30 Dekabr 2024, Bazar ertəsi

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.


Müşavirədə Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy, İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov, Elektrik Şəbəkəsinin baş mühəndisi Tusi Kazımov çıxış edərək payız-qış mövsümünə hazırlığın gedişatı, görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvan şəhərində aparılan quruculuq işləri, müasir elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sistemlərinin yaradılması sakinlərin rahat yaşayışının təmin edilməsində mühüm rol oynayır. Son illər bu sahədə həyata keçirilən tədbirlər payız-qış mövsümünü problemsiz başa vurmağa imkan yaradıb. Ötən payız-qış mövsümündə şəhərdə əhalinin istilik enerjisi ilə təminatı diqqətdə saxlanılaraq 5 mərkəzi və 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binasında 7 min 634 mənzil və 29 inzibati bina istiliklə təmin edilib. 2020-2021-ci illərin payız-qış mövsümündə 45 min 257 qiqakalori istilik enerjisi istehsal olunub. İstehsal edilmiş enerjinin 29 min 455 qiqakalorisi əhaliyə, 15 min 802-si isə müəssisə və təşkilatlara aid olub. İstifadə olunmuş 6 milyon 838 min 481 kubmetr qazın, 1 milyon 181 min 987 kilovat-saat elektrik enerjisinin, 6 min 55 kubmetr suyun dəyəri aidiyyəti müəssisə və təşkilatların hesabına köçürülüb. Naxçıvan şəhərində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar mərkəzləşdirilmiş və fərdi qazanxanaların fasiləsiz işləməsinin təmin olunması məqsədilə texniki baxış keçirilərək, elektrik, təbii qaz, içməli su və istilik xətləri təmir edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Babək məhəlləsi 1, 22 və 26 nömrəli yaşayış binalarının zirzəmilərində istismara yararsız dəmir borular yenisi ilə əvəz edilib. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının binasını birləşdirən istismara yararsız magistral istilik xətlərinin plastik boru xətləri ilə əvəz edilməsi və Heydər Əliyev prospekti 26 nömrəli fərdi qazanxananın ətrafında abadlıq işləri davam etdirilir.
Bildirilib ki, əhalinin enerji təchizatının keyfiyyətinin yaxşılaşdırılması üçün də tədbirlər görülüb. Mövsümə hazırlıqla əlaqədar olaraq 10/04 kilovoltluq 16 paylayıcı güc yarımstansiyası və texniki təhlükəsizlik normalarına cavab verməyən 92 elektrik hava xətti dirəyi əsaslı təmir edilib, Qaraxanbəyli kənd inzibati ərazisində gücü 400 kilovat-amper, 6-cı məhəllədə gücü 250 kilovat-amper olan yeni yarımstansiyalar istismara verilib. Abadlıq işləri aparılan 4-cü küçədə bina tipli yarımstansiya əsaslı təmir olunub. 250 kilovat-amper gücündə güc transformatoru quraşdırılaraq istismara verilib.
Aid təşkilatlara qarşıda duran vəzifələr barədə məlumat verən Mirsənani Seyidov vurğulayıb ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeli müəssisə və təşkilatları 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu tapşırıqları diqqətdə saxlamalı, müvafiq tədbirlər vaxtında və qüsursuz həyata keçirilməlidir.

 Nail ƏSGƏROV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR