Tezliklə Naxçıvan Muxtar Respublikasına müntəzəm avtobus xətləri bərpa olunacaq.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən, avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Naxçıvan Muxtar Respublikasına səfərlər bərpa ediləcək", - deyə N. Allahyarova qeyd edib.