22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına əsasən musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanları test üsulu və müsahibə vasitəsilə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə müvəffəqiyyət qazanmış iştirakçılar müsahibə mərhələsində iştirak etmək hüququ əldə ediblər. Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət İmtahan Mərkəzindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.
Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq.
Qeyd edək ki, 17-22 may tarixlərdə keçirilən attestasiyanın test mərhələsində 516 müəllim iştirak edib. Naxçıvan Musiqi Kolleci üzrə 27, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə isə 383 müəllim olmaqla, 410 nəfər müvafiq keçid balını toplayıb və müsahibədə iştirak etmək hüququ qazanıb.
Attestasiya və təkrar attestasiyada müvəffəqiyyət qazanmış dövlət musiqi təhsili müəssisələrinin müəllimləri üçün keçirilən müsahibə mərhələsi iyulun 1-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR