20 Aprel 2024, Şənbə

Qanun layihəsi Milli Məclisin iyunun 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq aylıq müavinət ödənilir.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası (Valideynlərin biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tətəfindən müəyyən olunan məbləğdə aylıq müavinət müəyyən edilir) ləğv edilir.

Dəyişikliklərdə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi (Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, habelə Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, hər uşaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir) ləğv edilir.

Qanun layihəsi səsə qoyularaq bir dəfəyə qəbul olunub.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR