22 Dekabr 2024, Bazar

           Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi  may ayında da  fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində quraraq bütün xidmət sahələri üzrə müsbət nəticələrin  əldə olumasına səy göstərib. Bu dövrdə vətəndaşlar arasında hüquqi- maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. May ayında aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 2  avtomat, 1  qaz tapançası, 11  ov, 1  tir silahı, 1  süngü bıçağı, 32  döyüş sursatı götürülüb.

          Ay ərzində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili diqqətdə saxlanılıb, ümumtəhsil məktəblərində bir sıra məqsədyönlü işlər görülərək şagirdlərlə 54 görüş keçirilib. Görüşlər zamanı yetkinlik yaşına çatmayanlarla idmanın əhəmiyyəti,  insan sağlamlığına müsbət təsiri, həmçinin sağlam həyat tərzi və yol hərəkəti təhlükəsizliyi qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.

          May ayında polis sahə inspektorları da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq mülki hüquqi öhdəliklərin icrasından yaynan 15 nəfər barəsində axtarış işi açıb. Axtarışda olan şəxslərin hamısı tutularaq açılma göstəricisi 100 faiz təşkil edib.

          Nazirliyin Dövlət Yol Polisi İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər də davam etdirilib. Ay ərzində 495 sürücülük vəsiqəsi, 326 dövlət qeydiyyat nişanı, 742 qeydiyyat şəhadətnaməsi verilib, 58 nəqliyyat vasitəsinin ilkin, 631 nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparılıb. Həmçinin ay ərzində ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin vaxtlı-vaxtında verilməsi də diqqətdə saxlanılıb, 568 nəfər ümumvətəndaş pasportu, 3899 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Hesabat ayında nazirliyin “Səyyari xidmət’’i tərəfindən vətəndaşlara göstərilən xidmət də davam etdirilib. Belə ki, 1120 vətəndaşa şəxsiyyət, 90 vətəndaşa sürücülük vəsiqəsi, 13 nəfərə məhkumluq haqqında arayış verilib.

        Daxili İşlər Nazirliyi bu kimi tədbirləri qarşıdakı aylarda da davam etdirəcək, asayişin və ictimai təhlükəsizliyin qorunması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, baş verə biləcək hüquqpozmaların qarşısının vaxtında alınmasını təmin edəcək.

 

Naxçıvan Muxtar Respublikası

Daxili İşlər Nazirliyinin

mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR