22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2021-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Naxçıvan Muxtar Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikanın prokurorluq orqanları öz işini altıncı çаğırış Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin dördüncü sеssiyаsındа Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənаb Vаsif Tаlıbоvun hüquq-mühafizə orqanlarının profilaktika tədbirlərini davam etdirmələri, ictimai asayişin və sabitliyin qorunmasını daim diqqətdə saxlamaları barədə qarşıya qoyduğu vəzifələri həyata keçirmək istiqamətində qurub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələrə və 2021-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda nazir, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirmişdir ki, nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayında şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, təmir və yenidənqurma işləri həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyulun 12-də Ordubad şəhərindəki Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın, o cümlədən də Ordubad rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki müstəsna rolundan bəhs edib.

Ardını oxu...

Tarixin bütün dönəmlərində bu qədim yurd yeri barədə yüksək fikirlər söylənildiyini oxumuşam. Göylərə boyverən möhtəşəm Soyuq, Bəlqə, Fələkbaba, Əcnövür dağları, füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, dadlı-tamlı meyvələri, görkəmli elm xadimləri ilə tanınan və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad bu gün özünün yeni inkişaf mərhələsindədir. Qədimliklə müasirliyin vəhdətini hər addımda gördüyümüz Ordubad şəhəri haqqında görkəmli adamlar, tanınmış səyyahlar, buraya gələn qonaqlar ən yüksək təəssüratlara malik olduqlarını dilə gətiriblər. Ordubadın şəninə şeirlər yazılıb, mahnılar qoşulub. Həmin təəssüratların, həmçinin ordubadlıların dillər əzbəri olan mahnı və şeirlər bu yazının qələmə almasına səbəb oldu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Li Litzenberger ilə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, yüksək səviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.

Ötən ayın ümumi mənzərəsi bunu aydın təcəssüm etdirir

Azərbaycanın dövlət müstəqilliyinin və Milli Qurtuluşunun bəhrələri bu gün onun Naxçıvan Muxtar Respublikasında daha aydın şəkildə öz təcəssümünü tapmaqdadır. Muxtar respublikada həyata keçirilən  məqsədyönlü və davamlı inkişaf strategiyasından, genişmiqyaslı quruculuq işlərindən Şərur rayonuna da pay düşmüş,  rayonun kəndləri yeni görkəmə qovuşmuş, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olmuşdur. İyunun 3-də rayonda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilmiş, Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Kolumbiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Cardenasın dəvətilə, "Colombian Coffe Tasting" tədbirində iştirak edib.

 

"İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə yap.org.az saytına müsahibə verib.

Həmin müsahibəni sizlərə təqdim edirik:

- Vüqar müəllim, iyulun 10-da "İki sahil” qəzetinin 30 yaşı tamam olur. Arxada qalan hər ilin hesabat kimi dəyərləndirildiyini nəzərə alsaq deyə bilərsinizmi  "İki sahil” 30  yaşını  hansı hesabatla və ovqatla  qeyd edir?

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən 9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramı Günü elan edilmişdir. 

Müstəqil xarici siyasət, beynəlxalq arenada önəmli mövqe, qüdrətli ordu, güclü iqtisadiyyat və qalib ölkə – bu ifadələr tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycanın müasir reallıqlarını ən gözəl şəkildə təsvir edir. Prezident cənab İlham Əliyevin dərin siyasi bilikləri, təcrübəsi və diplomatiya elminə mükəmməl bələd olması hesabına qazanılmış həmin reallıqlar nəticəsində bu gün Azərbaycan diplomatları peşə bayramlarını müzəffər xalqın qalib diplomatları olaraq qeyd edirlər.

Ardını oxu...

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu 6-7 iyul tarixlərdə Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binasında bu rayonlarda yaşayan sakinlərə xidmət göstəriblər. Səyyar xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.

Ardını oxu...

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müxtəlif medallarla təltif olunan Azərbaycan Ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Ordenin şəhidin atası Elsevər Zeynalova təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qardaş ölkənin səfirini salamlayıb və ali təhsil ocağında olmaqdan məmnunluq duyduğunu ifadə edib. Rektor hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin elm və təhsilin inkişafına əhəmiyyətli təsirindən danışıb. Çıxışda universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə qurulmuş əlaqələrdən danışılıb. Qeyd olunub ki, Türkiyə ilə imzalanan ikili diplom layihələrinin universitetin gələcək perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor universitetdə təməli qurulan Texnopark layihəsindən danışaraq bu sahədə qardaş ölkənin təcrübəsinin mühüm əhəmiyyətə malik olacağını, ümumiyyətlə, ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə edildiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Səfir birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da görüşdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müxtəlif medallarla təltif olunan Azərbaycan ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Ordenin şəhidin atası Elsevər Zeynalova təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

 

Yol uzun, hava isə həddindən artıq isti olsa da, dağ yolları ilə qalxan avtomobildən yaşıllıqlar arasından boylanan müasir Sədərəyi izləmək və bir zamanlar buranın Vətənimizin düşməndən müdafiə səddinə çevrildiyini xatırlamaq qürurvericidir. Vətənimizin hər qarışı bizim üçün əzizdir, amma qədim Azərbaycanın tarixində və taleyində bəzi şəhər və kəndlərimizin xüsusi yeri olub. Belə yurdlardandır ulu öndərin “Qeyrət qalası” adlandırdığı Sədərək. O Sədərək ki illər öncə hər qayası, hər daşı, torpağı naxçıvanlı igidlərin qanı ilə sulandı, amma düşmənə bir ovuc torpaq verilmədi. Həmin yurd ki 30 il öncə torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz orada endirildi. Və həmin illərdə cəsur oğullarımızın cəsarətindən, igidliyindən qorxuya düşən ermənilər bunu hələ də unuda bilmirlər. Buna 44 günlük Vətən müharibəsində də qürurla şahidlik etdik. Şahid olduq ki, düşmənlərimiz Naxçıvanda yerləşən mövqelərimizə bir güllə belə, atmağa cəsarət etmədilər. Bacarıqsız və səriştəsiz zabitləri tərəfindən Ordubad rayonunun boş, dağlıq ərazisinə atılan raket mərmisinin düşmənin özü kimi heçnəyə yaramamasını isə hamımız qəzəbqarışıq rişxəndlə qarşıladıq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında müxtəlif istiqamətlər üzrə işə qəbul və attestasiya imtahanlarının keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Buna uyğun olaraq iyunun 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən 37 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda seminar keçirilib. Əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməletmə vəziyyətinə əsasən qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu dövlət orqanının rəhbəri tərəfindən mükafatlandırıla, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi verilə və ya aşağı inzibati vəzifəyə keçirilə bilər.

Ardını oxu...

Sizə kimdən danışım, kimdən deyim bir əsr yaşayan, bir əsrdir xalqı ilə nəfəs alan, dil açıb oxucuları ilə danışan, çətinliklərə baxmayaraq durmadan, dayanmadan nəşr olunan yeganə mətbu orqan olan, yurdunun gözəlliklərini, keşməkeşli günlərini öz səhifələrinə köçürən “Şərq qapısı” qəzetindən. Bu yurda yaşayan elə bir ziyalı tapılmaz ki, yolu heç olmasa bir dəfə bu yüz yaşlı qoca ilə rastlaşmasın. Elə bir ziyalı yoxdur ki, onun necə deyərlər şinelindən çıxmasın. Bəli yüz ildir onun  şinelindən neçə -neçə ziyalılar çıxıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanlarının əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili” mövzusunda təlimlərə start verilib.
Muxtar respublika gömrük sistemində xidmətin keyfiyyətinin artırılması məqsədilə ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə Sədərək, Culfa, Şahtaxtı və Hava limanı gömrük postlarında xidmət edən əməkdaşlar cəlb edilib.

Ardını oxu...

Bu gün ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər öz xeyirxah əməlləri, şəxsi nüfuzu ilə dahiliyin fövqündə özünə əbədi yer qazanmış fenomenal şəxsiyyət Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Cəmiyyətimizin inkişafı ulu öndərin ölməz və uzun illərə hesablanmış ideyalarına söykənir, hər bir azərbaycanlı bu ideyaları öz həyatında görür, Azərbaycan Heydər Əliyev yolu ilə daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Bütün bunlar isə, təbii ki, 1969-cu ilin 14 iyulundan başlanan əbədi yoldur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı bundan da böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaltmaqda və Azərbaycan cəmiyyətinin firavanlığını yüksək səviyyədə təmin etməkdədir. Fəxrlə qeyd etdiyimiz firavanlıqda isə Naxçıvanın xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. 

Ardını oxu...

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun da cəlb edildiyi ehtiyat zabit hazırlığı kursunu başa vuran məzunlara ilkin zabit rütbələri təqdim edilib. Kursları uğurla bitirənlərinxidmət yerlərinə yola salınmaları münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Düşünməyə dəyər


...Əhalinin çox yerləşdiyi şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqlar çox azdır. Onlardan da çoxu qurumuş və ya kəsilmiş haldadır. Əksər ağacların qurumuş budaqları kəsilməmiş ağaclar kökündən çıxarılmış, yerləri boş qalmış və asfaltla örtülmüşdür. Şəhərdə son vaxtlar kooperativlərin genişləndirilməsi, təmir-bərpa işləri şəhər landşaftının pozulmasına səbəb olmuşdur. Hansısa bir kooperativin tikilməsi və ya obyektin inşası, küçə və meydanların təmiri zamanı nə qədər ağac və kollar, yaşıllıqlar məhv olmuşdur. Əlaqədar təşkilatlar isə bu işə biganə yanaşırlar. Halbuki başqa respublikalarda indi bir udum hava üçün nə qədər haray-həşir salırlar. Biz isə...

Tofiq BƏYLƏROV,
Sərvər MƏSUM
“Şərq qapısı” qəzeti
4 sentyabr 1990-cı il


Təbiətə sevgi və qayğı ilə yanaşılanda


Bəli, təbiətə sevgi və qayğı ilə yanaşılanda yuxarıdakı mənzərə kökündən dəyişilə bilər. Artıq 30 ilə yaxındır ki, bir udum təmiz havanın, bir udum suyun sorağı ilə minlərlə turist gəlir bu diyara. Milli prioritet təşkil edən yaşıllıqların sürətli bərpası və artırılması nəticəsində bu gün muxtar respublikamız yaşıllıqlar diyarına çevrilib. Hər il yeni meyvə bağlarının, meşə zolaqlarının salınması, vaxtlı-vaxtında onlara göstərilən aqrotexniki qulluq təbiətin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdəndir. Təbiətin canlandığı yaz fəslində isə bu cür tədbirlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, 2021-ci ilin ilk rübündə 115,6 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 45 min 235 ağac və gül kolu əkilib. Yeni yaşıllıqlar, meyvə bağları həm ekoloji tarazlığı qoruyur, həm iqtisadi inkişafa, həm də sağlamlığın qorunmasına öz töhfəsini verir. 

Ardını oxu...

Arzusu, amalı Vətənin çətin zamanlarında yanında olmaq, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın azadlığı uğrunda şəhadət zirvəsinə yüksəlmək idi kapitan Aşur Cəmiyevin. Elə özünün də dediyi kimi “...Vətən sağ olsun... Ən gözəl ölümdür şəhidlik, ən gözəl ölüm”.
Aşur Bəybala oğlu Cəmiyev 18 iyun 1989-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdu. Sonra ailəsi ilə birgə Naxçıvan şəhərinə köçən Aşur orta təhsilini də elə burada almışdı. Onunla ilk tanışlığımız da eyni məhəllədə qalmağımızdan, dostluğumuz isə eyni orta məktəbdə təhsil almağımızdan başlamışdı. Düzdür, o məndən yaşca böyük idi. Amma Aşuru tanıyan hər kəs etiraf edər ki, o, böyüklə böyük, kiçiklə kiçik olmağı yaxşı bacarır, hamı ilə şirin dil tapırdı. 2003-cü ildə orta təhsilinin qalan hissəsini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə davam etdirən Aşur, sanki hələ hərbi liseyə daxil olarkən bilirmiş ailəsinin, bütün Azərbaycanın fəxri olacağını.

Ardını oxu...

Müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və Vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsi üçün mütəmadi olaraq müsabiqələr keçirilir.
Qeyd olunanlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test mərhələsi başa çatıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyulun 1-də “Naxçıvan” Universitetində mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq muxtar respublikada elm və təhsilin jurnalistikanın inkişafına yaradılan hərtərəfli şəraitdən, göstərilən dövlət qayğısından danışıb. Rektor “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, doğma diyarımızda elmin, maarifin, ictimai fikrin inkişafında çox böyük əvəssiz töhfələr verdiyini qeyd edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Anar İbrahimov 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” Fəxri adının verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, artıq bir neçə ildir, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir. Gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət olunur. “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsi, istedadlı gənc­lərin üzə çıxarılması, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə təsis edilib. Belə ki, 23 sahə həmkarlar ittifaqı orqanından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olub, onların fəaliyyətini əks etdirən məlumatlar ümumiləşdirilərək təqdimat hazırlanıb.

Ardını oxu...

Nazirlər Kabinetinin 2021-ci il 14 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə müvafiq vəsaitdən işçilərə verilən mükafatlardan qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığortahaqqı, işsizlikdən sığortahaqqı və icbari tibbi sığortahaqqı tutulur.

Ardını oxu...

İyunun 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 73 min 206 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 185, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 38 min 21 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 422 min 241-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 174 min 186, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 248 min 55 nəfərdir.

 

 

 

 

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

 "TASS"a istinadən verilən məlumata görə, tərəflər həm ikitərəfli, həm də beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Bildirilir ki, XİN rəhbərlərinin danışıqlarının digər bir vacib mövzusu da Cənubi Qafqazdakı vəziyyət olacaq.

 

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Antalyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

 "TASS"a istinadən verilən məlumata görə, tərəflər həm ikitərəfli, həm də beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.

Bildirilir ki, XİN rəhbərlərinin danışıqlarının digər bir vacib mövzusu da Cənubi Qafqazdakı vəziyyət olacaq.

 

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində anadan olmuş şəhid, baş leytenant Elnur Zeynalovun bir qrup döyüş yoldaşı şəhidin ailəsini ziyarət edib, məzarına gedərək tər qərənfillər düzüb, komandirlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qələbəyə 10 gün qalmış – 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucalan Elnur Zeynalov doğulub boya-başa çatdığı Naxçıvan şəhərində torpağa tapşırılıb. Hərbçi olmaq arzusu ilə böyüyən Elnur 2008-2011-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib, 2016-cı ildən düşmənlə sərhəddə yerləşən hərbi hissələrin birində kəşfiyyat taqım komandiri vəzifəsinə təyin olunub. Mərd, cəsur, qorxmaz, bacarıqlı və vətənpərvər bir komandir kimi yetişən Elnur Zeynalov “Ən yaxşı kəşfiyyat komandiri”, “Ən yaxşı xüsusi təyinatlı kəşfiyyat qrupu komandiri” kimi adlara layiq görülüb.

Ardını oxu...

İyulun 1-də və 2-də 26 mindən çox abituriyent imtahan verəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunuİmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

Ardını oxu...

50 nəfərlik toylarda oynayarkən maska taxmaq zəruri deyil.

Bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Qurum rəsmisi bildirib ki, 50 nəfərə qədər tədbirlərdə, yəni, toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbi mütləqdir:

"Həmin mərasimlərdə COVİD pasportu və immunitet sertifikatı tələb olunmadığına görə, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Çünki həmin məkanda yoluxma riski yüksəkdir, orada COVİD daşıyıcıları ola bilər. Bütün bu ehtimallar, eləcə də ÜST və digər ölkələrin təcrübəsi nəzərə alınaraq belə bir qərar verilib ki, vətəndaşlarımızı maksimum dərəcədə bu təhlükədən qoruyaq. Hər birimiz ciddi qaydada bu tələblərə riayət etməliyik. 50 nəfərdən 150 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi yoxdur. Çünki məkana daxil olan şəxs mütləq qaydada nəzarətdən keçir və COVİD pasportunu göstərir".

 

 

 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən bildirilib.

Nümayəndəliyin yaydığı məlumtda deyilir:

Ardını oxu...

  

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanıAzərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuşvə xəsarət almış bir qrup şəxs orden və medallarla təltif edilib.Naxçıvan Şəhər İcra Hakimiyyətindəbu orden və medalların,həmçinin onların vəsiqələrinin şəhid ailələrinə təqdim edilməsi münasibətilə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin birgə təşkilatçılığı vəşəhidailələrinin iştirakı ilə keçirilən tədbirdən əvvəlVətən müharibəsində vəAzərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verənşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir olub.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan bəhs edib. Şamı Abdullayev vurğulayıb ki, dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bu gün artıq dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Ardını oxu...


Vətən müharibəsinin bitməsindən aylar ötsədə hələ tanımalı  neçə -neçə igidlərimiz var ki,ömürlərini vətənə xidmətə həsr edib. Onların hər birini  tanıdıqca insan qürurdan dağa dönür. Bu gün qələmim  ömrünün 27 ilini Vətənə  xidmətəhəsr edən bir zabitimizi, Naxçıvan igidini tanıtdırmaq üçün yazır.

Ardını oxu...

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edillib.

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırıb.

Ardını oxu...

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli Qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu birləşmələri də ləğv olunmuşdur. Bundan sonra milli silahlı qüvvələrin yaradılması 70 il sonraya təsadüf etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.
Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikada da ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin əziz xatirəsi daim yad edilir, onların ailə üzvlərinin maddi-məişət şəraiti yaxşılaşdırılır, müharibə iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar üçün qanun­vericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Ardını oxu...

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vurmuş gənc əsgərlər hərbi xidmət yerlərinə yola salınıblar.
Gənc əsgərlərin yolasalınması mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə universitetin açıq idman meydançasında tədbir keçirilib. Tədbirdən öncə “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi mayor Nazim Həsənov raport verib. Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Rektor Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.

Ardını oxu...

 Yol uzun, hava isə həddindən artıq isti olsa da, dağ yolları ilə qalxan avtomobildən yaşıllıqlar arasından boylanan müasir Sədərəyi izləmək və bir zamanlar buranın Vətənimizin düşməndən müdafiə səddinə çevrildiyini xatırlamaq qürurvericidir. Vətənimizin hər qarışı bizim üçün əzizdir, amma qədim Azərbaycanın tarixində və taleyində bəzi şəhər və kəndlərimizin xüsusi yeri olub. Belə yurdlardandır ulu öndərin “Qeyrət qalası” adlandırdığı Sədərək. O Sədərək ki illər öncə hər qayası, hər daşı, torpağı naxçıvanlı igidlərin qanı ilə sulandı, amma düşmənə bir ovuc torpaq verilmədi. Həmin yurd ki 30 il öncə torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz orada endirildi. Və həmin illərdə cəsur oğullarımızın cəsarətindən, igidliyindən qorxuya düşən ermənilər bunu hələ də unuda bilmirlər. Buna 44 günlük Vətən müharibəsində də qürurla şahidlik etdik. Şahid olduq ki, düşmənlərimiz Naxçıvanda yerləşən mövqelərimizə bir güllə belə, atmağa cəsarət etmədilər. Bacarıqsız və səriştəsiz zabitləri tərəfindən Ordubad rayonunun boş, dağlıq ərazisinə atılan raket mərmisinin düşmənin özü kimi heçnəyə yaramamasını isə hamımız qəzəbqarışıq rişxəndlə qarşıladıq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyunun 25-də Babək Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, muxtar respublikanın, o cümlədən də Babək rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində qəzetin əhəmiyyətindən bəhs edib.

Ardını oxu...

"Ölüm bizə nə uzaq,

bizə nə yaxın ölüm.

Ölümsüzlüyü daddıq ,

bizə nə etsin ölüm".

    Ağlı  ,zəkası,  nitqi, təfəkkürü ilə dünyanın  əşrəfi sayılan insan  əməlləri, göstərdiyi qəhrəmanlığı ilə  ilahi bir mərtəbəyə,müqəddəs  olan zirvəyə ucalaraq ölümsüz olmağı da bacarır. Ölümsüzlük zirvəsini fəth edən qəhrəmanlar isə xəyallarında, gəncliyindən, arzularından, sevdiklərindən imtina edərək Vətən üçün canını ortaya qoyan  şəhidlərdir.

 Əsgərli Tural  Ələmdar oğlu da  vətənin azadlığı , millətin səadəti , 30 illik torpaq, yurd  həsrətimizin vüsala qovuşması üçün göstərdiyi igidliyi ilə  şəhadətə  yüksələrək ölümsüzlük qazanan Naxçıvan igidlərindən biridir. İki bacının tək qardaşı olan Tural 1993 -cü ilin aprel ayının 20 -də  Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Tural 1999-cu ildə Qıvraq qəsəbəsində tam orta məktəbdə 1 -ci sinfə gedir. Məktəbdə oxuduğu müddətdə çalışqanlığı, məsuliyyəti,tərbiyyəsi  ilə müəllimlərinin dərin sevgisini qazanmağı  bacarır. Ailədə həmişə  sözə baxan övlad olan  Tural həm də  yüksək fikirəri,  nümunəvi davranışı, gözəl əməlləri ilə öz yaşıdlarından həmişə fərqlənirdi. Hələ uşaq ikən  ürəyində  düşmənə bəslədiyi nifrətdən doğan qisas almaq  arzusu Turalı ilk dəfə ailəsinin rızası olmayan bir xəyalını gerçək etməyə yönəldir. O 2007 -ci ildə doğmalarından  heç kimə xəbər vermədən Naxçıvanda H.Əliyev adına hərbi liseyə sənədlərini təqdim edir və girdiyi imtahandan müvəffəqiyyət qazanaraq hərbi liseyə qəbul olur.  Anası çox çalışsa da oğlunu hərbiçi olmaq  fikrindən döndərə bilmir . 2010 -cu ildə həmin liseyi uğurla bitirən Tural  elə həmin il Bakıda H. Əliyev adına Ali Hərbi  məktəbə daxil olur. Burada təhsil aldığı müddətdə mərdliyi, vətənpərvərliyi ilə həm müəllimlərinin həmdə yoldaşlarının hörmətini qazanır. 2014 -cü ildə  Ali  Hərbi  məktəbi bitirən Tural  ixtisasını təkmilləşdirmək üçün Təlim Tədris mərkəzində  zabit kursunu da uğurla  başa vuraraq 2015 -ci ildən leytenant kimi ordu sıralarında xidmət etməyə başlayır. Tural  ilk xidmətinə Qazax rayonunda yerləşən  N saylı hərbi hissənin ön cəbhəsində tağım komandiri olaraq başlayır. Hər dəfə səngərdən düşmən postunu müşahidə etdikcə düşmənə olan nifrəti daha da çoxalırdı.  Tural  2016 cı ilin aprel döyüşləri başlayanda illərdir ürəyindəki qisas almaq arzusunu gerçək edəcəyi üçün çox sevinmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 iyun tarixli Qərarına uyğun olaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin strukturunda dəyişiklik edilərək Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Bu gün Naxçıvan Muxtar Respublikası bütün sahələrdə əsl nümunə
gücünə malikdir


Hər daşı, qayası ox nişanlı, hər zümrüdgözlü bulağının pıçıltısında həzin ana laylası çalınan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bu inkişafı və tərəqqini görənlər təəccüblənirlər. Təəccüblənirlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. 

Muxtar respublikamız, sözün həqiqi mənasında, yeniliklər dövrünü yaşayır. Bu illər ərzində yurdumuzun elə bir ünvanı olmayıb ki, orada yeni bir bina inşa olunmasın, yol çəkilməsin, parklar, istirahət mərkəzləri yaradılmasın, tarixi abidələr bərpa edilməsin. Saysız-hesabsız tikililər, öz simasını dəyişən küçələr, rahatlığı, təmizliyi ilə seçilən istirahət guşələri, parklar, xiyabanlar torpağa insan əli ilə çəkilən əsrarəngiz naxışlar kimi göz oxşayır.

Ardını oxu...

Bu gün məişət zəminində baş verən anlaşılmazlıqların bir qismini də bəzən qonşularla ortaq su və yoldan istifadə, sərhəddə əkilmiş ağac, ortaq hasarların tikilməsi və sair bu kimi  problemlər təşkil edir. Daşınmaz əmlakla bağlı mübahisələrin həlli məqsədilə edilən müraciətlərin təhlilindən aydın olur ki, mübahisələrin, təqribən, yarısı qonşular arasında qarşılıqlı münasibətlərin pozulmasından yaranan səbəblərlə xarakterizə olunur. Bəs, qanunvericiliklə bu cür hallar necə tənzimlənir? Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin hüquqşünası Rəfayıl Məmmədov cavablandırır.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

Ardını oxu...

Xoş ətirli məmləkətim, gözəlliklər məskəni olan Naxçıvanım. Hər qarışı gül-büsata qərq olmuş şəhərim. Səni vəsf etmək istədikdə kağıza sığmır düşüncələrim. Qürurla deyə bilərəm ki, nəinki Naxçıvan şəhərində, həmçinin rayon və kəndlərdə belə rahat yollar, bərpadan sonra yeni görünüş alan tarixi abidələr, gül-çiçəyə qərq olmuş park və xiyabanlar göz oxşayır. Cənnətməkanımın şəninə deyilən xoş sözlər hər bir Naxçıvan sakini kimi, məni də dünyanın ən xoşbəxt insanı edir. Nə xoş bizlərə ki, bu xoşbəxtliyi qürur dolu yaşaya bilirik. Elə bu gözəlliklərdən də ilham alıb heyrətini gizlədə bilmir, gözəlliklər qarşısında aciz qalıb, xəyallara dalır insan. Və bir anlıq sükuta qərq olarkən gözlər qarşısında açılan əsrarəngiz pəncərə hər hansı rəssamın əl işi olduğunu xatırladır sanki.

Muxtar respublikada yeni parklar istirahət guşələri salınır, mövcud olanlar isə müasir səviyyədə yenidən qurulur. Bu gün muxtar respublikada istər Naxçıvan şəhərində, istərsə də rayon mərkəzlərində yaradılan istirahət məkanları, salınan parklar şəhərimizin simasını başdan-başa dəyişib. Təəssüf hissi ilə də olsa, qeyd etməliyik ki, şəhərimizdə yaradılan bu gözəlliklərə laqeyd yanaşanlar da az deyil. Şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm. İstirahət günü idi. Övladlarımla birgə şəhərimizə  gəzintiyə çıxmışdıq. Yolüstü Qoçüstü məhəlləsinin 1 və 2 saylı binalarının  qarşısından keçməli olduq və hava isti olduğu üçün yaxınlıqdakı “besedka”da bir qədər əyləşmək istədik. Bura çox sərin idi, sanki ətrafdakı istidən “xəbərsizdi”. Yanımızda yaşlı bir qadın əyləşib ətrafı seyr edirdi. Burada qəribə bir mənzərə ilə qarşılaşdıq. Binanın həyətində top oynamaq üçün geniş ərazinin olmasına baxmayaraq uşaqlar “besedka”da top oynayırdırlar. Top dəfələrlə yaşlı qadına dəysə də, qadın susmaqda davam edirdi. Uşaqlara bir kəlmə olsun belə səhf etdiklərini demirdi. Halbuki yaşlı qadın “ Ay bala, bura  top oynamaq üçün deyil, həyətdəki geniş ərazini qoyub burada niyə oynayırsınız?”,- deyə və uşaqlara  doğru yol göstərə bilərdi. Ağbirçək nənəmizin  susması məni daha da narahat etdi və böyük yanında səsimi çıxarmağa məcbur  oldum: ”Ay uşaqlar, topu kənarda oynamaqla həm yaradılanları qorumuş olarsınız, həm də günəş şüaları altında  oynamaqla daha sağlam ola bilərsiniz. Axı bura top oynanılacaq yer deyil”. Elə bu zaman başımı yuxarı qaldırdığımda  tavanda gördüyüm mənzərə məni çox narahat etdi. Uşaqların ağır top zərbəsinə məruz qalmış tavanın bir hissəsi yoxa çıxmışdı. Həmin görüntüləri ürək ağrısı ilə seyr edib, gördüklərimi qələmə almamağın  mümkünsüzlüyünü bir andaca düşündüm. Axı dövlətimiz insanların asudə vaxtlarının səmərəli təşkilindən ötrü hər cür şərait yaradıb. Niyə yaradılanları dəyərləndirməyək? Sual olunur,  yaradılan gözəllikləri, gül-büsata qərq olmuş hər ünvanda salınan parkları qorumaq çoxmu çətindir?

Sözüm valideyinlərə, böyüklərədir: sizlər evlərinizdə övladlarınızın top oynamasına icazə verərsinizmi? Yox əgər vermirsinizsə, bu gözəl şəhərimizin niyə korlanmasına razı olursunuz? Şəhərimiz bizim evimizdir. Evimizi qorumaq, yaradılanlara laqeyd yanaşmamaq hər birimizin mənəvi borcudur. Gəlin bir yerdə düşünək. Yaradılan gözəlliklər, salınan parklar, istirahət məkanları bizlər üçündür. Bizə həvalə edilənlərin dəyərini bilək. İstirahətimizin səmərəli təşkilinə yönəldilmiş məkanlara laqeyd münasibət göstərməyək.

Nuray ƏSGƏROVA

 

 

 

 

 

      Tanrı yaratdığı hər bir insana bir ömür biçib.Bunu azda sayanlar var çoxda .  İnsan var ki uzun ömrünü bada verir,insanda var ki ,qısa ömrü ilə tarix yazır. Təkcə ölümləriylə deyil  yaşadıqları ömürləri ilə də vətənin torpağında daşa çevrilib sözün əsl mənasında Vətəndaş olan insanlar vardır. Belə insanlar onları əhatə edən cəmiyyətə,mənsub olduğu millətə,üstündə böyüdüyü torpağa sevgi bağları ilə  möhkəmcə bağlanıb onunla  bütünləşirlər. II Qarabağ müharibəsində biz vətənlə bütövləşən  igidlərin qəhrəmanlıqlarına şahid olduq .

      44 günlük Vətən müharibəsinin dastanlara sığmayan qəhrəmanlarından hələ çox danışacağıq. İndi haqqında yazacağım igid də onlardan biridir.

      1997 ci ilin milli qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun tarixində Naxçıvanın Kəngərli rayonunu Xök kəndində dünyaya göz açan Əsgərov Təbriz Çapay oğlu iki bacının yeganə qardaşı idi. Anası ona Təbriz adını vermişdi ki, bu həyatda nə qədər çətinlik çəksə də heç bir zaman inamını itirməsin. İnsan adı ilə yaşayarmış deyiblər.Təbriz də həyata hər zaman nikbin yanaşır, nə qədər çətinlik çəksədə hər zaman gələcəyə ümidlə baxırdı. Hələ orta məktəbin 5-inci sinifində oxuyarkən Təbrizin anası ağır xəstələnərək 4 il yataqda yatır. Ailənin maddi çətinlikləri olduğu üçün Təbriz 11yaşında işləmək məcburiyyətində olub.Yayda biçinlə ,qışda yük daşımaqla ailəsinə çörək pulu gətirirdi. O balaca ciyinlərində bir ailənin yükünü daşımaqdan heç yorulmurdu. Ailəsinə çox bağlı olan Təbriz bacılarını əzizləyər, onlara gözümün nuru deyərdi. Özündən böyük bacısı İlkanə xanımın uzun, qıvrım saçlarını darayıb ,hörərdi. Ürəyində hamıya sevgi bəsləyər, heç kimin qəlbinə dəyməzdi. Hələ balaca vaxtı evdə onu görə bilməyəndə bilirdilər ki, yenə məhəbbət quyusuna, oradakı quşları yemləmək üçün gedib. O təkcə insanları yox bütün canlıları sevərdi. Sanki mərhəmətdən yoğrulmuş  qəlbi heç bir canlının əziyyət çəkməsini istəməzdi.  Həyətlərindəki qarışqa yuvalarının yanına buğda dənələri tökərdi ki, qoy yem axtarmaq üçün uzaqlara gedib yorulmasınlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR