22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyunun 14-də Şərur şəhərindəki “Bahar” kinoteatrında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində mətbuatın əhəmiyyətli rolundan bəhs edib.

Ardını oxu...

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının konfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi qəbul olunmuşdur.

Ardını oxu...

 

Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-də başalayan komanda-qərargah təlimi başa çatıb.

Təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində maket üzərində  dəqiqləşdirilib, qəbul edilmiş qərara  əsasən bir istiqamətdən digərinə yerdəyişmə zamanı bölmələrin manevretmə qabiliyyəti yoxlanılıb. Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. Döyüş atışlarının icrası zamanı tank, motoatıcı, mexanikləşdirilmiş və raket-arilleriya bölmələri şərti düşmən hədəflərini məhv ediblər.

Ardını oxu...

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına əsasən musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanları test üsulu və müsahibə vasitəsilə iki mərhələdə həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı son illərdə bura yolu düşən çox insanların dilindən səslənib. İnfrastruktur quruculuğu, rahat yollar, gözoxşayan yaşıllıqlar, yenidən həyat verilmiş tarixi abidələr, hər yerdə hökm sürən təmizlik Naxçıvan haqqında təəssüratların ana mövzusunu təşkil edir. Sevindirici hal odur ki, Naxçıvanın bu cür xarakterizə olunması xarici qonaqlar üçün də xasdır. Peşə fəaliyyətimdən dolayı indiyədək muxtar respublikaya səfər edən müxtəlif ölkələrin diplomatik nümayəndələrinin, o cümlədən elm, mədəniyyət, incəsənət insanlarının, hətta sadə turistlərin belə dilindən Naxçıvanla bağlı eşitdiyim xoş sözlər bu qədim yurdun sakini kimi məni çox sevindirib, qürurlandırıb.

Ardını oxu...

Bir aydır ki, hər bir yurdsevər naxçıvanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza on beşinci səfərinin sevincini yaşayır. Ölkə başçısının qədim diyara növbəti səfərində bir neçə obyektin açılışında iştirakı və Naxçıvanda yüksək təəssüratlar yaşaması: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinmişəm... Bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – burada görülən işlərə ən yüksək dəyər kimi hamımızı qürurlandırdı.

İstər-istəməz ötən günlərə qayıdıram. Naxçıvan şəhərində dünyaya göz açmışam, burada təhsil almışam, hazırda ölkəmizin ali məktəbləri sırasında ön yerdə duran Naxçıvan Dövlət Universitetində çalışıram. Bu inkişafı görən bir naxçıvanlı kimi mən də qürur hissi keçirirəm. Ona görə ki, illər öncə ucqar əyalət şəhərindən seçilməyən Naxçıvan bu gün dünyanın belə, coğrafi şəraitdə yerləşən şəhərləri ilə müqayisə edilə bilməz.

Ardını oxu...

Bir aydır ki, hər bir yurdsevər naxçıvanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza on beşinci səfərinin sevincini yaşayır. Ölkə başçısının qədim diyara növbəti səfərində bir neçə obyektin açılışında iştirakı və Naxçıvanda yüksək təəssüratlar yaşaması: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinmişəm... Bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – burada görülən işlərə ən yüksək dəyər kimi hamımızı qürurlandırdı.

İstər-istəməz ötən günlərə qayıdıram. Naxçıvan şəhərində dünyaya göz açmışam, burada təhsil almışam, hazırda ölkəmizin ali məktəbləri sırasında ön yerdə duran Naxçıvan Dövlət Universitetində çalışıram. Bu inkişafı görən bir naxçıvanlı kimi mən də qürur hissi keçirirəm. Ona görə ki, illər öncə ucqar əyalət şəhərindən seçilməyən Naxçıvan bu gün dünyanın belə, coğrafi şəraitdə yerləşən şəhərləri ilə müqayisə edilə bilməz.

Ardını oxu...

Qədim Şərur diyarı... Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz. Yolboyu tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən bu doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən zəhmətkeşlik, ədəbiyyatından cəfakeşlik alan insanları və bu diyarın keçdiyi keşməkeşli günləri, xalqımızın ən çətin vaxtlarında indi dayandığım yerdə – Azadlıq meydanında 90-cı illərin qış aylarında soyuğun iliyə işlədiyi bir vaxtlarda gecədən səhərə, səhərdən axşama kimi yanan tonqalları, onların başında dayanıb Vətənin müdafiəsi növbəsinin nə vaxt onlara çatacağını gözləyən el oğullarını, işıqsız, qazsız, çörəksiz qalsa da, mətanətini itirməyən qadınlarımızı, tüstüləyən neft maşınkasında çətinliklə tapdığı bir ovuc undan bişirdiyi çörəyi səngərdəki əsgərə göndərən, özü isə ac yatan nənələrimiz barədə düşünürəm... Və bu gün hər dəfə yolum Şərura düşəndə gözəlləşən, böyüyən, gülüstana çevrilən yurdun sakini olduğumu düşünür, qürur duyuram.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin aparatı və struktur qurumlаrı tərəfindən may ayında da muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı təmin еdilmişdir.
May ayında Şahbuz Rayon Mərkəzi Хəstəхаnаsında “Fövqəladə hallarda хəstəхаnаnın fəaliyyətinin təşkili” mövzusunda kоmplеks mülki müdаfiə təliminin keçirilməsi təmin olunmuşdur.

Ardını oxu...

 

 

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

Ardını oxu...

Qanun layihəsi Milli Məclisin iyunun 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq aylıq müavinət ödənilir.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası (Valideynlərin biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tətəfindən müəyyən olunan məbləğdə aylıq müavinət müəyyən edilir) ləğv edilir.

Dəyişikliklərdə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi (Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, habelə Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, hər uşaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir) ləğv edilir.

Qanun layihəsi səsə qoyularaq bir dəfəyə qəbul olunub.

 

 

 

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qoşun xidməti və bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Bugünkü günə qədər işğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçularımıza təhvil verilib. Bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik fəaliyyətinin aparılması, eləcə də döyüş və xidməti fəaliyyətlərinin aparılması üçün daha da yaxşı şərait yaradılıb”, - mətbuat katibi bildirib.

 

 

 

Ötən ayın ictimai-siyasi hadisələrinin təhlili bu qənaəti bir daha təsdiqləyir


Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin dünyaya gəlişi ilə əlamətdar olan may ayı bu il dahi öndərin siyasi irsinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına on beşinci səfəri ilə muxtar respublikamız üçün ikiqat siyasi, tarixi mahiyyət və dəyər kəsb edir. Ölkə başçımızın bu səfəri ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi ilə tarixə yazıldı. Eyni zamanda Naxçıvanın inkişaf və sabitlik diyarına çevrildiyini, çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da qoruyub saxlayacağını təsdiqləməsi ilə də tarixləşdi.

Ardını oxu...

Vərəm yer üzərində geniş yayılmış xroniki infeksion xəstəlikdir. Hazırda planet əhalisinin üçdəbir hissəsi vərəm xəstəliyindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən hər il on milyon insan vərəmlə xəstələnir və bunun üç milyonu dünyasını dəyişir. Dünyada hər 10 saniyə ərzində bir nəfər vərəm xəstəliyindən vəfat edir. Epidemioloji vəziyyət ağır olan ölkələrdə vərəm xəstəliyindən ölənlərin 75 faizi əmək qabiliyyətli, yəni 15-50 yaşlarda olan insanlardır.

Mütəxəssislər bu qənaətdədirlər ki, vərəm xəstəliyi əsrlərboyu epidemiya halını almış, müxtəlif ölkələrdə geniş yayılaraq çoxsaylı insan tələfatına səbəb olmuşdur. Lakin vərəm epidemiya deyil, sadəcə olaraq infeksion xəstəlikdir, həm də genetik daşıyıcılığa malikdir. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə onlarla suala cavab axtarır. Gəlin görək vərəm xəstəliyi hansı mühitdə daha da aktivləşir, hansı şəraitdə onun genetik daşıyıcılığı fəallaşır və əksinə, müalicəsi, azalması mümkün olur.

Ardını oxu...

Risk qrupuna daxil olan şəxslərin COVİD -19-a qarşı vaksin olunması vacibdir.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, xüsusən şəkərli diabeti, endokrin xəstəlikləri olanlar ilk növbədə vaksin vurdurmalıdır. Həmin şəxslər risk qrupuna aiddirlər.

 

 

 

Bu gündən Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Bu, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixdə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına aşağıdakı qaydada icazə verilir:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə - yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1-18 yaş arasında olan şəxslərə münasibətdə - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

 

 

 

 

 

 

AMEA Naxçıvan Bölməsində muxtar respublikadakı orta ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs olub. “Hüseyn Cavid yaradıcılığında Şərq və Qərb” mövzulu dərsi Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova keçib.

Tədqiqatçı əvvəlcə Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, ədəbiyyatımızda zəngin yaradıcılıq irsi ilə seçilən şair-dramturq Hüseyn Cavidin həyatı, təhsil illəri, onun bir şəxsiyyət kimi formalaşmasında əməyi olan ziyalılar haqqında məlumat verib.  “Lirik-fəlsəfi düşüncələr  filosof şairin yaradıcılığında özünəməxsus yer tutur”,-söyləyən alim H.Cavidin yaradıcılığını dövrlər üzrə təhlil edib. Bildirib ki, yaradıcılığa klassik üslubda yazılmış qəzəllərlə başlayan H.Cavid sonralar poemalar, dram əsərləri və başqa ədəbi nümunələri ilə şöhrət qazanmışdır. O, Şərq poeziyası, xalq-aşıq şeiri ilə bağlı olan bir çox bədii elementləri yaradıcılığında əks etdirməklə yanaşı, əsərlərində Avropa xalqlarının yaradıcılıqlarından gələn bir sıra ənənələrə də yer verirdi. Hüseyn Caviddə bu ənənələrə meylin təməli İstanbul mühitində başlayıb, Avropa ölkələrinə səyahətlə dərinləşmişdi. İstanbulda təhsil aldığı illərdə dövrünün türk mütəfəkkirləri ilə tanışlığının gənc şairin yaradıcılığına böyük təsiri olmuş, bu təsirlərin nəticəsində əvvəlcə Şərq ədəbi ənənələri əsasında yazıb yaradan H.Cavid, Şərq və Qərb maarifçiliyi və mədəniyyəti haqqında dərin təhlil aparan mütəfəkkir ruhlu şair kimi yetişmişdir.

Ardını oxu...

"Son zəng"in keçirilməsi ilə bağlı birgə müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Son zəng" tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu mərasimin keçirilməsi qaydası ilə bağlı nazirlik həmkar qurumlarla müzakirələr aparır. Yekun qərar bəlli olan kimi dərhal mediaya açıqlanacaq. Bunu isə çox yaxında biləcəyik" - deyə o qeyd edib.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

Ardını oxu...

İyunun 9-da Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək bütün dünyanın diqqətini Qafqaza çəkən hərbi əməliyyatlar Azərbaycan xalqının son 200 illik tarixinə ən ali və ən parlaq zəfər səhifəsi kimi yazıldı. Azərbaycan qısa müddət ərzində öz ərazi bütövlüyünü təmin etmək üçün əzəli-əbədi torpaqlarını geri qaytarmağa müvəffəq oldu. Müzəffər Ordumuz öz dəyanətli Ali Baş Komandanının rəhbərliyi, xalqımızın yüksək vətənpərvərlik əzmi ilə birləşərək düşmən tapdağında olan doğma Vətən torpaqlarını ermənilərdən təmizlədi, Qarabağ münaqişəsinə son qoydu. Bu şərəfli zəfərin şirinliyini dadmaq isə Azərbaycana 3000-dən artıq şəhidin, minlərlə qazimizin qanları-canları bahasına başa gəldi. 

Ardını oxu...

Siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyasını aparırlar. Bu, liderliyə hansı aspektdən və hansı sosial-siyasi kontekstdə yanaşmadan asılı olur.
Məsələn, liderliyin “Böyük insan”, “bayraqdar lider” (M.C.Hermann), “Ənənəvi lider”, “Rasional lider”, “Xarizmatik lider” (Maks Veber), “Əsl qəhrəman lider” (F.Nitsşe) və sair kimi xarakteristikaları mövcuddur. Hegel ideal lideri öz missiyasını dərk edən tarixi şəxsiyyət kimi təqdim edirdi. XIX əsr ingilis alimi Tomas Karleyl yazırdı ki, “dünya tarixi böyük insanların tarixidir” və “qəhrəmanlar mahiyyətə vara bilirlər”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurası may ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləyərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayıb.
Naxçıvan Televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə, Dövlət proqramlarının icrası ilə bağlı görülən işlərə həsr olunmuş 7 telematerial hazır­lanıb. Televiziyanın öz teleməhsulları, həmçinin sənədli filmlər və dublyaj redaksiyasının materiallarının həcmi efirin 72 faizini təşkil edib. Bu dövrdə 111 veriliş efirə təqdim olunub.
May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı Naxçıvan Televiziyasında geniş videomaterial efirə təqdim edilib.

Ardını oxu...


“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb.

Komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib.

Ardını oxu...

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan "Xarıbülbül" Azərbaycan dili məktəbinin açılış mərasimi olub.

Dövlət Komitəsindən bildirilib ki, təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının - Xarkovdakı “Dostluq” Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr olunmuş dərsliklər hədiyyə ediblər.

Ardını oxu...

 

 

 

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

 

 

 

 

 

 

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

İyunun 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

İyunun 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

 

Qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

Bu barədə  Nazirlər Kabineti yanından Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, Operativ Qərargahın Koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.

Xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır. Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub.

Vətəndaşların ölkəmizə gətirlmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir.

Ardını oxu...

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.

Trend-in məlumatına görə, protokola əsasən, Azərbaycan Respublikasında iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi yaradılacaq.

Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.

 

Müzakirələrdən sonra protokol səsverməyə qoyularaq təsdiq edilib.

Xocavənddə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 ədəd raket və 97 ədəd minaatan mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə, keçməyə hazır olması xalqımızın bu dəyərlərə sadiqliyinin nümunəsidir. Yeni qurulan cəmiyyətdə əsaslılıq təşkil edən bu amilin qorunub-saxlanılması, onun daha da zənginləşdirilməsi, maarifləndirmə baxımından onu dərk etməyənlərə aşılanması mühüm vəzifələrdən biri kimi, ozamankı rəhbərliyin ümdə borcu idi. Fəqət, yenicə müstəqillik qazanmış Azərbaycanda cərəyan edən hadisələr, ölkədə hökm sürən böhranlı vəziyyət və digər acınacaqlı faktorlar xalqımızı yenidən vassallığa doğru sürükləməklə yanaşı, sözügedən dəyərlərin növbəti dəfə itirilməsinə şərait yaradırdı. Məhz bu şəraitdə xalqın onu anlaya biləcək, öz dilini, dinini, milli mədəniyyətini, adət-ənənələrini inkişaf etdirəcək, özünə qayıtmasına imkan yaradacaq Öndərə ehtiyacı var idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 mart 2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsinə start verilib.
Müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 730 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.

Ardını oxu...

           Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi  may ayında da  fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində quraraq bütün xidmət sahələri üzrə müsbət nəticələrin  əldə olumasına səy göstərib. Bu dövrdə vətəndaşlar arasında hüquqi- maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. May ayında aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2  avtomat, 1  qaz tapançası, 11  ov, 1  tir silahı, 1  süngü bıçağı, 32  döyüş sursatı götürülüb.

          Ay ərzində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili diqqətdə saxlanılıb, ümumtəhsil məktəblərində bir sıra məqsədyönlü işlər görülərək şagirdlərlə 54 görüş keçirilib. Görüşlər zamanı yetkinlik yaşına çatmayanlarla idmanın əhəmiyyəti,  insan sağlamlığına müsbət təsiri, həmçinin sağlam həyat tərzi və yol hərəkəti təhlükəsizliyi qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.

          May ayında polis sahə inspektorları da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq mülki hüquqi öhdəliklərin icrasından yaynan 15 nəfər barəsində axtarış işi açıb. Axtarışda olan şəxslərin hamısı tutularaq açılma göstəricisi 100 faiz təşkil edib.

          Nazirliyin Dövlət Yol Polisi İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər də davam etdirilib. Ay ərzində 495 sürücülük vəsiqəsi, 326 dövlət qeydiyyat nişanı, 742 qeydiyyat şəhadətnaməsi verilib, 58 nəqliyyat vasitəsinin ilkin, 631 nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparılıb. Həmçinin ay ərzində ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin vaxtlı-vaxtında verilməsi də diqqətdə saxlanılıb, 568 nəfər ümumvətəndaş pasportu, 3899 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Hesabat ayında nazirliyin “Səyyari xidmət’’i tərəfindən vətəndaşlara göstərilən xidmət də davam etdirilib. Belə ki, 1120 vətəndaşa şəxsiyyət, 90 vətəndaşa sürücülük vəsiqəsi, 13 nəfərə məhkumluq haqqında arayış verilib.

        Daxili İşlər Nazirliyi bu kimi tədbirləri qarşıdakı aylarda da davam etdirəcək, asayişin və ictimai təhlükəsizliyin qorunması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, baş verə biləcək hüquqpozmaların qarşısının vaxtında alınmasını təmin edəcək.

 

Naxçıvan Muxtar Respublikası

Daxili İşlər Nazirliyinin

mətbuat xidməti

 

 

 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Qotki şəhərində baş vermiş qatar qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bəyanatda deyilir: "Biz Qotki şəhərində baş verən qatar qəzası ilə bağlı dərindən kədərləndiyimizi ifadə edirik. Həlak olan 30 sərnişinin ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Bizim fikirlərimiz və dualarımız bu ağır gündə qardaş Pakistanladır".

 

 

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri  və müavinləri ilə təlim-metodiki toplantı keçirilibToplantıda əsas diqqət Naxçıvan Qarnizonun birləşmə və hissələrinin bölmələrində döyüş və döyüş hazırlığı üzrə məşğələ və təlimlərin vahid metodika üzrə keçirilməsində zabitlərin metodik hazırlıqlarının yüksəldilməsinə yönəldilib.

Toplantı zamanı bölük və tabor taktiki qruplarının ərazidə fəaliyyəti, səfər, döyüşqabağı və döyüş düzülüşlərində hərəkəti, irəliləməsi və açılması mövzusunda müxtəlif variantlarda göstərici məşğələlər keçirilib.

Ardını oxu...

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə keçirilən birincilik başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən yarışda 16 komandadan 280 idmançı mübarizə aparıb.

Ardını oxu...

Kəlbəcərdə erməni minasına düşərək həlak olmuş

jurnalist həmkarlarımızın xatirəsinə

“Ermənilər də insandılar, lakin evlərində dörd ayaq üzərində gəzirlər”!

Qədimdə Roma tarixçisi və yazıçısı Petronin bu kəlmələri hansı motivlər üzərində yazıb, bunu demək çətin olsa da yaxın keçmişdən bu yana ermənilərin iyrənc hərəkətlərini görənlər onların əslində Yer kürəsində normal həyata heç uymayan bir varlıq olduğunu deyə bilərlər.  

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlmiş, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin muxtar respublikamıza olan marağını və müxtəlif məqsədlərlə səfəretmə niyyətini daha da artırmışdır. Sürətli sosial-iqtisadi tərəqqi, yeni iş yerlərinin, sosial obyektlərin açılışı, investisiya imkanlarının genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin mütləq surətdə qorunması, eyni zamanda əlverişli coğrafi-strateji mövqedə və mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi muxtar respublikada miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

Ardını oxu...

Blokadadan möhtəşəm tərəqqiyə doğru


Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4 933 nəfər vəfat edib, aktiv xəstə sayı 3 337 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 585, ötən müddət ərzində isə ümumilikdə 3 551 620 test aparılıb.

 

 

 

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alanların ümumi sayını açıqlayıb.

Qurumdan bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

 

Mənim atam mütaliəni sevən ziyalı bir insandır. Vaxt olub ki, ona paxıllıq etmişəm. Bu qədər işin içində necə vaxt tapır mütaliə etməyə? – deyə. Sən demə, insan sevdiyi işə hökmən zaman ayırır. Əks halda sevmir, zaman sadəcə bəhanədir.  Məsələnin mahiyyəti bu deyil, təbii ki. Mənim “Şərq qapısı” qəzetində çalışmağım üçün atam 6 il öncə çox səy göstərmişdi. Hər zaman deyirdi: Qəzetdə hansı işi görürsən gör, onun sehri səni ziyalı olmağa sövq edəcək. İstər sürücü ol, istər operator, istər korrektor ol, istər dizayner, istər mühasib ol, istər mühafizəçi, sən hökmən o qəzeti oxuyacaqsan. Çünki, üzərində zəhmətin olan hər şeyin bəhrəsini görmək zövq verir insana. Atam, əvvəllər bu sahədə çalışmışdı. Bəlkə də onun üçün bilirdi qəzetin sehrli bir aləmi olduğunu. O qəzeti mənə elə sevdirmişdi ki, sanki, o mühitə düşən kəsə sehirli dəyənək toxunur və sən ziyalı, mədəni, özünü və hisslərini sözlərlə daha düzgün ifadə edən bir insana çevrilirsən. Mən bunun mahiyyətini qəzetdə ilk dəfə məqaləm dərc edilərkən anladım. Heç unutmaram, ilk dərc olunan məqaləmi qəzet səhifəsindən saysız-hesabsız, heç yorulmadan, bəlkə də on dəfə həyəcanla oxumuşdum. Daha sonra digər müəlliflərin yazılarına nəzər salmışdım, kimin yazısı daha maraqlıdır, – deyə. Çünki, sən istəsən də, istəməsən də, insan övladına xas olan bir eqoizm var daxilində və hökmən səni digərləri ilə müqayisə etməyə məcbur edir. Bəlkə də, elə atamda da mütaliəyə sevgi qəzetdə çalışarkən yaranmışdı. Çünki, bu məndə də belə oldu. Mütaliəyə marağım uşaqlıqdan vardı əslində. Amma bunu üçün xüsusi zaman ayırmazdım, sadəcə boş zamanlarda bəlkə də atamın təkidi ilə mütaliə edərdim. Amma indi elə deyil, bu gün bu qəzet məndə mütaliəyə təkcə maraq yox, həm də sevgi yaradıb, xoş ətirli çörəyi səhərlər necə iştahla yeyiriksə, hər səhər redaksiyaya gələrkən qəzeti də eyni təşnəliklə vərəqləyir, eyni acgözlüklə oxuyuruq. Çünki, bu qəzet bizim həyat amalımızdı. Sizə ikinci bir nüansı xüsusilə qeyd etmək istərdim, insanın doğulduğu ev onun həyatına necə təsir bağışlayırsa, düşdüyü mühit, çalışdığı iş ikiqat öz təsirini göstərir. Hər gün qəzetin baş redaktorunun qəzeti öz övladı kimi əzizləyib, nazını çəkdiyini gördükdə təbii ki, hər kəs qəzet üzərində öhdəliklərini daha dərindən mənimsəyir. Hər kəs öz işinə daha sıx tellərlə bağlanır, qəzetin ən incəliklərinə belə həssaslıqla yanaşır. Çünki, hər kəs dərk edir ki, bu qəzet bizim keçmişimiz, gələcəyimiz və bu günümüzdür. Çünki, bu qəzetdə keçmişdən süzülüb gələn dəyərlərimiz, sevinclə yaşadığımız bu günümüz və xoşbəxtliyə aparan gələcəyimiz var. 100 illik qədəmin mübarək doğma qəzet!

Gülcamal Tahirova

“Şərq qapısı” – 100

“Şərq qapısı” redaksiyasının kollektivinə!

“Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız özünəməxsus zəngin və çoxcəhətli inkişaf yolu keçmiş, xalqımızın sosial-mədəni tərəqqisində mühüm rol oynamışdır. “Şərq qapısı”qəzeti də bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Azərbaycanın inkişafında özünəməxsus rol oynamışdır.

“Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”, deyən ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi “Şərq qapısı” qəzetinin də tarixində yeni bir səhifənin açılmasına səbəb olmuş, müstəqillik illərində inkişafının ən yüksək pilləsinə yüksəlmişdir.

Ardını oxu...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilmişlər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir".

 

 

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, keçirilən seminarın məqsədi dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə məlumat verməkdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli 115 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

Ardını oxu...

Vətən müharibəsində Böyük qələbənin təmin edilməsində Hərbi Hava Qüvvələrinin necə böyük əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Qəhrəman hərbçilərimiz və müasir aviasiya vasitələri sayəsində sözün həqiqi mənasında düşmənin başına od ələndi və nəticədə torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi böyük təşkilatlanma yolu keçən və muxtar respublikanın müdafiəsində uğurla dayanan  Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki aviasiya bölmələrininbazası da müasir hava hücum vasitələri və digər  hava döyüş texnikaları ilə komplektləşdirilir.

Ardını oxu...

İyunun 3-də Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyindəki məsələlər əsas müzakirə mövzusu olub.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR