22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğunun təmin edilməsində sosial layihələrində icrasına əlverişli zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud, yaşı 18-dən az olan şəxslərin, qadınların məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsində özünü göstərməklə, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin edilməsi muxtar respublikamızda diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Tədbirdə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı çıxış edərək müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, əmək qanunvericiliyinə dair normativ-hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar, işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydalarından danışıblar.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR