22 Dekabr 2024, Bazar

Vətən müharibəsində Böyük qələbənin təmin edilməsində Hərbi Hava Qüvvələrinin necə böyük əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Qəhrəman hərbçilərimiz və müasir aviasiya vasitələri sayəsində sözün həqiqi mənasında düşmənin başına od ələndi və nəticədə torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi böyük təşkilatlanma yolu keçən və muxtar respublikanın müdafiəsində uğurla dayanan  Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki aviasiya bölmələrininbazası da müasir hava hücum vasitələri və digər  hava döyüş texnikaları ilə komplektləşdirilir.

Ölkəmizin quru sərhədləri ilə yanaşı hava məkanıda etibarlı müdafiə olunur. Bunun üçün ordumuzun aviasiya bölmələrinin maddi texniki bazası daim gücləndirilir.Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 18 illik siyasi rəhbərliyi  dövründə daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini də daim diqqət mərkəzində saxlayıb. Ölkə Prezidentinin mayın 10-da Naxçıvana səfəri çərçivəsindəƏlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompelsinin istifadəyə verilməsi görülən işlərin davamıdır. Hərbi aerodrom kompleksindəStart Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Xidmətin düzgün təşkili üçün dördmərtəbəli qərargah binasında  siniflər, istirahət,iş və digər  xidməti otaqlar fəaliyyət göstərir. Buradauçuşdan əvvəl tibbi yoxlanış və uçuşa hazırlıq, eləcə də şəxsi heyətin qidalanması üçünhərtərəfli şərait yaradılıb.

Zabit Əli Zamanovla söhbət zamanı dedi ki, Əlahiddə Ümumqoşun Ordunun təyyarəçisi kimi Azərbaycanın hava məkanının qorunmasına xidmət edirik. Hal hazırda hərbi aerodromkompleksində yaradılan şərait bizim nəzəri biliklərimizin və uçuş bacarıqlarımızın artırılmasına imkan verir. Nəzəri biliklərimizin artırılması üçün müasir dərs otaqlarından, uçuşların yerinə yetirilməsi üçün yaradılmış aerodromdan və uçan aparatlardan istifadə edirik. Hərbi aerodromda 24 saatlıq döyüş növbətçiliyi apararaq ölkəmizin hava məkanını fasiləsiz müdafiə edirik və xidmətimizlə qürur duyuruq.

Hərbi aviasiya vasitələrinə vaxtında və düzgün texniki nəzarət verilən tapşırıqların uğurla yerinə yetirilməsi baxımından başlıca şərtlərdən biridir. Hərbi aerodrom kompleksində yaradılan Texniki Nəzarət Məntəqələrində aviasiya vasitələrinə mütəmadi olaraq texiniki baxış keçirilir. Texnikalarda hər hansı nasazlıq baş verərsə tez bir zamanda aradan qaldırılaraq hər zaman uçuşa hazır vəziyyətə gətirilir.Əlahiddə Ümumqoşun Ordunun zabiti Hikmət Hüseynov bu barədə məlumat verərək qeyd etdi ki, biz mühəndis texniki heyəti olaraq aviasiya texnikasının texniki istismarını həyata keçiririk. Aviasiya texnikasının texniki istismarının keçirilməsində əsas məqsəd təyyarələri və helikopterləri daim döyüşə və uçuşa hazır vəziyyətdə saxlanılmasından ibarətdir. Yeni yaradılan Hərbi aerodrom kompleksində hər bir şərait vardır ki, biz işlərimizi daha yüksək keyfiyyətlə və vaxtında yerinə yetirək.

Əlahiddə Ümumqoşun Ordunun aviasiya bölmələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin, bilik və bacarığının daha da təkmilləşdirilməsi, manevr qabiliyyətinin artırılması məqsədi ilə təlim-məşq uçuşları keçirilir.Bunun üçün Hərbi aerodromun Uçuşları İdarəetmə Mərkəzi  müasir texnika və avadanlıqlarla təmin edilib və yeni texniki avadanlıqlarla təchiz edilməsi üzrə tədbirlər davam etdirilir. Uçuş heyətinin həkim müayinəsindən keçirilməsi üçün yaradılmış isə heyətin uçuş təlimatınının tələblərinə uyğun yoxlanılmasına imkan verir. Zabit Ələkbər Camalovbildirdi ki, həkim nəzarətindən keçdikdən sonra uşuş heyəti lazımigeyim və ləvazımatları götürür, aviasiya texnikasının qəbulu və trenajları keçirilir. Uçuşlar zamanı hərbi hissə komandiri tərəfindən tapşırıqlar verilir, Uçuşları İdarəetmə Mərkəzindən uçuşlara nəzarət edir. Uçuşlar bitdikdən sonra aviasiya texnikası xüsusi anqarlarda yerləşdirilir və konfrans zalına uçuşların təhlili aparılır. Əgər nöqsanlar və ya başqa hadisələr baş vermişdirsə təlim-konfrans zalında aydınlıq gətirilir. Uçuşlar keçirilməyən günlərdə şəxsi heyət xüsusi məşğələlərlə uçuşa hazırlıq dərslərində iştirak edir və idman meydançasında fiziki hazırlqlarını gücləndirir. Bütün bu fəaliyyətlərin yerinə yetirilməsində hərbi aerodrom kompleksində yaradılan müasir şəraitin böyük rolu vardır. Yaradılan şəraitə görə ölkə başçısı,  Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Bu gün əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Ordu muxtar diyarın müdafiəsində uğurla dayanır. Təbii ki, müdafiə qüdrətininəsasında möhkəm və müasir hərbi-texniki bazanın olması əsas şərtdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi:“Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir.”

Bəli, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Əlahiddə Ümumqoşun Ordu ən müasir silah arsenalına malikdir və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirmək iqtidarındadır.Elə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksində yaradılan şərait də xidmətin nümunəvi təşkilinə və aviasiya bölmələri tərəfindənölkəmizinhava məkanının 24 saat etibarlı müdafiə olunmasına imkan verir.Hərbi aerodrom kompleksinin imkanları haqqında,eləcə də aparılan quruculuq və təkmilləşdirmə işləri barədənövbəti yazılarda daha geniş məlumat verəcəyik.

Kənan Cəlilov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR