Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı aprel ayı ərzində də təmin olunmuşdur.
Nazirliyin qarşılıqlı fəaliyyət planının 21 mərkəzi və yerli icra hakimiyyəti оrqanı ilə dəqiqləşdirilməsi həyata keçirilmişdir. “Su hövzələrində insanların axtarışı və xilas edilməsi üzrə qarşılıqlı fəaliyyət planı”nın işlənilməsi təmin edilərək su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması üçün xəbərdaredici lövhələrin quraşdırılması təmin edilmişdir.
Nazirliyin Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı bölmələri ilə birlikdə Türkiyə Respublikasında keçirilən komando kursunda iştirak etmiş 9 nəfərdən ibarət şəxsi heyəti kursu müvəffəqiyyətlə başa vuraraq geri qayıtmış, Türkiyə Respublikasında keçiriləcək növbəti kurslara nazirliyin 10 nəfərdən ibarət şəxsi heyətinin göndərilməsi təmin olunmuşdur.
Ötən ay sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə 13 təhlükə potеnsiаllı obyеkt yoxlanılmış, 22 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmiş, 14 müəssisədə 296 işçinin iştirakı ilə maarifləndirmə-profilaktika işi aparılmış, 10 müəssisənin 38 texnoloji nəqliyyat vasitəsi cari il üçün texniki baxışdan keçirilmiş, 19 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək texniki pasport və dövlət nömrə nişanı verilmişdir.
Hesabat dövründə 31 müəssisədə mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılmış və metodik köməklik göstərilmiş, 24 müəssisədə 868 nəfərin iştirakı ilə maarifləndirici tədbir və mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə qrup məşğələləri keçirilmiş, 7 içməli su anbarında, 10 göldə yoxlama aparılmışdır.
Muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilərək yollar və səkilər daxil olmaqla, ümumilikdə, 7 milyon 453 min 574 kvadratmetr sahə xüsusi qurğu quraşdırılmış avtomobillər və xüsusi aparatlarla dezinfeksiya olunmuşdur.
Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün 158 obyektdə diqqətli, 191 obyektdə nəzəri, 25 obyektdə məqsədli yoxlama, 22 obyektdə 926 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Ay ərzində 4 min 892 yaşayış evinə baxış olmuş, yanğın cəhətdən təhlükəli оlan 65 elektrik və şlanqla çəkilmiş qaz xəttinin istismarı dayandırılmış, qazla işləyən 11 şofben tipli su qızdırıcısının və 208 tez qatlanan tüstü borusunun istismarı dayandırılmış, 11 min 708 nəfər yanğına qarşı təlimatlandırılmış, 58 obyektlə icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin 49 obyektin layihə-smeta sənədləri ekspertizadan keçirilmiş, 46 obyektdə tikinti işlərinin norma və qaydalara uyğun aparılması yoxlanılmış, 2 obyektə “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmışdır.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuat xidməti