22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələrə və 2021-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda nazir, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirmişdir ki, nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayında şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, təmir və yenidənqurma işləri həyata keçirilmişdir.

Ötən dövr ərzində 1 kоmplеks mülki müdаfiə təlimi, 16 taktiki-xüsusi təlim, 1 əməli məşğələ, 66 gecə məşğələsi, 4 kоmаndа-qərаrgаh məşqi, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 2 şöbəsində kompleks yoxlama keçirilmişdir. Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 1438 obyektdə yoxlamalar aparılmış, ümumilikdə, 57 min 631 nəfərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.
Ot-taxıl biçininə hazırlıq dövründə 99 kombayn yanğın-texniki baxışdan keçirilmiş, 1505 nəfər sahibkar və torpaq mülkiyyətçisi təlimatlandırılmış, 10 un dəyirmanı və 2 yem anbarının yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılmış, əlverişli taxıl sahələrində 12 ədəd yanğınsöndürən avtomobil, sahələrdə 60-70 nəfərin patrul xidməti və 3 motoxilasedicinin xidmət aparması təşkil olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlar 50 faiz azalmışdır.
Nazir qeyd etmişdir ki, hesabat dövründə 349 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmiş, 10 müəssisədə texniki qurğu dövlət reyestrində qeydiyyata alınmışdır. 65 müəssisədə 1296 nəfər işçinin iştirakı ilə maarifləndirici tədbir, muxtar respublikada olan 776 ədəd qazanxanada baxış-yоxlamalar keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır.
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni istifadəyə verilmiş ümumi uzunluğu 417 metr olan 5 nömrəli duz mədənində aparılan işlərdə yanğın və texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilmişdir.
Bildirilmişdir ki, cari ilin ötən 6 ayı ərzində 98 tikinti obyektində yoxlama-nəzarət funksiyaları həyata keçirilmiş, 27 obyektə “İstismara hazırlıq aktı” verilmiş, 10 ictimai yaşayış binasında 221 mənzildən 165 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənmişdir. Çimərlik mövsümündə, ümumilikdə, 10 min 912 nəfər vətəndaşın təhlükəsizliyi təmin edilmiş, suda boğulma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilmiş, xoşagəlməz hadisə qeydə alınmamışdır.
Muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə nazirliyin şəxsi heyəti cəlb edilərək, ümumilikdə, 20 milyon 49 min 854 kvadratmetrdən artıq sahə dezinfeksiya edilmişdir.
Sonda məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan nazir Nicat Babayev qeyd edib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ilin əvvəlində muxtar respublikada əmək bazarı təhlil edilib, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib, sosial qayğıya ehtiyacı olan 163 ailənin 764 üzvünün özünüməşğulluğu təmin olunub. Müvafiq dövrdə işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması diqqətdə saxlanılıb, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən 9 adda peşə və ixtisasartırma kurslarına 151 nəfər cəlb edilib, hazırlanmış 1800-dən çox əl işinin müxtəlif tədbirlərdə sərgi-satışları təşkil olunub.
Qeyd edilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində 14 şəhid ailəsi fərdi yaşayış evi və mənzillərlə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, həmçinin hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını qismən itirmiş 5 nəfər isə minik avtomobilləri ilə təmin olunub. Vətən müharibəsi qazilərindən 19 nəfərə sağlamlıq imkanları məhdudluqla bağlı təyinat aparılıb. Eyni zamanda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları üçün Psixoloji Dəstək Xidməti yaradılıb. Ali Məclis Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələrin ödənişi davam etdirilir. Vurğulanıb ki, muxtar respublikada fiziki imkanları məhdudluğun qarşısının alınması, bu qəbildən olan şəxslərin sağlamlıqlarının bərpası və cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işlər çərçivəsində 141 şəxsə protez-ortopedik xidməti göstərilib, 90 nəfərə 283 ədəd köməkçi reabilitasiya vasitəsi verilib, respublikanın şəhər və rayonlarına bu məqsədlə səyyar xidmətlər təşkil olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR