Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
"YAŞAT" Fondundan verilən məlumata görə, həmin şəxslər Ələkbərov İlkin Elçin oğlu, Atakişiyev Yusif Fariz oğlu, Kazımov Kənan Çinar oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Seyfullayev Havil Səyədullah oğlu, Osmanov Zamir Şakir oğlu, Quliyev Şahmar Anar oğlu, Abdullayev Pərvin Dövlət oğlu, Əliyev Arzu Könül oğlu, Məmmədkərimov Nicat Əfsun oğlu, Musayev Bəhman Natiq oğlu, Hüseynov Ülvi Məsum oğludur.
Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.