22 Dekabr 2024, Bazar

Dünya Bankının Direktorlar Şurasının bu ilin sentyabrında "Azerbaijan COVID-19 Emergency Response Project" layihəsini təsdiqləyəcəyi gözlənilir.

Bu barədə  Dünya Bankından bildiriblər.

Qeyd olunur ki, hazırda layihənin dəyəri məlum deyil, amma bankın ayıracağı kreditin məbləği 95 milyon dollar təşkil edə bilər.

Layihə Azərbaycanda COVID-19 infeksiyasıbıb yayılmasının qarşısı alınması üzrə səylərin dəstəklənməsinə, koronavirusun müəyyənləşdirilməsi və müalicəsi üçün səhiyyə sisteminin möhkəmləndirilməsinə, pandemiyanın bəzi sosial fəsadlarının yumşaldılmasına yönəlib.

Qeyd olunur ki, layihə üç komponentdən ibarətdir və Azərbaycana əhalinin sosial həssas təbəqəsini müvəqqəti yardım sahəsində dəstək göstərilməsini nəzərdə tutur.

Bankın məlumatına əsasən, əhalinin sosial həssas təbəqəsindən 47 min ailəyə müvəqqəti dəstək qismində aylıq 225 manat ünvanlı sosial yardım və koronavirusla əlaqədar işini itirmiş 170 min vətəndaşa 190 manat məbləğində üçaylıq müavinət nəzərdə tutulub.

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. COVID-19 ilə mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli görüşlərinin keçirildiyi, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.

Ardını oxu...

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilib ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyənləşdirilib.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır.

 

 

 

          1 iyun 2021-ci il tarixində ilhamlanıb alıram qələmi əlimə, muxtar respublika mətbuatına Ali Məclis Sədrinin növbəti qayğısının, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamın işığında yazmağa çalışıram bu yazını. Bir əsrlik ömür kitabını vərəqlədikcə düşünürəm: Yüzlərlə, minlərlə jurnalistin yaradıcılıq yoluna nur çiləyən, gələcəyinə çıraq tutan, ulu tariximizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən, keşməkeşli dünənimizdən, nailiyyətli bu günümüzdən, blokadalı inkişafdan, tərəqqidən, quruculuqdan, səndən, məndən, bizdən, hər birimizdən söhbət açan çinar ömürlü söz təknəsinin özündən söhbət açmaq necə də məsuliyyətli hiss, necə də ağır missiyadır...

           1921-ci il 9 noyabr tarixində dünyaya göz açan, minlərlə gözləri dünyaya açdıran doğma qəzetimizin səhifələrində nələr yer almayıb, nələr. Nələrdən danışmayıb, nələrdən yazmayıb ki bu mətbu orqan. Vərəqlədikcə hər səhifəsindən hiss edirik, duyuruq əcdadlarımızın ayaq səslərini, səyahət edirik ulu babalarımızın təxəyyül, təfəkkür dünyalarına, diqqətimizə hakim kəsilir dünənimizdə baş verənlər, öyrənirik bu günümüzün reallıqlarını, müstəqilliyimizi, inkişafı, tərəqqini hər incə detalınadək, varırıq faktlarla zəngin dolğun nəticəyə. İşıqlı sabahlara aparan yolda qarşımıza çıxan maneələri aşdığımız, közərən çıraq işığına nigaran nəzərlə baxdığımız, qəlbimizdə işıldayan ümid, inam işığından güc aldığımız, titrəyən nəfəsimizlə əsən əlimizi isitməyə çalışdığımız qaranlıq gecələrdə, gecə rəngli gündüzlərdə çəkdiyimiz əziyyətlərlə qarşılaşırıq rəngi solmuş səhifələrə nəzər saldıqca...

Ardını oxu...

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahinin ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Bakıda 4-6 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin proqramı açıqlanıb.

Yarışın ilk günü F2 sərbəst yürüşü ilə başlanılacaq, ondan sonra isə F1 sərbəst yürüşü baş tutacaq. Günün ikinci yarısı F2 sıralama yarışı, onun ardınca isə F1 ikinci sərbəst yürüş keçiriləcək.

Yarışın ikinci günü, yəni 5 iyunda günün əvvəlində F2 sprint yarışı, onun ardınca isə F1 üçüncü sərbəst yürüş keçiriləcək, günün ikinci yarısı isə F1 sıralama turu və F2 sprint yarışı baş tutacaq.

İyunun 6-da günə FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək. Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.

 

 

 

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanan “Azərbaycan kitabı”nın nəşri üçün budəfəki çəkilişlər muxtar respublikamızda aparılıb. Ölkəmizin hər bir guşəsi  haqqında müfəssəl məlumat vermək məqsədilə hazırlanmış nəşrdə xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, muxtar diyarımızın zəngin və bənzərsiz təbiətini əks etdirəcək fotoşəkillər də veriləcək. Bir sözlə, bu kitab oxucuya Naxçıvanı qarış-qarış gəzmək imkanı yaradacaq. Bu məqsədlə Naxçıvana gələn yaradıcı heyət diyarımızın bir çox yerlərində olub, maraqlı video və fotolar qeydə alıb, diyarımızdan xoş təəssüratlarla ayrılıblar. Burada olduqları zaman biz də peşəkar fotoqraflarla həmsöhbət olmuş, onlardan Naxçıvan haqqında təəssüratlarını öyrənmişdik. Onların fikirlərini oxucularımıza təqdim edirik.

Orxan Aslanov – Fotoqrafiya məktəbinin təsisçisi, “My Azerbaijan” layihəsinin rəhbəri:


– Əvvəlcə layihə barədə sizi məlumatlandırım. Bu layihəyə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotokitab yaratmaq məqsədilə start verilib. Layihənin icrası nəticəsində 2010-cu ildə “Azərbaycan kitabı” dərc edilib.

Ardını oxu...

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Nazirlik iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

Ardını oxu...

Yenə görüşünə gəlmişəm, ata-baba yurdum, doğma kəndim Qahab. Səninlə söhbətləşmək, ötən günlərə dönmək, bu gününə nəzər salmaq, yenidən doğmalaşmaq, körpə uşaqtək qoynuna sığınmaq üçün gəlmişəm. Harada yerləşməyini, sənə gəlmək üçün hansı yolları qət etməyin lazım olduğunu izah etmək istəmirəm. Çünki bunu bilənlər bilir, bilməyənlər isə dost-tanışdan, internetin imkanlarından istifadə edib məlumat əldə edə bilər. Quru rəqəmlərdən, sözçülükdən kənar gəzmək istəyirəm. Gəl səmimi söhbət edək. Bilirəm ki, sənin də deməyə çox sözün var. Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Vaxt keçdikcə sən də dəyişmisən, gözəlləşmisən, böyümüsən.  Aramızdakı danışığa bir isim də qoyaq: övlad, ana söhbəti. Çünki sən ana Vətənin bir parçasısan. Söhbətimizi qələmə almağı, tarixləşdirməyi özümə övlad borcu bilirəm.

Ardını oxu...

“Şərq qapısı” qəzetinin yüzillik yubileyinin qeyd olunması muxtar respublikada
jurnalistikanın inkişafına növbəti dövlət qayğısıdır 

         Mətbuat hər bir xalqın milli mədəni tərəqqisinin güzgüsü, cəmiyyətin, dövlətin demokratik-hüquqi inkişafının inikasıdır, – desək, yanılmarıq. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatının çoxəsrlik inkişaf tarixinə böyük maarifçilik ənənələrinə malik doğma Naxçıvanımızın da adı qızıl hərflərlə yazılmışdır. Naxçıvanda mətbuatın birəsrlik qədim və zəngin tarixə malik olması dediklərimizi bir daha təsdiq edir. Ümumilikdə, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. 

Tarixi sərəncam işığında mətbuat salnaməmizin tarixinə bir nəzər

       Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir. Sərəncamda deyilir: “1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkarjurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur

      Müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, yaradıcılıq imkanları genişləndirilmiş, rəngli nəşrinə başlanmış, yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. “Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamədir. Qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir”. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.

     Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi.TarixənAzərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.

      Ümummilli liderin Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə dediyi bu müdrik kəlam, bütövlükdə, qəzetin tarixi dəyərini ifadə etməklə bu mətbu orqanın sonrakı fəaliyyəti boyu həyat və ideya vəsiqəsinə çevrilmişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Ardını oxu...

İşğaldan azad olunan ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər.

Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.

 

 

 

Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov UNESCO-ya üzv seçilib.

Qeyd edək ki, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO 1945-ci il noyabr ayının 16-da yaradılıb. Qurumun əsas məqsədi irqindən, cinsindən, dinindən və dilindən aslı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqaların əməkdaşlığının genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Ölkəmiz bu təşkilata 1992-ci il 3 iyun tarixində üzv qəbul edilib.

Məlumat üçün onu da bildirək ki, Taleh Xəlilov Naxçıvan Muxtar Respublikası üzrə UNESCO-ya seçilən ilk üzvdür.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".

Ardını oxu...

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirdilər və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər.

Artıq Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılara goyulan bu tələb ləğv olunur və həmin bəyannaməyə ehtiyac yoxdur.

Artıq ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur.

Eyni zamanda ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.

 

 

 

Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş mayor Vüsal Vəliyevin əziz xatirəsinə

Salam, əziz dost. Yenə hüzurundayam. Axşam yuxumda səninlə danışırdım. Birlikdə idik. Üzünüz gülürdü. Sanki yuxum çin çıxıb. Fərqlilik var səndə. Tək səndə yox, hamınız bu gün başqa cür baxırsınız üzümə.
– Sevincliyik, qardaş. Bilirsən? Biz elə bir orduyuq ki, təkcə ailəmiz, dostumuz, qohumlarımız yox, bütövlükdə, xalqımız bizimlə öyünür.
– Elədir, qardaş. Hər adama qismət olmayan zirvədə durmusunuz. “Dəmir yumruq” ətrafında birləşərək 44 gün ərzində heç kəsin fəth edə bilmədiyi bir zirvəyə yüksəldiniz, bizi də zirvələrə ucaltdınız.

Ardını oxu...

Kəndlinin işi heç vaxt bitib-tükənmir. O, indi növbəti qayğılarla yaşayır. Yaz-tarla işlərinə hazırlıq görür. Yazda səpinin, becərmə və yem tədarükünün uğurlu keçməsi üçün texnikanın sazlığı mühüm şərtdir. Ehtiyat hissələrinin qəhətə çıxdığı bir vaxtda maşın və mexanizmləri vaxtında təmir edib sazlamaq o qədər də asan deyil. Vaxt isə gözləmir. Bolluq yaratmaq, qıtlığın, bahalığın qarşısını almaq üçün kəndli əkib-becərməli, istehsalı genişləndirməlidir. Lakin yalın əllə yüz hektarlarla sahədə məhsul yetişdirmək olmaz. Bu mənada, “texnika kəndlinin sağ əlidir!” devizi bu gün də öz əhəmiyyətini itirməmişdir. Təəssüf ki, texnikanı almaq, onu daim saz vəziyyətdə saxlamaq ildən-ilə çətinləşir. Sözdə hamı kəndə köməkdən danışır, ölkədə yaranmış qıtlıqda kəndlini günahlandırır. Lakin əməli işdə ona arxa durub kömək edən isə olduqca azdır. Hamıya məlumdur ki, sənaye məhsullarının qiyməti get-gedə bahalaşır. Bu da kənd təsərrüfatı istehsalının səmərəsinin azalmasına, bu sahədə çalışanların güzəranının çətinləşməsinə səbəb olur. Ancaq ruhdan düşüb geri çəkilmək, süfrələri boş qoymaq da olmaz... İşimizə mane olan cəhətlər də var. Ehtiyat hissələrini vaxtında ala bilmə­məyimiz təmir işlərini ləngidir. Bəzi ehtiyat hissələri isə heç tapılmır.

“Şərq qapısı”
14 mart 1991-ci il

Kəndlinin əməyini yüngülləşdirmək üçün həyata keçirilən
tədbirlər öz bəhrəsini verir


30 il öncə qələmə alınan bu məqalə tarix etibarilə bizə necə uzaqdırsa, elə orada adıçəkilən problemlər də o qədər yadlaşıb. Ötən dövr ərzində yuxarıda sadalanan bütün problemlər həll edilib. Yol düzgün seçiləndə uğur qazanmaq da çətin olmur. İllər öncə nə əkəndə, nə biçəndə, nə də ki suvaranda texnika tapa bilən əkinçinin, kəndlinin zəhməti boşa gedir, əli torpaqdan soyuyurdu. Artıq bütün bu problemlər də öz həllini tapıb. Uzun illər aparılan islahatlar nəticəsində kəndlinin əməyini yüngülləşdirmək üçün dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib, müasir texnikalar alınaraq lizinq yolu ilə onlara verilib. 

Ardını oxu...

Artıq bir aya yaxındır ki, hər bir naxçıvanlı may ayının 10-da muxtar respublikada səfərdə olmuş ölkə başçısının qədim diyarımızda gedən qurub-yaratmaq proseslərinə verdiyi yüksək dəyərin sevincini yaşayır: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər bir səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatına yekun vurulub. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparıb.

Çempionatın bağlanış mərasimində çıxış edən yarışın baş hakimi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev keçirilən çempionat barədə məlumat verib. Bildirilib ki, qalib olan zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək. İkinci və üçüncü yerlərin sahibləri isə şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.

Ardını oxu...

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının başa çatması münasibətiə buraxılış mərasimi keçirilib.  

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övlatlarının  əziz xatirəsi yad edilib.  Dövlət Himnimiz səsləndirildikdən sonra  polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başalayan komanda-qərargah təlimi başa çatıb.

Təliminin sonuncu mərhələsində bölmələrin yaranmış taktiki şəraitə uyğun olaraq bir istiqamətdən digərinə yerdəyişməsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələr şərti düşmənin müdafiəsindəki araboşluğundan yararlanaraq  müdafiənin dərinliklərində hakim yüksəkliklərin ələ keçirilməsi üçün təyin olunmuş rayonlara çıxarılıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin hərbi texnikalarının məhv edilməsinin videogörüntülərini yayıb.

Görüntüləri təqdim edirik:

Ardını oxu...

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.

Ardını oxu...

Mayın 28-i tariximizin ən şanlı günlərindən biridir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini bəyan etdiyi tarixdir. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynamış, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirmişdir.

Ardını oxu...

Bir neçə aydır ki, xalqımız 30 ilə yaxın bir müddətdə həsrətində olduğu torpaqlara qovuşdu – 44 günlük azadlıq mücadiləmiz böyük zəfərlə başa çatdı. Bu zəfər ədalətin qələbəsi, təntənəsidir. Aylardır ki, qələbəmizin sevincini yaşayırıq. O sevinc ötən dövrdə qeyd etdiyimiz əlamətdar və bayram günlərinə də yeni bir ovqat qatıb. Burada, xüsusilə qeyd etmək yerinə düşər ki, xalqımızın tarixi taleyinə qızıl hərflərlə yazılmış əlamətdar hadisələr çoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir əlamətdar hadisə xalqın tarixidir. Bu sırada 1992-ci il may ayının 28-i isə təqvimimizdə öndə dayanan tarixlərdən biridir. Həmin gün Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açıldı. Həmin tarix iki qardaş хalqı bir-birinə qоvuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blоkada vəziyyətində olan Naхçıvanın yaşaması və inkişafı baхımından özündə bir çох mətləbləri birləşdirir. Bu körpü Türkiyə ilə Azərbaycanı birləşdirməklə Türk dünyasının coğrafi bütünlüyünü də təmin edir. Bu baxımdan çətin ki, dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri оlan, istifadəyə vеrilməsi bayrama çеvrilən, insanların içindəki ümidi, həsrəti, könül bağlılığını ifadə edən ikinci bir körpü olsun.

Ardını oxu...

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir.Tarixən bu müqəddəs diyar neçə-neçə ərənlər yetişdirib, qəhrəmanlar bəxş edib dünyaya. Bu yurd Şah İsmail Xətailərin, Babəklərin, Cavanşirlərin, Koroğluların, Mübarizlərin, Poladların Vətənidir. Azərbaycan xalqı bütün dövrlərdə belə qəhrəmanlar yetişdirmişdi və daim yetişdirəcək. Bu gün bütün dünyanın bəhs etdiyi II Qarabağ savaşı bir daha Azərbaycanın igidlər diyarı, qəhrəmanlar ölkəsi olduğunu sübut etdi. Alovuyla dostunu isidib, düşmənini yandıran Odlar yurdunun övladı qəhrəman olmaya bilməz və bu qəhrəmanlıq keçmişdən gələcəyə, nəsillərdən-nəsillərə ötürülür.

Ardını oxu...

Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.

Bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində ifadə olunub.

“Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Mayın 17-də Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun və şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi məqsədilə davam edir.                           

Ardını oxu...


Tezliklə Naxçıvan Muxtar Respublikasına müntəzəm avtobus xətləri bərpa olunacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin  mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən, avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Naxçıvan Muxtar Respublikasına səfərlər bərpa ediləcək", - deyə N. Allahyarova qeyd edib.

Gənclər təşkilatlarının rəhbərlərinin, üzvlərinin və fəal gənclərin iştirak etdiyi dəyirmi masanı giriş sözü ilə açan Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov deyib ki, dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclərdə intellektual bilik və bacarıqların yaranması və inkişaf etdirilməsidir. Son illərdə ölkədə intellektual hərəkatın inkişafı və Azərbaycan gənclərinin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması kimi önəmli məsələlər diqqətdən kənarda qalmamışdır. Bu məqsədlə gənclər və yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan çempionatları, “Xəmsə” milli intellektual oyunu üzrə I Dünya Çempionatı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan çempionatları, Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda “Breyn Rinq” intellektual oyunu üzrə beynəlxalq turnirlər keçirilmişdir.

Ardını oxu...

 TƏŞBEH


64 xanalıq, olduqca maraqlı, sirli və qədim... Savaş meydanının oyun taxtasındakı  rəmzi təsviri, döyüş təyinatının fiqurlarla təsnifatı, itirmə qorxusundan qazanma istəyinədək dəyişən ab-hava, xanalarındakı min bir strategiya ilə beynimizə və qəlbimizə nüfuz edən əsrarəngiz idman növü – ŞAHMAT və oyun fəlsəfəsindən bənzətmələr.

O xanadan bu xanaya ilk gediş və ya “debüt” (oyunun ilk mərhələsi)

Ardını oxu...

Daimi nümayəndəlikdən bildiriblər ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində mayın 27-də "28 May - Respublika Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, ümummilli liderimiz Heydər Əliyevin, həmçinin bütün müsəlman aləmində və türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək onlara öz hörmət və ehtiramlarını bildiriblər.

Ardını oxu...

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumatında deyilir.

Bildirilir ki, Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər:

"Həmin qruplar aşkar edilmiş, onların bir hissəsi qaçmış, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılmışlar.

Ardını oxu...

 

 

 

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumatında deyilir.

Bildirilir ki, Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər:

"Həmin qruplar aşkar edilmiş, onların bir hissəsi qaçmış, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılmışlar.

Ardını oxu...

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə əlaqədar 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

Bəyannamədə 1918-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd edilib.

Ardını oxu...

Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan gömrük-keçid məntəqələri ilə iyunun 1-dən etibarən gediş-gəlişin bərpası gözlənilir.

Yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.

Ardını oxu...

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Ardını oxu...

Bəzən zaman elə sürətlə irəliləyir ki, vaxtın necə ötdüyünün fərqinə belə, varmırıq. Amma həyatımızda elə tarixlər, elə anlar var ki, onları qürurla xatırlayırıq. 2018-ci ilin may ayı... Tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan əsgərinin zəfər günü...
Həyatımda ikinci dəfə bir jurnalist olaraq hərbi geyimi qürurla geyinmək şərəfinə nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli bir səfər gözləyirdi. Bu səfərin məqsədi “Günnüt zəfəri”ni qazanmış qəhrəman Azərbaycan əsgərləri ilə görüşmək, qələbənin qazanılmasında əldə edilmiş strateji yüksəkliklərdən çəkilişlər aparmaq idi. Bu yola çıxmaq isə hər bir Azərbaycan vətəndaşının arzusu, hər bir jurnalistin illərlə həyəcanla düşündüyü hisslər idi. Yola həmka­rım, Ruhiyyə Rəsulova ilə birlikdə çıxdım. Nə xoşbəxt bizə...

Ardını oxu...

Jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq müddətdə DİM-in internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

Ardını oxu...

İyunun 1-dən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa ediləcək.

Bu barədə Nazirlər Kabinetinin növbəti qərarında bildirilir.

Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərar qəbul edib

 Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

26 may 2021 ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edildi.

Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkdi.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata kecirildiyini qeyd edərək, nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad etdi və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirdi.

 

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Bunu nazir özü Türkiyədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana Yunanıstana səfərdən sonra gedəcək.

Nazirin sözlərinə görə, Yunanıstana səfər mayın 31-də planlaşdırlılıb.

Bundan başqa, M.Çavuşoğlu iyunun 12-14-də Belçikaya səfər edəcəyini açıqlayıb.

 

 

 

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavljeviçlə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında bir çox istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər mövzular ətrafında müzakirələr aparılıb.

 

 

 

Qəbul imtahanlarında COVİD pasportu tələb olunmayacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, qəbul imtahanlarında əsasən yaşı 18-dən aşağı olanlar iştirak edir: “Onlar isə hələ peyvənd olunmur. Öz işçilərimiz hamısı peyvənd olunub. Bizim əməkdaşlar sırasında da 68 nəfər virusa yoluxub sağalıb, 1 nəfər vəfat edib".

 

 

 

Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəlаdə Hаllаr Nаzir­liyi və оnun struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı aprel ayı ərzində də təmin olunmuşdur.
Nazirliyin qarşılıqlı fəaliyyət planının 21 mərkəzi və yerli icra hakimiyyəti оrqanı ilə dəqiqləşdirilməsi həyata keçirilmişdir. “Su hövzələrində insanların axtarışı və xilas edilməsi üzrə qarşılıqlı fəaliyyət planı”nın işlənilməsi təmin edilərək su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması üçün xəbərdaredici lövhələrin quraşdırılması təmin edilmişdir.

Ardını oxu...

Bu gün Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş Katibi Helqa Şmid ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb və bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.

Görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının Ermənistan da daxil olmaqla bütün region dövlətləri üçün yeni imkanlar açdığı və Ermənistan üçün iqtisadi əməkdaşlıq və inkişafdan yararlanmaq imkanının yarandığı bildirilib.

Tərəflər eyni zamanda, münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində həyata keçirilən tədbirlər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.

 

 

 

Gürcüstan iyunun 1-dən etibarən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini açır.

Bu barədə Gürcüstanın baş nazir yanında Koronavirusla mübarizə üzrə qurumlararası şurasının qərarında deyilib.

Qeyd olunur ki, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlı idi.

Qərara əsasən, Gürcüstana daxil olmaq üçün vaksinasiya barədə müvafiq sənədin olması və ya son 72 saat ərzində mənfi koronavirus test nəticəsi zəruri olacaq.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR