Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları ilə görüşün və konsert proqramının təşkil edilməsi əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlğının artırılmasında mühür rol oynadığını bildirib.
Fariz Sərxanov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizin hərtərəfli sosial təminatla əhatə olunduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi” yaradılıb. Bu da şəhid ailələrinə və qazilərimizə növbəti qayğının ifadəsidir.
Kəngərli rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri, ehtiyatda olan zabit Rəşid Nağıyev və Vətən Müharibəsində iştirak etmiş qazilərimiz Azərbaycan Ordusunun nümayiş etdirdiyi mərdlik və qətiyyət barədə danışıb, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Şərur rayon Mədəniyyət şöbəsinin “Arpaçay” instrumental ansambılı konsert proqramı ilə çıxış edib.
“Şərur” Xalq Yallı ansambılının çıxışları əsgər və zabitlərdə xoş ovqat yaradıb.
Əsgərlər də vətənpərvərlik ruhunda mahnılar səsləndirib qonaqlarla birlikdə rəqs ediblər.
Kənan Cəlilov