21 Dekabr 2024, Şənbə

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 329 yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 min 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 min 919 nəfər müalicə olunaraq sağalıb, 8 min 457 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 187 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 247, bu günə qədər isə ümumilikdə 5 milyon 948 min 270 test icra olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR