24 Aprel 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.
Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikada da ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin əziz xatirəsi daim yad edilir, onların ailə üzvlərinin maddi-məişət şəraiti yaxşılaşdırılır, müharibə iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar üçün qanun­vericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Şəhid qızı Zümrüd Cəfərova, hərbi əməliyyatlar zamanı sağlamlığını qismən itirmiş Vahid Hüseynov və sosial könüllü Gülcan Əlizadə çıxış edib, tarixi zəfərlə bağlı öz təəssüratlarını bölüşüblər.
Naxçıvan Dövlət Universitetinin açıq idman meydançasında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.
Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyevin çıxışından sonra hərbi orkestrin müşayiəti və idmançı tələbələrin iştirakı ilə hərbi idman oyunları nümayiş olunub. İdmançı tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya səsləndirilib. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq tələbələr “Şəhidlər ölməz, vətən bölünməz!” şüarını səsləndiriblər.
Sonra bir qrup müəllim və idmançı tələbə təşəkkürnamə ilə təltif edilib.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR