30 Aprel 2024, Çərşənbə axşamı

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ümumdünya Hemofiliya Günü münasibətilə qanvermə aksiyası keçirilib. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Ramazan Abbasovaksiyaya  qoşulan Naxçıvan şəhər əhalisinin könüllü donorlarına Ümumdünya Hemofiliya Günü barədə məlumat verib. Bildirib ki, 17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etməkdir.

 

         Ölkəmizdə belə xəstələr dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında» Fərmanı bu qayğının bariz nümunəsidir. 2006-cı ilin yanvarında isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı “Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir.

Qeyd olunub ki, muxtar respublikamızda Naxçıvan şəhəri və rayonlar üzrə hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Hazır­da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 72 nəfər hemofiliyalı, 39 nəfər talassemiyalı xəstə qeydiyyatda durur. Bu səhiyyə müəssisəsində Qan bankının, Hematransfuzioloji briqadanın fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin- o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib.Bununla yanaşı,  talassemiya və hemofiliya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması da çox vacibdir və bu hal donor qanına olan tələbatı artırır. Bu gün keçirilən aksiyada məqsəd bu xəstələrlə bərabər, eyni zamanda təcili təxirə salınmaz hallarda xəstələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qarşılamaqdır.

Sonra qanvermə aksiyası keçirilib.

Əvvəlcə Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan virus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı qan analizləri götürülüb, donor kimi aksiyada iştirakları müəyyənləşdirilib.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bir neçə saat davam edən aksiyada 21 donordan götürülən 10,5 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti


 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR