Vətən müharibəsinin bitməsindən aylar ötsədə hələ tanımalı neçə -neçə igidlərimiz var ki,ömürlərini vətənə xidmətə həsr edib. Onların hər birini tanıdıqca insan qürurdan dağa dönür. Bu gün qələmim ömrünün 27 ilini Vətənə xidmətəhəsr edən bir zabitimizi, Naxçıvan igidini tanıtdırmaq üçün yazır.
Allahverdiyev Babək Asəf oğlu 1976-cı il avqustun 15-də Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Atası Asəf əmi ona tarixdə hamının çox yaxşı tanıdığı Babəkin adını vermişdi ki, oğlu da xalq qəhrəmanı kimi igid olsun. İnsan adı iləbütünləşirmiş. Babək hələ uşaq yaşlarından öz yaşıdlarından təfəkkürü, düşüncə tərzi, nümunəvi davranışı ilə seçilirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Babək ali məktəbə qəbul olsa da burada təhsil almaqdan imtina edərək vətənin keşiyində durmaq üçün 1994-cü ildəəsgər gedir. Vətənin keşiyindəəsgər kimi durduğu vaxtlar isə artıq öz ixtisasını seçmişdi. O anladı ki, elə mübarizəsi ilə tarix yazan adaşı Babək kimi onun da ün ülvi vəzifəsi anam dediyi Azərbaycanın keşiyini çəkməkdi. Öz istəyini komandirlərə bildirən Babək Türkiyə Respublikasında Quru Qoşunların Ali Hərbi Komandir Məktəbinə sənəd verir. İmtahanları müvəffəqiyyətlə keçir və Ankara şəhərində yerləşən Ali hərbi məktəbə qəbul olur. Təhsil aldığı dörd il müddətində qarşısına bir məqsəd qoyur "mən bütün hərbi sirləri mükəmməl öyrənəcəyəm ki, bu biliklər də məni Qarabağa aparacaq ".Allahverdiyev Babək 1999-cü ildətəhsil aldığı hərbi məktəbibirinciliklə bitirir. Türkiyədə təhsil aldığı müddətdə o həmçinin türk, rus və ingilis dillərini də mükəmməl öyrənir. 1999 -cu ildə isə Türkiyənin İstanbul şəhərində yerləşən Quru Qoşunların Ali Hərbi Komandirlər məktəbinin Zabit ixtisası kursunu motoatıcı ixtisası üzrəbitirib. 2000 -ci ildən Azərbaycan Respublikasının ordu sıralarında zabit kimi xidmət etməyə başlayıb .O hər zaman çalışır ki, həməsgərləri ilə yaxın dost olsun, həm də onları bu vətənə layiqli , nizam-intizamlı əsgərlər kimi yetişdirsin. O öz əsgərlərini öz doğma balası kimi sevir onları vətən fədailəri kimi yetişdirir. Yüksək səviyyəli biliyə malik olan Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycanı başqa ölkələrdə yüksək səviyyədə təmsil etmişdi. O həmçinin Macarıstan Respublikasının ZriniMiklos adına Beynəlxalq müdafiə Universiteti nəzdindəsülhnaminə tərəfdaşlıq proqramı çərçivəsində "Hərbi ingilis dili təlim mərkəzində" ingilis dili kursu (2003), Türkiyə Respublikasının Ankara şəhərində Türkiyəsülhnaminə tərəfdaşlıq təlim mərkəzində Birləşmiş Millətlərin Hərbi müşahidəçi kursunu (2005) ,Almaniyada NATO məktəbinin nəzdində Çoxmillətli maddi-texniki təminat kursunu (2006) , Bolqarıstanda NATO strukturları üzrə Birləşmiş qərargah kursunu (2007 ) müvəffəqiyyətlə keçmişdi. 2012-ci ildə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına qəbul olur və 2014-cü ildə Akademiyanı "Hərbi və dövlət idarəetməsi " ixtisaslaşması üzrəmagistr dərəcəsi alır. Xidmətində göstərdiyi yüksək səviyyəli fəaliyyətinə görə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycan Respublikasının 85,90, 95 illiyi Yubiley,Qüsursuz xidmətə görə III, II və I dərəcəli , Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı”medalların layiq görülüb. Polkovnik-leytenant Babək Allahverdiyev ailəlidir,onun dörd övladı var. Lakin o vaxtını övladlarından çox səngərdəəsgəri ilə keçirən bir komandirdir. O, sanki bu vətənlə bütünləşib. Bircə dəfə belə olsun “yorulmaq” kəlməsini dilinə gətirmədən təmiz vicdanı ilə bu vətənə xidmət edib, ətrafında olan yoldaşları tərəfindən isə vədinəəməl edən ,özü sözü bir qorxmaz, məğrur zabit kimi tanınır. Onun ailəsinə verdiyi sözdə vətənlə bağlı idi. O həmişə övladlarına söz verirdi ki, bir gün sizin timsalınızda bütün Azərbaycana Qarabağı qaytaracağam.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsində bu döyüş ruhlu zabit öz əsgərləri ilə ön cəbhəyə yollandı. Yetişdirdiyi, illərlə təlim keçdiyiəsgərləri, zabitləri ilə çiyin-çiyinə döyüşdü. Düşmənə qan uddurdu. Göstərdiyi şəxsi şücaət vəqəhrəmanlıqlarına görə müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı tərəfindən "Vətən müharibəsi iştirakçısı " və "Kəlbəcərin azad olunmasına " görə medalları ilə təltif olundu. Amma onun ən böyük mükafatı doğma, gözəl Qarabağda xidmət etməsi oldu. Babək Allahverdiyevin arzusu çin olub. İndi onun qollarına vətən torpağının gücü, gözlərinə azadlığın işığı hopub. Beləzabitlərimizin sayəsində bu Vətən daim var olacaq.
Bu gün sizin gününüzdür, Şanlı ordumuzun əsgər və zabitləri! Qarabağda qeyd etdiyiniz Silahlı Qüvvələr Gününüz mübarək olsun! Cənab polkovnik-leytenant, sizinləisə həmişə digər dalib zabitlərimiz kimi qürur duyuruq!
İLAHƏ ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universitetinin"Jurnalistika" ixtisası üzrə II kurs tələbəsi