19 Mart 2024, Çərşənbə axşamı

Prezident cənab İlham Əliyevin iyunun 17-də imzaladığı Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Sərəncama uyğun olaraq 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla,) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılır.
Tədbirdəki çıxışlarda gənclərə hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olmaq, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmək, əcdadlarının keçdiyi şərəfli yolu qətiyyət və qürurla davam etdirmək tövsiyə olundu.
Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçılar xidmət yerlərinə yola salınıblar.
Xatırladaq ki, gənc əsgərlər müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilərək 3 ay müddətində orada təlimlər keçəcək, hərbi sirləri öyrəndikdən sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR