22 Dekabr 2024, Bazar

  

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanıAzərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuşvə xəsarət almış bir qrup şəxs orden və medallarla təltif edilib.Naxçıvan Şəhər İcra Hakimiyyətindəbu orden və medalların,həmçinin onların vəsiqələrinin şəhid ailələrinə təqdim edilməsi münasibətilə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin birgə təşkilatçılığı vəşəhidailələrinin iştirakı ilə keçirilən tədbirdən əvvəlVətən müharibəsində vəAzərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verənşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda hər bir sahənin inkişafında dövlətimizin diqqət və qayğısı hiss olunur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, biz Vətən müharibəsini Böyük Qələbə ilə başa vurduq. Lakin qələbə itkisiz, qurbansız əldə edilmir. Bu müharibədə üç mindən çox qeyrətli oğlumuz şəhid oldu. Naxçıvan şəhərindən də 18 zabit və əsgərimiz bu savaşda qəhrəmanlıqla həlak oldu. Onlar qəhrəmanlıq tariximizə və şəhidlik zirvəsinə adlarını öz qanları ilə yazdılar. Bu qəhrəmanlardan 1-i Bakı şəhərindəki Fəxri Xiyabanda, 1-i Sumqayıt şəhər Şəhidlər Xiyabanında, 9-u Naxçıvan şəhər, 3-ü Qaraçuq, 2-si Tumbul kənd, 1-i Əliabad qəsəbə, 1-i isə Xətai qəbiristanlığında dəfn edilmişdir. Naxçıvan şəhərindən olan 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq qazi olmuşdur. Gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində bu qəhrəmanlarımızın vətən sevgisi böyük bir məktəb olacaq.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyən icra başçısı onu da vurğulayıb ki, Vətən müharibəsində zabit və əsgərlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar ölkə başçısı tərəfindən daim yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının ali mükafatlarına, orden və medallara layiq görülürlər.Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanıAzərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən bir qrup şəxsin təltif olunması onların əməyinə verilən ən yüksək dəyərdir. Bu gün muxtar respublikamızda, həmçinin Naxçıvan şəhərində də qazi və şəhid ailələrinə xüsusi qayğı göstərilir və bu qayğı bundan sonra da davam etdiriləcəkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilovölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatınınmöhkəmləndirilməsindən, müasir əsgəri-məişət-yaşayış komplekslərinintikilməsindən, zabit ailələrinin mənzil-məişət şəraitininyaxşılaşdırılmasından, şəxsi heyətin döyüş və mənəvi hazırlığının əhəmiyyətli dərəcədə artırılmasından, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti bu qayğı müqabilində Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altında saxladığıtorpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, düşmənin müdafiə xətləri yarılaraq torpaqlarımız işğaldan azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindənşəhid ailələrinə,qazilərimizə və müharibənin digər iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısından danışan Anar Aqilov ölkə başçısının bugünlərdə2021-ci il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə növbəti dəfə təltif edilməsini də bu qayğının bariz nümunəsi olduğunu bildirib.

Daha sonra Azərbaycan Respublikasının Prezidentitərəfindən Respublikamızın ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişşəhidlərimizin təltif edildiyi medallar onların ailə üzvlərinə təqdim edilib.

Sonda şəhid ailələrionlara göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürlərini bildiriblər.

Qafar QƏRİB

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR