19 Mart 2024, Çərşənbə axşamı

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşmüşdür.
Ali Məclisin Sədri səfiri salamlamış, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd etmiş, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulamışdır.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirmiş, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırmış, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Cahit Bağçı İkinci Qarabağ müharibəsində tarixi qələbə münasibətilə təbriklərini çatdırmış, şəhidlərə rəhmət diləmişdir. Qələbənin "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxardığını vurğulayan Cahit Bağçı Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyə Respublikasının keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamı kimi dəyərləndirmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR