Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında nazir, general-leytenant Şamı Abdullayev məruzə edib.
Qeyd olunub ki, 2021-ci ildə muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, istehsal və sosial təyinatlı obyektlərin, yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması sahəsində qarşıya qoyulan vəzifələr, əsasən, yerinə yetirilib.
Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Mülki Müdafiə Alayında şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılıb, təmir və yenidənqurma işləri həyata keçirilib.
Şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlifixtisaslı xilasedicilərlə 2 dəfə beynəlxalq təlimdə iştirak edilib, 1 kоmplеks mülki müdаfiə təlimi, 16 potensial təhlükəli obyektdə taktiki-xüsusi təlim və əməli məşğələlər, 73 dəfə gecə məşğələsi, 10 qərаrgаh məşqi, 4 şöbədə kompleks yoxlama keçirilib.
Nazir bildirib ki, muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 4 min 407 obyektdə yoxlamalar aparılıb, ümumilikdə, 113 min 845 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib, 45 min 858 şəxsi yaşayış evində yanğın cəhətdən təhlükəli оlan 733 elektrik, 1549 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 345 şofben tipli suqızdırıcısının və 2 min 263 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb.
Vurğulanıb ki, 94 müəssisənin fövqəladə hallara hazırlıq, 116 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılıb. 370 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib, 16 müəssisədə texniki qurğu dövlət reyestrində qeydiyyata alınıb. 79 müəssisədə maarifləndirici tədbir, 784 qazanxanada baxış-yоxlamalar aparılıb, 397 nəfər qazanxana maşinisti kursuna cəlb olunub.
Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 33 müəssisədə istifadə olunan radioaktiv mənbələr yоxlanılıb və rаdiоlоji-gigiyеnik pаspоrt verilib. 45 obyektin tikinti sahəsində mühəndis-geoloji işlər, 81 obyektin tikintisinin işçi və layihə sənədlərinin ekspertizası aparılıb, 114 tikinti obyektində yoxlama nəzarət funksiyaları həyata keçirilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə nazirliyin şəxsi heyəti cəlb edilərək, ümumilikdə, 37 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib. Çimərlik mövsümündə isə, ümumilikdə, 30 min 466 nəfər vətəndaşın təhlükəsizliyi təmin olunub.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirib ki, nazirlik əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirib, “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarından irəli gələn vəzifələr icra olunub.
Bildirilib ki, penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, təhlükəsizlik, islah və tərbiyə işinin səmərəliliyi istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də məhkumların saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Məhkumların sağlamlığının qorunması və tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilib. Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 382 ekspertiza işinin tədqiqatı aparılıb, ümumilikdə, 334 rəy, 23 ekspert arayışı tətbiq edilərək aidiyyəti üzrə göndərilib, 1 iş üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılıb, 20 iş icra olunmadan geri qaytarılıb, 4 ekspertiza işinin icraatı hazırda davam etdirilir. Ekspertlərin hazırladıqları metodik vəsaitlər ekpertiza təyin edən orqanlara göndərilib.
Qeyd olunub ki, hesabat dövrü məhkəmə və digər dövlət orqanlarının qərarlarının vaxtında və düzgün icra edilməsinə nəzarət artırılıb. İl ərzində yerli icra və probasiya qurumlarının icraatına 6123 icra sənədi daxil olub, bunlardan 2517 iş tam icra olunub, 3044 iş icraya yönəldilib, 254 iş geri qaytarılıb, 308 iş ərazi aidiyyəti üzrə göndərilib. 354 nəfər borclu barəsində axtarış qərarı verilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər vaxtında qeydiyyata alınıb. Sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik olan dövlət orqanlarına tövsiyə məktubları göndərilib, həmin orqanların aidiyyəti nümayəndələrinin iştirakı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası” mövzusunda seminar keçirilib.
Vurğulanıb ki, bələdiyyə orqanlarına qanunvericiliyə əməl edilməsi üçün 10 tövsiyə məktubu göndərilib, bələdiyyə sədrlərinə metodik vəsaitlər təqdim edilib. Bələdiyyə orqanlarında müxtəlif dövlət orqanları ilə birlikdə aktual mövzularda seminarlar təşkil olunub. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə orqanlarından nazirliyə daxil olan bələdiyyə aktlarının hüquqi ekspertizası keçirilib.
İclasda görülmüş işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib.
Məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2021-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 161 milyon 130 min manat investisiya yönəldilib ki, bunun da 153 milyon 439 min manatı və ya 95,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Ötən il Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin, həmçinin bir neçə kənd tam orta məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası STEAM Tədris Mərkəzi binasının, Naxçıvan Şəhər Kimya Biologiya Təmayüllü Liseyi binasının, Afiyəddin Cəlilov küçəsində 210 yerlik uşaq bağçası binasının, Şərur rayonunun Çərçiboğan kəndində uşaq musiqi məktəbi binasının, Sirab kəndində 960 şagird yerlik tam orta məktəb, Ordubad rayonunun Pəzməri kəndində 66 şagird yerlik ümumi orta məktəb binalarının tikintisi və Şərur rayonunun Çərçiboğan kəndində 540 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması davam etdirilir.
Quruculuq tədbirlərindən səhiyyə sisteminə də pay düşüb. Naxçıvan Qarnizonunun Hərbi xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi binasının tikintisi və tibbi avadanlıqların quraşdırılması, Ordubad Rayon Uşaq Xəstəxanası binasının, Şərur, Culfa və Şahbuz şəhərlərində Gigiyena və Epidemiologiya şöbələri üçün binaların yenidən qurulması, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyalarının, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılıb. Hazırda bəzi ünvanlarda bu istiqamətdə tədbirlər davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının, Şərur rayonunda Saat Meydanının, Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanının, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyi binasının tikintisi, Babək rayon Cəhri qəsəbəsində məscidin tikintisi və Şahbuz şəhərində Mərasim evi binasının yenidən qurulması başa çatdırılıb. Naxçıvan şəhərində məscidin, Uşaq Kitabxanası binalarının, Şərur şəhərində Mədəniyyət Sarayının tikintisi, Mərkəzi və Uşaq Kitabxanası binasının yenidən qurulması, Ordubad şəhərində Cümə məscidinin yenidən qurulması, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi binasının tikintisi davam etdirilir.
Qeyd olunub ki, muxtar respublikada dövlət orqanlarında fəaliyyət göstərən işçilər üçün müasir əmək şəraitinin yaradılması məqsədilə bir sıra sosial obyektlərin yenidən qurulması və tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, ötən il ərzində muxtar respublikada 122 kilometr yeni asfalt yol salınıb və ya yenidən qurulub, 1 yeni körpü tikilib, 5 körpü təmir edilib. Ordubad rayonunun Yuxarı Əndəmic və Nüsnüs, Şərur rayonunun Şəhriyar kəndlərinin daxili avtomobil yolları istismara verilib.
Qeyd olunub ki, 2021-ci ildə Şərur rayonunda daxili avtomobil yollarında cari təmir işləri davam etdirilib, Dərvişlər kənd avtomobil yolu yenidən qurulub, Şərur şəhəri Kapitan Seyidov küçəsində və 40 mənzilli yaşayış binası ətrafında tikinti-quraşdırma işlərinə yekun vurulub, Şərur rayon 6-cı Sərhəd Zastavası, Babək rayonunun Göynük kənd avtomobil yolu yenidən qurulub, 1 körpü əsaslı təmir edilib, 8,7 kilometr uzunluğunda Araz kənd avtomobil yolu əsaslı şəkildə təmir olunub. Ordubad rayonunda isə Aşağı Əndəmic kənddaxili avtomobil yolları müasirliyə qovuşub, burada 12,8 kilometr yol asfaltlanıb. Culfa rayon mərkəzindəki Elşad Nağıyev küçəsi avtomobil yolunun 3,4 kilometri də yenidən qurulub.
Sonra çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi