19 Aprel 2024, Cümə

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.


Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris mərkəzlərində mövcud olan müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.
Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib.
Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir.


Nəriman NƏCƏFOV

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR