Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq istəyirdilər.
Bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Qarabağ bürosuna açıqlamasında deyib.
İ.Həbibbəyli bildirib ki, AMEA Tarix İnstitutunun mütəxəssislərindən ibarət heyət Üzərliktəpədə qədim Ağdam şəhərini meydana çıxartmaqla məşğuldur:
"Hələlik Ağdamda abidələrin dəqiq siyahısı aparılmayıb. Qarabağda bir-iki dini abidədən başqa, bütün abidələr dağıdılıb. Dağıdılmamış dini abidələrimiz təhqir olununb. Dünyada müharibə aparan ölkələrin heç biri belə barbarlığa yol vermir. Bu məhz ermənilərə məxsus simadır.
Biz Üzərliktəpədə apardığımız arxeoloji qazıntılarla bütün dünyaya göstəririk ki, bura eramızdan əvvəl də bizim olub".