22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 mart 2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsinə start verilib.
Müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 730 müraciət qeydə alınıb. Müraciət edənlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi (148 nəfər), Təhsil Nazirliyi (142 nəfər), Dövlət Sosial Müdafiə Fondu (140 nəfər) öndə dayanır. Ən sıx müsabiqə vəziyyətinin yarandığı dövlət orqanı isə Gənclər və İdman Nazirliyidir. Nazirliyin təqdim etdiyi bir vakant vəzifənin tutulması üçün 100 namizəd qeydiyyatdan keçib.

İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, cəmi 100 sual təqdim olunur, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir.
7-22 iyun tarixlərdə keçiriləcək test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan
Mərkəzinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR