Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladislavljeviçlə görüşüb.
Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında bir çox istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər mövzular ətrafında müzakirələr aparılıb.