25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə universitetin açıq idman meydançasında tədbir keçirilib. Tədbirdən öncə “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimi mayor Nazim Həsənov raport verib. Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Rektor Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev çıxıçında bildirib ki, öz yenilikləri ilə hər zaman öndə olan fakültədə sıra təlimi üçün açıq meydançada təlim meydançası, bütün standartlara cavab verən “Atıcılıq otağı”, “Hərbi topoqrafiya” fənninin hərbi hissədə tədrisi dediklərimizə əyani sübutdur.
Sonra “Orkestr alətləri və dirijorluq” kafedrasının müəllimi Yusif Əsgərovun rəhbərliyi ilə yaradılan “Hərbi orkestr”in müşayiəti və idmançı tələbələrin iştirakı ilə hərbi idman oyunları nümayiş olunub. “Fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası tələbələri müəllimləri ilə birgə hərbi paradda iştirak ediblər. İdmançı tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya səsləndirilib. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq tələbələr “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirib.
Sonra bir qrup müəllim və idmançı tələbə təşəkkürnamə ilə təltif edilib.
Fakültənin foyesində “Məşqçilik” ixtisası üzrə I kurs tələbəsi Özcan Babayevin rəsm əsərlərinin sərgisinə baxış olub. Əlamətdar tarixi günə həsr edilən sərgidə 30-ya yaxın rəsm əsəri nümayiş olunub. Həvəskar rəssam Özcan Babayev təşəkkürnamə ilə təltif edilib. Rektor qeyri-ixtisasda oxuyan, yaradıcılıq qabiliyyətinə malik tələbələrin əsərlərindən ibarət sərgilərin keçirilməsi haqda öz təklif və tövsiyyələrini çatdırıb.
Sonda fakültədə “Texnologiya” mərkəzi nəzdində fəaliyyət göstərən kabinələrə baxış olub və tədbir “Kulinariya” kabinəsində çay süfrəsi ətrafında davam edib.

Naxçıvan Dövlət Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR