29 Mart 2024, Cümə

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri  və müavinləri ilə təlim-metodiki toplantı keçirilibToplantıda əsas diqqət Naxçıvan Qarnizonun birləşmə və hissələrinin bölmələrində döyüş və döyüş hazırlığı üzrə məşğələ və təlimlərin vahid metodika üzrə keçirilməsində zabitlərin metodik hazırlıqlarının yüksəldilməsinə yönəldilib.

Toplantı zamanı bölük və tabor taktiki qruplarının ərazidə fəaliyyəti, səfər, döyüşqabağı və döyüş düzülüşlərində hərəkəti, irəliləməsi və açılması mövzusunda müxtəlif variantlarda göstərici məşğələlər keçirilib.

Nümayiş, göstərici, taktiki-sıra və taktiki təlimlərdə komandirlərin və qərargahların bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsəsdilə praktiki fəaliyyətlərə daha çox diqqət ayrılıb.

Toplantının sonunda zabitlərin hərbi topoqrafiya, taktiki və fiziki hazırlıq üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib. 

 

Kənan Cəlilov

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR