50 nəfərlik toylarda oynayarkən maska taxmaq zəruri deyil.
Bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Qurum rəsmisi bildirib ki, 50 nəfərə qədər tədbirlərdə, yəni, toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbi mütləqdir:
"Həmin mərasimlərdə COVİD pasportu və immunitet sertifikatı tələb olunmadığına görə, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Çünki həmin məkanda yoluxma riski yüksəkdir, orada COVİD daşıyıcıları ola bilər. Bütün bu ehtimallar, eləcə də ÜST və digər ölkələrin təcrübəsi nəzərə alınaraq belə bir qərar verilib ki, vətəndaşlarımızı maksimum dərəcədə bu təhlükədən qoruyaq. Hər birimiz ciddi qaydada bu tələblərə riayət etməliyik. 50 nəfərdən 150 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi yoxdur. Çünki məkana daxil olan şəxs mütləq qaydada nəzarətdən keçir və COVİD pasportunu göstərir".