22 Dekabr 2024, Bazar

Şərur rayonunda iqtisadi baxımdan sərfəli bitki olan qarğıdalı əkininə başlanılıb. Qısa zamanda 200 hektardan artıq sahədə əkin aparılıb. Bölgədə qarğıdalı əkinləri texnikalarla həyata keçirilir. Ailə təsərrüfatçıları çalışırlar ki, əkinləri optimal müddətdə başa çatdırsınlar. Bu sahədə təcrübəli ailə təsərrüfatçıları daha yaxından iştirak edir, gələcəyin bol məhsulu üçün zəmin yaradırlar. Bunun üçün əkindən əvvəl torpaq münbitləşdirilib, dərin şum aparılıb. Hazırda qarğıdalı əkinlərinin suvarılması üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, qarğıdalı zəngin qida elementlərinə malik bitkidir. Son illər bu bitkinin muxtar respublikada əkilib-becərilməsinə diqqət xeyli artıb. Xüsusilə qədim əkinçilik diyarı olan Şərur rayonunun torpaq mülkiyyətçiləri iqtisadi baxımdan səmərəli olan qarğıdalı əkinlərinə üstünlük verir. Ötən il rayonda 1218 hektarda qarğıdalı yetişdirilib, 12 min 545 ton məhsul götürülüb.
Rayonda tərəvəz əkini sahələri də əkinə hazırlanır. Bitkilərin suvarılması mexaniki üsulla həyata keçirilir. Bu məqsədlə 1,5 hektar ərazidə çiləyici qurğular quraşdırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR