Noyabr ayının 27-də muxtar respublikada keçirilmiş iməciliklərdə 13 mindən artıq meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib.
Naxçıvan şəhərində Uzunoba Su Anbarının kənarındakı 1 hektarlıq yeni bağda 650 meyvə, yaxınlıqdakı 2 hektarlıq ərazidə isə bərpa məqsədilə 800 meyvə və 100 meşə ağacı, Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı yaşıllıq sahələrində bərpa məqsədilə 80 meyvə, 370 meşə, 70 həmişəyaşıl ağac, Naxçıvan şəhərindəki digər iməcilik ərazilərində, ümumilikdə, 100 meyvə, 20 həmişəyaşıl ağac və 440 gül kolu əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb. Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarlarında 2000 meşə ağacı, Çərçiboğan kəndindəki yeni tikilmiş sosial obyektlərin ətrafındakı 1 hektarlıq bağda 380 meyvə, Yuxarı Daşarx kəndindəki 5 hektarlıq bağda isə bərpa məqsədilə 300 meyvə ağacı əkilib.
Həmin gün Babək rayonunun Nehrəm-Çeşməbasar yolundakı iməcilik ərazilərində bərpa məqsədilə 500 meşə, Güznüt kəndində isə 700 meyvə ağacı, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında 400 həmişəyaşıl ağac, 2 hektara yaxın ərazidə isə bərpa məqsədilə, ümumilikdə, 700 meyvə ağacı əkilib. Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasına gedən yolun kənarlarındakı 0,4 hektarlıq ərazidə 400 meşə ağacı, 0,3 hektarlıq ərazidə isə 300 üzüm tingi torpağa basdırılıb.
Kəngərli rayonunun Qıvraq-Püsyan avtomobil yolunun kənarlarındakı 7 hektarlıq ərazidə bərpa məqsədilə 1200 meyvə və 300 meşə ağacı, Şahbuz rayonunun Sələsüz kəndindəki 0,7 hektarlıq yeni salınmış bağda 550 meyvə ağacı və 700 üzüm tingi, Heydər Əliyev Su Anbarının yaxınlığındakı 0,8 hektarlıq ərazidə bərpa məqsədilə 250 meyvə ağacı, Sədərək rayonunun Heydərabad qəsəbəsindəki 3 hektarlıq bağda isə bərpa məqsədilə 1700 meyvə ağacı əkilib.
Qeyd edək ki, noyabrın 27-də keçirilən iməciliklərdə yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də diqqətdə saxlanılıb.
Xəbərlər şöbəsi