22 Dekabr 2024, Bazar

Naxçıvan Respublikasının Nazirlər Kabineti noyabr ayı ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 12 noyabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonundan istifadə Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən VİP salonunda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə hüququ olan Naxçıvan Muxtar Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Naxçıvan Beynəlxalq Hava Limanında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonun xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri Siyahısı”nda (bundan sonra - Siyahılar) nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonundan istifadə etmək hüququna malik olan şəxslərin əlyükü və baqajı, həmçinin onları yola salan şəxslər ümumi qaydada baxışdan keçirilirlər.

Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi haqqında Əsasnamə” təsdiq edilmiş və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 avqust tarixli 76 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 30 noyabr tarixli Qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən Azərbaycan Respublikasının hüdudlarından kənardakı mənbələrdən daxil olan gəlirlər nəzərə alınmır.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan MuxtarRespublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR