07 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev və rəhbərlik etdiyi nümayəndə Türkiyə Ali Təhsil Şurasında olublar. Türkiyə Ali Təhsil Şurasının sədr əvəzi professor Rahmi El Türkiyə və Azərbaycan dostluğunun bütün sahələrdə olduğu kimi təhsil sahəsinə müsbət mənada təsirindən danışıb, keçirilən görüşlərin təhsil sahəsində beynəlxalq əməkdaşlığa xüsusi töhvə verəcəyinə inam ifadə olunub.

 Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının beynəlxalq əməkdaşlıqda Türkiyə universitetləri ilə əlaqələrinin xüsusi önəm daşıdığını diqqətə çəkib. Rektor Türkiyə Universitetləri ilə həyata keçiriləcək ikili diplom layihələrinin hər iki ölkə üçün mühüm əhəmiyyətini vurğulayıb və gələcək perspektivlərini önə çəkib. Bildirilib ki, universitet Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malikdir. Rektor vurğulayıb ki, ali təhsil ocağı 2013-cü ildən etibarən Mövlanə Mübadilə proqramına qoşulub və Türkiyə Respublikası ilə müəllim-tələbə mübadiləsini həyata keçirir. Elbrus İsayev diqqətə çatdırıb ki, xarici tələbələrin sayında türkiyəli tələbələrin üstünlük təşkil etdiyi ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüllüyünü qoruyur. Rektor Türkiyə universitetləri ilə texnopark sahəsində əməkdaşlığın perspektivlərinə toxunub və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Sonra NDU-nun rektoru Elbrus İsayev Ali Təhsil Şurasının Komissiya sədri, professor Sezer Komsuoğlu, Ali Təhsil Şurasının Türk Respublikalarından İdarə Heyətinin məsul üzvü, professor  Məhmət Şişmanla görüşüb, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın Ankaradakı Səfirliyinin Təhsil Müşaviri, dosent Nəcibə Nəsibova da iştirak edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR