30 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Futbol Federasiyasının qapıçılar üzrə koordinatoru, “Araz Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı məşqçisi Amil Ağacanov UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası üçün təhsilini davam etdirir.

Ötən ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən qapıçılar üzrə məşqçilər üçün keçirilən kursun 1-ci modulunda iştirak edən məşqçimiz hazırda kursdakı təhsilini distant şəkildə davam etdirir. Proqrama uyğun olaraq o bu dəfə ev tapşırığını icra edib. Ötən gün AFFA məşqçilərin maarifləndirilməsi departamentinin qapıçılar üzrə təlimatçısı Üzeyir İbrahimov tapşırığın praktik icrasını izləyərək müvafiq qeydlərini aparıb. Mütəxəssisdən aldığımız məlumata əsasən Avropa Futbol Birliyi İttifaqının (UEFA) məsləhətləşmələrinə uyğun olaraq məşqçi ilə maarifləndirici söhbətlər aparılıb. Məşqçilik kursu 5 moduldan ibarətdir. Əlavə olaraq qapıçı məşqçilərə müvafiq ev tapşırıqları verilir, praktik və nəzəri məşğələlər təşkil olunur. Son modulda imtahan götürüləcək. İmtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR