, azadlıq düşüncələrinin oyanışını təmin etmişdir. Müxtəlif dövrlərdə senzuralarla tez-tez qarşılaşmasına baxmayaraq mətbuat orqanları xalqa həqiqəti çatdırmışdır. Həmin mətbuat orqanlarının varisləri hələ də fəaliyyətini davam etdirir. Bunlardan biri də Naxçıvanda fəaliyyət göstərən və mətbuat tariximizdə əsaslı rol oynayan “Şərq qapısı” qəzetidir.

Ardını oxu...

 

Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da ziyalılar XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında iştirak etmişlər. Naxçıvan ziyalılarının mətbuatla əlaqələrinin yaranması və genişlənməsi regionda milli maarifçilik hərəkatının inkişafına müsbət təsir göstərmişdir. Yerli ziyalıların təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınan “Tərcüman” (Baxçasaray), “Həblülmətin” (Kəlküttə), “Sürəyya”, “Pərvəriş” (Qahirə), “Əxtər” (Tehran), “Novoye obozreniye” (Peterburq), “Kavkaz” (Tiflis), “Tərcüman” (Baxçasaray) və sair mətbuat orqanları Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunmuşdur. 

Ardını oxu...

Mütəxəssis sözü

Sığorta iqtisadi maraqlardan bilavasitə qaynaqlanan ictimai münasibətlər sistemidir. Hazırda dünyada saysız-hesabsız sığorta məhsulları ictimaiyyətə təqdim olunmaqdadır. Həmin sığorta məhsullarının da hər birinin özünəməxsus önəm və mahiyyəti var.

Ardını oxu...

Noyabrın 26-da Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Ardını oxu...

“Şərq qapısı” – 100


“Şərq qapısı” ifadəsi tarixi ədəbiyyatlarda, tarixi kitablarda, adətən, ticarət mərkəzlərinin kəsişdiyi nöqtələr, inkişaf etmiş şəhərlər və dövlətlər arasında ticarətin əsas mərkəzi kimi istifadə olunub. Məhz elə biz də öz tariximizi vərəqlədikcə, Azərbaycanın iri ticarət mərkəzlərindən biri olduğunu, xüsusilə Naxçıvan şəhərinin Şərqə açılan yol – tarixi İpək yolunun üzərində yerləşməsini müşahidə edə bilərik.

Ardını oxu...

“Şərq qapısı” – 100


Regionların iqtisadi inkişaf səviyyəsi, hər şeydən əvvəl, burada mövcud olan bütün iqtisadi resursların dövriyyəyə cəlb edilməsi ilə daxili istehsal potensialının yaradılması, məşğulluğun təmini ilə ölçülür. Bu mənada, Naxçıvan Muxtar Respublikasının müasir iqtisadi inkişafında daxili ehtiyatlar hesabına yerli istehsal-iqtisadi potensialın yaradılması prioritet istiqamət kimi öz aktuallığını qoruyur. Bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunması, 350 növdə məhsula tələbatın yerli imkanlar hesabına ödənilməsi də məhz bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. 

Ardını oxu...

Noyabr ayının 27-də muxtar respublikada keçirilmiş iməciliklərdə 13 mindən artıq meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib.

Ardını oxu...

“Şərq qapısı” – 100

Ön söz yerinə

Hər zaman düşünmüşəm ki, həyatımızda var olan və varlığımızı davam etdirməyimizdə rol oynayan hər nəsnənin bir həyatı vardır. Bu, anamız, atamız da ola bilər, yediyimiz-içdiyimiz də ola bilər, geyindiyimiz, gördüyümüz də ola bilər, oxuduğumuz, yazdığımız da ola bilər. Təkcə elə sadaladıqlarımdan ata-anamız bizim dünyaya gəlməyimizdə rol oynayırsa, yeyib-içdiklərimiz bioloji varlığımızın inkişafına təsir edir, geyindiklərimiz iqlimə qarşı dözümlülüyümüzü təmin edirsə, gördüklərimiz baxış pəncərəmizi formalaşdırırsa, oxuduqlarımız dünyagörüşümüzü artırırsa, yazdıqlarımız da özümüzü ifadə etməyimizə şərait yaradır. Beləcə, həyatımızda rol oynayan sadalamadığım bir çox ünsür və məqamlar bizi var olduğumuz müddətcə daha kamil bir şəxsiyyət olmağa gətirib çıxarır. Demək ki, onların da bir həyatı var.

Ardını oxu...

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:

"Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.

 Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırılıb. Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

 

 

 

 

 

 

Noyabrın 30-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

 

 

 

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topukdan amputasiya edilib.

O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir.

Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən verilən məlumata görə, İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib:

"QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Hərəkatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişaf etdirilməsinə xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.

Ardını oxu...

Türkiyəli mütəxəssis professor Abdurrahman Bakır maraqlı təklif irəli sürüb. Professor maskaların çox önəmli olduğunu deyib:

"Virus damla yolu ilə orqanizmə keçir. Bu isə çox zaman qarşılıqlı söhbətləşmə zamanı, maskaların taxılmadığı zaman baş verir. Virusun yoluxdurması üçün 1 dəqiqə belə qarşılıqlı maskasız söhbət etmək yetərlidir. Ətrafımda virusu keçirən yüzlərlə insanla danışdım. Hamısı eyni sözü dedi. Birlikdə maskasız vaxt keçirir, bir yerlərdə yemək yeyib-içirlər. 90 faizinin yoluxma səbəbi budur.

Ardını oxu...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Ardını oxu...

“Son bir ilin əsas müzakirə mövzusu 44 günlük İkinci Qarabağ savaşında tarixi Zəfərimiz, bu fonda yaranan yeni reallıqlar, ən əsası postmünaqişə dövrünün çağırışlarını özündə ehtiva edən 10 noyabr 2020 və 11 yanvar 2021-ci illərdə imzalanan üçtərəfli Bəyanatların müddəalarının icrası və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların hansı şəkildə maraq göstərmələri və sair kimi məsələlərdir. Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu fikir dayanır ki, indiki mərhələdə  əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov yenidən Azərbaycan şahmat federasiyasının vitse prezidenti seçilib.
Kollektivimiz adından təbrik edirik!

 

 

 

Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar II” beynəlxalq konfransı keçirilib. Konfransdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Plenar iclasda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov innovasiyaların müasir elmə, xüsusən də səhiyyə sahəsinə gətirdiyi yeniliklərdən bəhs edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası oktyabr ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləyib, Ali Məclis Sədrinin Fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlayıb.

Ardını oxu...

“Şərq qapısı” – 100


Hələ XIX əsrin ortalarında mətbuatımızda ilk qığılcımlar yeni alovlanmağa başlasa da, Azərbaycan oxucusu doğma dilində ilk mətbu orqanı bir müddət gözləməli oldu. Nəhayət, 1875-ci il iyulun 22-də dövrün maarifçi, vətənpərvər və ziyalısı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatımızın ilk qaranquşu və təməl daşı sayılan “Əkinçi” qəzeti təsis edildi. Qəzet gözlənildiyi kimi ilk günlərdən bəri bir sıra ciddi əngəl və süni maneələrlə üzləşməyə başladı. Belə ki, həmin dövrdə mətbuat üzərində təzyiq və nəzarət o qədər güclü idi ki, “Əkinçi”nin nəşrinə icazə alarkən, ilk növbədə, qəzetə senzuranı  həyata keçirəcək şəxs müəyyən edilmişdi. Bu “çətin və məsuliyyətli vəzifə” isə o dövrdə Bakının general-qubernatoru olan Staroselskiyə tapşırılmışdı. Beləliklə, “Əkinçi” cığırı ilə başlanan uzun və şərəfli yol 123 il ərzində senzura buludlarını başı üzərində gəzdirdi. Özü ilə bərabər sərt sazaq küləyi gətirən senzura buludları milli mətbuat alovumuzu dəfələrlə közərtdi, lakin söndürə bilmədi. Sonralar “Əkinçi”nin ideya və ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Kaspi” “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar mətbuatımızda demokratik cərəyanın bərqərar edilməsində müstəsna rol oynadı. Əfsus ki, fəaliyyət göstərdikləri zaman müddətində “Əkinçi” kimi həmin qəzet və jurnallar da senzura talehindən yaxa qurtara bilmədi.

Ardını oxu...

Sədərək rayonunda Vətən müharibəsi şəhidi Ərtoğrul Nadirlinin  şəhadətə qovuşduğu  gün anım tədbiri keçirilib. Mərasimdə iştirak edən rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirilib ki, yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Amma bəzi günlər heç vaxt unudulmur, yaddan çıxmır, bir xalqın tarix yaddaşına əbədilik yazılır.  Xalqımız Vətən müharibəsində 44 gündə Zəfər dastanı yazdı. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə  meydan oxudu. İllərdi xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələri igid Azərbaycan əsgərinin qəhramanlığı, şücaəti, qanı ilə yenidən yazıldı. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış aldı. Hər qarış torpaq uğrunda onlarla igid canından keçdi. Onlar Vətəni canlarından əziz bilib onun bütövlüyü bərpa olunsun deyə günlərlə keçilməz yolları ac susuz keçib imkansızı həqiqətə çevirdilər.

Vurğulanıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Ərtoğrul Nadirli 31 mart 1997-ci il Sədərək rayonu Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsi alıb, Tovuz bölgəsinə göndərilib. Sonra Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb. 27 sen­tyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında iştirak edib, şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin atası Hümbət Rzayev göstərilən qayğıya görə minnətdarlığını bildirərək deyib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Şəhid atası diqqətə çatdırıb ki, Ərtoğrul döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçımız tərəfindən “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə,” “Kəlbəcərin azad olunmasına görə” medalları,  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Diqqətə çatdırılıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi xalqımızın ürəyində daima yaşayacaq. Onların igidliyi gələcək nəsillərə nümunə olacaq.

 Ramiyyə ƏKBƏROVA

 

 

 

Səmada planetlərin mini paradı başlayıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, ötən gündən başlayaraq Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar.

Qeyd olunub ki, planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür: "Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir. Üç planetdən ən parlağı Veneradır. Görünən ulduz ölçüsü -4.7 olan planet gecə səmasının ən parlaq obyektidir. Hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı ( -1.61/-2.94) Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn ( -0.24/+1.47) planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə gürünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır".

Ardını oxu...

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR